Məhkəmə qərarları › İş №2(012)-944/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-944/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-944/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Meqa Sığorta ASC-nin nümayəndəsi X11, Cavabdeh X4 iştirakı ilə, İddiaçı Meqa Sığorta ASC-nin cavabdeh X6 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Meqa Sığorta ASC cavabdeh X6 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək cavabdeh X3 5739.50 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu olmaqla cəmi 5769.50 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahjiş etmişdir. Məhkəmə iclasında iddiaçı Meqa Sığorta ASC-nin nümayəndəsi X16 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 08 avqust 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X8 idarə etdiyi Hyundai Sonata markalı ** SZ *** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu Saray-Xırdalan yolu ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə Mercedes Benz GLS 400 markalı ** UB *** dövlət nömrə nişanlı avtomobillə və Meqa Sığorta ASC-də Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə sığortalanmış Hyundai Accent markalı ** SE *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Abşeron rayon DYPŞ-də tərtib olunmuş TP 3S6681 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs X8 müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində Hyundai Accent markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilə 7300 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 200181 saylı 04.09.2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən Meqa Sığorta ASC tərəfindən 7100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti Ata Sığorta ASC-də sığortalandığından 1360,50 manat sığorta ödənişi Ata Sığorta ASC-dən alınmışdır. Buna görə də Hyundai Sonata markalı ** SZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X8 bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021ci il tarixli 9/1351 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan Auto Azərbaycan şirkətinin 01.09.2020- ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı Hyundai Accent markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7300 manat müəyyən edilmişdir. İddiaçı ASC ekspert rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X8 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, 08.08.2020-ci il tarixdə saat 20:30-da Saray-Xırdalan yolunda toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X5 mülkiyyətində olan, hadisə baş verən anda onun tərəfindən idarə olunmuş Hyundai Sonata minik markalı ** SZ *** qeydiyyat nişanlı avtomobil X12 tərəfindən idarə olunmuş Mercedes Benz GLS 400 minik markalı ** UB *** minik markalı avtomobillə və X20 tərəfindən idarə olunmuş Hyundai Accent minik markalı ** SE *** qeydiyyat nömrəli avtomobillə toqquşmuşdur. O, avtomobili idarə edən zaman ara məsafəsini pozduğu üçün İnzibati tənbeh vermə haqqında 10.08.2020-ci il tarixli TP 386681 saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinin tələblərini pozduğu üçün 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021ci il tarixli 9/1351 saylı rəyi ilə qismən razıdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -30.10.2020-ci il tarixli Asan ödəniş sistemindən görünür ki, Meqa Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. -DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 11.09.2020-ci il tarixli arayışdan görünür ki, X2 rayonu Xırdalan şəhəri məhəllə 28, 18 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. -17.12.2018-ci il tarixli AD 367588 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, 2018-ci il buraxılışlı Hyundai Accent minik markalı ** SE *** qeydiyyat nömrəli avtomobil X17 mülkiyyətindədir. -10.12.2018-ci il tarixli AD 365738 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, 2018-ci il buraxılışlı Mercedes Benz GLS 400 minik markalı ** UB *** qeydiyyat nömrəli avtomobil X10 mülkiyyətindədir. -10.11.2018-ci il tarixli ƏN-İV 685954 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X9 mülkiyyətində olan Hyundai Sonata minik markalı ** SZ *** qeydiyyat nömrəli avtomobili X6 5 il 9 ay 13 gün olmaqla 23.08.2024-cü il tarixədək idarə etmək hüququnu etibar etmişdir. -04.09.2020-ci il tarixli AKS 200181 saylı sığorta ödənişi aktından görünür ki, Rabitəbank ASC-də 18.12.2018-ci il tarixdən 17.12.2021-ci il tarixədək franşiza (azadolma) məbləği 200 manat olmaqla 20750 manat dəyərində kasko sığorta növündə sığortalanmış sığortalı X18 məxsus Hyundai Accent minik markalı ** SE *** qeydiyyat nişanlı avtomobil ilə 08.08.2020-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu Saray- Xırdalan yolunda ara məsafənin düzgün seçilməməsi səbəbindən toqquşma baş vermiş, dəymiş zərərin məbləği 7300 manat müəyyən edilməklə zərərçəkmiş X17 hesabına köçürmə yolu ilə ödəniş edilmiş, subroqasiya tələbinin məbləği 7100 manat müəyyən edilməklə subroqasiya hüququnun irəli sürülməli olan şəxsin X4 olduğu müəyyən edilmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 13.08.2020-ci il tarixli 128-57557-1220 saylı arayışdan görünür ki, Abşeron rayon DYPŞ bildirir ki, 08.08.2020-ci il tarixdə saat 20:30-da Saray-Xırdalan yolunda toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X5 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş X8 tərəfindən idarə olunmuş Hyundai Sonata minik markalı ** SZ *** qeydiyyat nişanlı avtomobil X10 mülkiyyətində olan və mülkiyyətçinin özü tərəfindən idarə olunmuş Mercedes Benz GLS 400 minik markalı ** UB *** minik markalı avtomobillə və X17 mülkiyyətində olan və mülkiyyətçisi tərəfindən idarə olunmuş Hyundai Accent minik markalı ** SE *** qeydiyyat nömrəli avtomobillə toqquşmuş və olunmuş Mercedes Benz GLS 400 minik markalı ** UB *** minik markalı avtomobilin arxa sol hissəsinə, Hyundai Accent minik markalı ** SE *** qeydiyyat nömrəli avtomobillin isə sol yan hissəsinə ziyan dəymişdir. -İnzibati tənbeh vermə haqqında 10.08.2020-ci il tarixli TP 386681 saylı qərarın surətindən görünür ki, X8 08.08.2020-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu Saray-Novxanı-Xırdalan yolunda Hyundai Sonata minik markalı ** SZ *** qeydiyyat nişanlı avtomobili idarə edən zaman ara məsafəsini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün 40 manat məbləğində cərimə olunmuşdur. -Meqa Sığorta ASC-nin X6 və X7 ünvanlandığı 13.08.2020-ci il tarixli 859-08/20 İTŞ saylı məktubdan görünür ki, ASC tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etmələri və sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar təklifləri 3 iş günü müddətində Cəmiyyətə yazılı şəkildə təqdim etmələri xahiş olunmuşdur. -Auto Azərbaycan Şirkətinin 01.09.2020-ci il tarixli AA040736 saylı aktından görünür ki, Hyundai Sonata minik markalı ** SZ *** qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri dəyişdirilmiş və avtomobilə dəymiş zərərin məbləğinin 7300 manat olması müəyyən edilmişdir. -Meqa Sığorta ASC-nin fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X17 mülkiyyətində olan Meqa Sığorta ASC-nin Hyundai Sonata minik markalı ** SZ *** qeydiyyat nişanlı avtomobil 18.12.2018-ci il tarixdən 17.12.2021-ci il tarixədək olan müddətdə azadolma məbləği 200 manat olmaqla sığorta məbləği ümumi sığorta haqqı 1275 manat olmaqla sığortalanmışdır. -04.09.2020-ci il tarixli 003055 saylı ödəniş tapşırığından görünür ki, Meqa Sığorta ASC Meqa Sığorta ASC-nin hesabına sığorta ödənişinə görə 7100 manat pul köçürmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli 9/1351 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Auto Azərbaycan şirkətinin 01.09.2020- ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı Hyundai Accent markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7300 manat müəyyən edilmişdir. -Rəydən daha sonra müəyyən olunur ki, tədqiqat obyekti: 2018-ci il buraxılışlı Hyundai Accent markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, Hyundai Accent markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(012)-944/2021 №-li mülki iş materiallarında olan 01.09.2020-ci il tarixli qüsur aktı əsasında hesablanır. İş materiallarında olan Auto Azərbaycan şirkətinin 01.09.2020-ci il tarixli qüsur aktında 2018-ci il buraxılışlı Hyundai Accent markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələndiyi və təmir-bərpa xərcinin 7300,0 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: - dəyişilməli hissələrin dəyəri - 7445,0 manat; - endirim 20% - 5956,0 manat, - təmir işlərinin dəyəri - 1680,0 manat, endirim 20% - 1344,0 manat. Malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, qərarda qeyd edilən avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Qeyd: 2018-ci il buraxılışlı Hyundai Accent markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə, onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. -Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ekspert rəyini digər sübutlarla əlaqəli şəkildə tədqiq edib hesab edir ki, ekspert rəyi işin hallarına uyğundur və sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan başqa, həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi ekspert rəyində Hyundai Accent markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələndiyi və təmir-bərpa xərcinin 7300,0 manat məbləğində olduğu müəyyən edilmiş, iddiaçı “Sığorta Ödənişi Aktı”na əsasən 200 manat məbləğində fransıza (azadolma) çıxmaqla yerdə qalan 7100 manat məbləğindən Ata sığorta tərəfindən ona ödənilmiş 1360,50 manat pul məbləğini çıxmaqla 5739.50 manat sığorta ödənişini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlıdır, qanunauyğundur. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən ödənilmiş 5739.50 manat sığorta ödənişi cavabdeh X1 qaydasında tutularaq iddiaçı Meqa Sığorta ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin əvəzi cavabdeh X3 tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı Meqa Sığorta ASC tərəfindən ödənilmiş 5739.50 (beş min yeddi yüz otuz doqquz manat əlli qəpik) manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 30 manat (otuz manat) olmaqla cəmi 5769.50 (beş min yeddi yüz altmış doqquz manat əlli qəpik) cavabdeh X1 qaydasında tutularaq iddiaçı Meqa Sığorta ASC-nə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdeh X3 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar