Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-930/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Həsənova Sevinc Eldar qızının və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh Rüstəmov İsa Rza oğluna qarşı iribuynuzlu heyvanların ünvandan çıxarılması və həmin ərazidə heyvanların saxlanılmasının cavabdehə qadağan olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fermer təsərrüfatının dayandırılması, heyvanların ünvandan çıxarılması və həmin ərazidə heyvanların saxlanılmasının cavabdehə qadağan olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də saxlanılan fermer təsərrüfatının dayandırılması, iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması və ərazinin heyvanlardan boşaldılması, sözügedən ünvanda heyvanların saxlanmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında müəyyən edildi ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixdə ölmüşdür.Bundan sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin oğlu Rüstəmov İsa Rza oğlunun cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərarına əsasən Rüstəmov İsa Rza oğlu cavabdeh kimi işə cəlb olunmuşdur. İddiaçı məhkəməyə “iddia həcminin azaldılması” ilə bağlı ərizə təqdim edərək, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də saxlanılan iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması və ərazinin heyvanlardan boşaldılması, sözügedən ünvanda heyvanların saxlanmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 18 mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və orada ailəsi ilə birgə yaşayır. Cavabdeh məxsus mənzil isə Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də yaşayır və iddiaçının evinin yerləşdiyi torpaq sahəsini onunku ilə hasarlar ayırır. İddiaçı bu günədək qonşuluq haqlarını gözləmiş, onunla qonşular arasında heç bir münaqişə və mübahisə yaşanmamışdır. Lakin cavabdeh onun və ailəsinin yaşayışını dözülməz həddə çatdırmışdır. Belə ki, cavabdehin həyətində saxladığı 20 baş iribiynuzlu heyvanların saxlandığı yerdən gələn üfunətli qoxu nəinki iddiaçını, hətta həmin ərazidən keçən şəxsləri də həddindən artıq narahat edir. Dəfələrlə, ona xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymur, qonşuluq haqlarına riayət etmir. Eyni zamanda, təyinatı heyvandarlıq üçün olmayan ərazidə iribuynuzlu heyvanların saxlanması sanitariya qaydalarının pozulmasına səbəb olur. Cavabdeh heyvanlarını yaşayış məntəqəsində saxlayır. Uşaqlı ailələrin yaşadığı ərazidə bu cür iribuynuzlu heyvanların saxlanması ilk olaraq əhalinin rahatlıq, sonra səhhəti üçün təhlükədir. İddiaçı cavabdehə dəfələrlə yaşayış yerində fermer fəaliyyəti ilə məşğul olmasının düzgün olmadığını, həmin fəaliyyət nəticəsində evində normal yaşaya bilmədiyini, bu halın onun mülkiyyət hüququ pozmasını, pis qoxudan və səs-küydən evdə oturmağın mümkün olmadığını, qeyd olunan fəaliyyətlə qeyri-yaşayış yerində məşğul ola biləcəyini desə də, ona heç bir əhəmiyyət verməmişdir. İddiaçının qızı N.M.Zeynalova miqren xəstəliyindən, 5 yaşlı nəvəsi alergiya xəstəliyindən əziyyət çəkirlər, həmçinin digər nəvəsi isə 6 aylıq olmaqla onların təmiz havaya və istirahətə ehtiyacları var. Bu hal dözülməz olduğundan iddiaçının kürəkəni cavabdehi polisə şikayət etmiş və nəticədə cavabdeh inzibati qaydada cərimə olunmuşdur. Əlavə olaraq iddiaçının kürəkəni Ş.Q.Qurbanov Abşeron rayon İcra Hakimiyyətinə də qeyd olunan məsələ ilə bağlı şikayət ünvanlamış, həmin müraciətlə bağlı ünvana Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndə heyəti tərəfindən baxış keçirilmiş, baxış zamanı sözügedən ünvanda cavabdehin fermerlik fəaliyyəti ilə məşğul olması, həqiqətən də antisanitiar şəraitdə mal-qara saxlandığı müəyyən edilmiş, ərazi üzrə baytar həkimə həmin ünvanda mal-qara saxlanması ilə bağlı bəzi problemlər olduğu bildirilmiş, həkim baytar isə öz növbəsində antisanitar şəraitdən xəbərdar olduğunu, lakin qeyd olunan məsələnin həllinin onun səlahiyyətinə aid olmadığını, lakin antisanitar şəraitlə bağlı Sumqayıt Regional Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt tərtib olunmasını və İ.R.Rüstəmovun xəbərdarlıq edilərək cərimə olunmasını, buna baxmayaraq həmin sahədə konkret heç bir tədbir görülməməsini bildirmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, divardan əlavə tövlənin divarları var. Baytarlıq nəzarət edirdi. Onlarla müqavilə var. İddiaçı tərəfin niyyəti torpaqları almaqdır. Yaşadıqları ilk gündən torpağı istəyirlər. İddiaçı təklif edir ki, özünün təsərrüfatı ilə dəyişsin. Özü də həmin təsərrüfatla məşğul olur. Hasardan sonra tikilisi var. Təsərrüfat şəxsən özünə məxsusdur, anasına aidiyyatı yoxdur, 1997-ci ildən təsərrüfatla məşğuıdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, iddiaçının həyat yoldaşıdır. Evi 3 il əvvəl almışlar. Evə baxmağa gələndə iyi-qoxusu yox idi. Hazırda antisanitar vəziyyət var.Yoldan belə keçmək mümkün deyil. Ağcaqanad və milçək əlindən oturmaq olmur. Özü zootexnikdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsinin dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********99-10301 reyestr nömrəli, 04.12.2018-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 19 C (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Abşeron Rayon İHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 02 noyabr 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Masazır kəndi, S.Rüstəm küçəsi, ev 20 ünvanda fermerlik fəaliyyəti ilə məşğul olan sahibkar X3 fermasına nümayəndə heyəti baxış keçirərkən həqiqətən də, antisanitar şəraitdə mal-qara saxladığı müəyyən edilmişdir. Sahibkarla əlaqə saxlamaq mümkün olmamışdır. Ərazi üzrə baytar həkimə həmin ünvanda mal-qara saxlanması ilə bağlı bəzi problemlər olduğu bildirildikdə, o, hazırda həmin məsələnin həllinin onların səlahiyyətlərindən kənar olduğu və bu ünvanda antisanitar şəraitdən xəbərdar olduğu bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, sözügedən ünvanda antisanitar şəraitlə bağlı Sumqayıt Regional Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt bağlanmış və vətəndaş X6 xəbərdarlıq edilərək cərimə olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq, hələ də həmin sahədə konkret bir tədbir görülməmişdir. Belə ki, vətəndaş X6 dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən ailəsinin yeganə dolanışıq mənbəyinin fermerlik olduğunu bildirmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis Şöbəsi tərəfindən göndərilən 12.08.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, vətəndaş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Mülki iş materiallarından olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən göndərilən 16 aprel 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20 ünvanında yerləşən heyvandarlıq təsərrüfatına keçirilən baxış zamanı vətəndaşın heyvanların saxlanması üçün istifadə etdiyi tövlənin tikintisinində Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.20-ci bəndində göstərilən qaydaları pozduğu müəyyən edilmişdir. Həmin ünvanda yerləşən heyvandarlıq təsərrüfatı ilkin istehsal sahəsi olmasına baxmayaraq Qida təhlükəsizliyi qeydiyyatına alınmadığı üçün qida təhlükəsizliyi dövlət reyestrinə daxil edilməmiş və reyestrdən çıxarışla təmin edilməmişdir. Təsərrüfat sahibinə qanunun tələbləri izah edilmiş və qanunvericiliyin tələblərinə əməl etməsinin məcburiliyi rəsmi qaydada bildirilmişdir. Mülki iş materiallarından olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən göndərilən 19 may 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20 ünvanında yerləşən vətəndaş X4 məxsus heyvandarlıq təsərrüfatına keçirilən baxış zamanı təsərrüfatın qanunun tələblərinə uyğun qurulmadığı müəyyən edilmişdir. Belə ki, 22 baş iribuynuzlu heyvanın saxlanılması, yetişdirilməsi və istifadəsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmur. Təsərrüfat hasarla əhatə olunsa da, istehsalat binaları, yem, istifadə olunan avadanlıq və qurğular baytarlıq qaydaları və normativlərinə uyğun saxlanılmır və ətraf mühitin çirkənməsinə yol verilir. Saxlanılan heyvanların ifrazatı və tullantıları birbaşa fekal çöküntü prinsipinə əməl olunmadan ümumi mərkəzləşmiş kanalizasiya sisteminə axıdılır. Həmçinin, tövlənin tikintisində tikinti qaydalarına əməl edilməmişdir. Belə ki, yaşayış otaqlarının pəncərələrindən mal-qara saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən az olmamalıdır. Sözügedən tikililər (yaşayış evi və tövlə) arasındakı məsafə 5 m-dir. Qonşu ilə arakəsmədə istifadə olunan divar həm hasar, həm də tövlənin yan divarı kimi istifadə olunur ki, bu da döşəmədəki ifrazat axıntılarının divarı nəmləndirərək qonşunun həyətinə keçməsinə şərait yaradır. Heyvanların saxlanması üçün istifadə olunan ərazidən vətəndaş X6 yalnız təsərrüfat fəaliyyəti üçün istifadə edir, özü isə ailəsi ilə birlikdə həmin küçədə, qarşı tərəfdə 19 nömrəli həyət evində yaşayır. Yaşayış evi ilə tövlə arasındakı məsafənin texniki normativ hüquqi aktların tələblərinə uyğun olmaması, təsərrüfat fəaliyyəti zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmaması, ətraf mühitin çirklənməsinə yol verilməsi iy və qoxunun yaranmasına, uçucu həşaratların çoxalmasına səbəb olur ki, bu da İddiaçı haqlı olaraq yaşayış evində yaşamaq hüququnun pozulmasına səbəb olur. Mülki iş materiallarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən göndərilən 06 may 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayonu Masazır kəndi S.Rüstəmov küçəsi ev 20-də yaşayan Cavabdeh (X6) fərdi təsərrüfatında 18 baş iri buynuzlu heyvan saxlayır. Həmin heyvanlar epizootik plan əsasında xüsusi təhlükəli infeksion xəstəliklərə Qara yara, Dabaq, Nodulyar Dermatit, Leptosprioz qarşı proflaktiki peyvənd edilib, heyvanlar kliniki sağlamdır. Heyvan məhsullarının istehsalı, satışı və heyvanların saxlama qaydalarına nəzarət işləri 01.07.2018-ci il tarixindən etibarən Baytarlıq idarələrindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə verilmişdir. Baytarlıq idarələri tərəfindən yalnız heyvanlar arasında yayıla biləcək infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilir. Mülki iş materiallarından olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən verilən baytarlıq nəzarətində olan müəssisənin identikləşdirilməsi haqqında 02.10.2020-ci il tarixli, 0173 №-li şəhadətnamədən müəyyən edilir ki, X6 həqiqətən ünvan 4 ünvanda iribuynuzlu heyvan yetişdirmə təsərrüfatı ilə məşğul olur. İşin materiallarında olan elektron sorğudan müəyyən edilir ki, X1 istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi VÖEN statusu olsa da, bu barədə onun fəaliyyət ünvanının məhz Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20 ünvanı olması sorğuda qeyd edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun qeyd edilən ünvandakı bu fəaliyyətini fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək olmaz. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20 ünvanında cavabdeh X4 məxsus iribuynuzlu heyvanın saxlanılır,yetişdirilir və istifadə olunur və istifadəsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun zoogigiyenik və baytarlıq (baytarlıqsanitariya) tələblərinə əməl olunmur. Təsərrüfat hasarla əhatə olunsa da, istehsalat binaları, yem, istifadə olunan avadanlıq və qurğular baytarlıq qaydaları və normativlərinə uyğun saxlanılmır və ətraf mühitin çirkənməsinə yol verilir. Saxlanılan heyvanların ifrazatı və tullantıları birbaşa fekal çöküntü prinsipinə əməl olunmadan ümumi mərkəzləşmiş kanalizasiya sisteminə axıdılır. Həmçinin, tövlənin tikintisində tikinti qaydalarına əməl edilmədiyindən yaşayış otaqlarının pəncərələrindən mal-qara saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən az olmamalıdır. Sözügedən tikililər (yaşayış evi və tövlə) arasındakı məsafə 5 m-dir. Qonşu ilə arakəsmədə istifadə olunan divar həm hasar, həm də tövlənin yan divarı kimi istifadə olunur ki, bu da döşəmədəki ifrazat axıntılarının divarı nəmləndirərək qonşunun həyətinə keçməsinə şərait yaradır. Heyvanların saxlanması üçün istifadə olunan ərazidən vətəndaş X6 yalnız təsərrüfat fəaliyyəti üçün istifadə edir, özü isə ailəsi ilə birlikdə həmin küçədə, qarşı tərəfdə 19 nömrəli həyət evində yaşayır. Yaşayış evi ilə tövlə arasındakı məsafənin texniki normativ hüquqi aktların tələblərinə uyğun olmaması, təsərrüfat fəaliyyəti zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl olunmaması, ətraf mühitin çirklənməsinə yol verilməsi iy və qoxunun yaranmasına, uçucu həşaratların çoxalmasına səbəb olur ki, bu da İddiaçı haqlı olaraq yaşayış evində yaşamaq hüququnun pozulmasına səbəb olur. Həmçinin, məhkəmə qeyd edir ki, X1 istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi VÖEN statusu olsa da, bu barədə onun fəaliyyət ünvanının məhz Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20 ünvanı olmadığından məhkəmə hesab edir ki, onun qeyd edilən ünvandakı bu fəaliyyətini fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Əz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz, təsirləri qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında 38 saylı 09 mart 2019-cu il qərarı ilə şəhər və şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtbəli binaların arasında iri və xırdabuynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağan edilmişdir. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də cavabdeh tərəfindən iribuynuzlu heyvanların saxlanılması qanunla yolverilməz olduğundan iddia əsaslı olmaqla təmin edilməli,Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də saxlanılan iribuynuzlu heyvanlar həmin ünvandan çıxarılmalı,ərazi heyvanlardan boşaldılmalı, həmin ünvanda heyvanların saxlanması cavabdeh X4 qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Masazır kəndi, S.Rüstəmov küçəsi, ev 20-də saxlanılan iribuynuzlu heyvanlar həmin ünvandan çıxarılsın,ərazi heyvanlardan boşaldılsın, həmin ünvanda heyvanların saxlanması cavabdeh X4 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-930/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-930/2021
24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver