Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-946/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «pulun qaytarılması» tələbinə dair mülki Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 50292 manat pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında bildirdi ki, İddiaçı mərhum həyat yoldaşı 2009-cu ildə ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzili "xxxx" MMC-dən satın almışdır. Sonradan bəlli olmuşdur ki, "xxxx" MMC-nin rəhbərliyi bir sıra şəxslərə qarşı dələduzluq etmiş və buna görə onlar həbs edilmişlər. Bundan sonra iddiaçının mənzili "xxxx" MTK-ya keçmişdir. Bir müddət sonra həmin MTK-nin rəhbəri iddiaçını dəvət edərək mənzilə görə əlavə olaraq ödəniş etməli olduğunu bildirmiş və iddiaçıdan əlavə pul almışdır. Ümumilikdə 51000 manata yaxın vəsait ödənilmişdir. Ancaq yenidən məlum olmuşdur ki, iddiaçının həyat yoldaşının almış olduğu və sonradan vərəsəliklə iddiaçıya keçmiş mənzil də iddiaçıdan əvvəl və sonra başqabaşqa şəxslərə satılmışdır. Həmin alıcılardan birinin iddiası üzrə baxılmış məhkəmə işində qətnamə qəbul edilərək mənzilin üçüncü şəxsə məxsus olması öz təsdiqini tapmışdır. Faktiki olaraq iddiaçıya qarşı "xxxx" MTK tərəfindən qanunsuzluq edilmişdir. 12 ildir ki, iddiaçı mənzilin sahibi olduğunu düşündüyü halda faktiki olaraq mənzildən məhrum olmuşdur. İddiaçının artıq 82 yaşı var. Bu yaşda iddiaçının yenidən özünə mənzil almağı çox çətindir. Belə olan halda iddiaçı həm mənzildən, həm də pulundan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. İddiaçı mübahisə predmeti olan mənzili "xxxx" MMC-dən almışdır. Yəni sözügedən mənzilin "xxxx" MTK-ya aidiyyatı yoxdur. Odur ki, o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh MTK-nın 19.11.2019-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,6 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin dəyəri 50292 manat İddiaçı tərəfindən ödənilmiş, İddiaçı MTK-ya borcu yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1603/2020 saylı, 20.11.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, müstəqil tələb irəli sürən şəxsin iddiası təmin edilmiş, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair X8 ilə Cavabdeh MTK arasında bağlanmış 26 noyabr 2-16-cı il tarixli müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair iddiaçı X8 ilə Cavabdeh MTK ("xxxx" MMC) arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair Hayan-E” MMC ilə X12 arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh MTK ilə X12 arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə və Cavabdeh MTK ilə X11 arasında bağlanmış 10.12.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil X1 və istifadəsinə verilməsi, hər hansı maneçiliyin yaradılması Cavabdeh MTK-ya qadağan edilməsi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair X2 və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, Cavabdeh MTK-dan 40 manat məbləğində rüsuma görə pulun tutulması, onun 10 manatı X5, 30 manatı isə X10 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1266/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər X7 və İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin iş üzrə 20 noyabr 2020-ci il tarixli 2(012)-1603/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5271/2021 saylı, 05.10.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1266/2021 nömrəli, 03.05.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş mateialalrında olan qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 2(012)- 1603/2020 saylı, 20.11.2020-ci il tarixli qətnaməsi ilə,ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair "xxxx" MMC ilə X13 arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh MTK ilə X13 arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,qeyd edilən müqavilələr etibarsız sayılmasına baxmayaraq, İddiaçı tərəfindən ödənilmiş 50292 manat Progress-2016” MTK tərəfindən geri qaytarılmamışdır. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi iddia tələbinə etiraz etsədə,etirazını əsaslandıra bilməmiş, iddiaçının mübahisə predmeti olan mənzili "xxxx" MMC-dən aldığını, sözügedən mənzilin "xxxx" MTK-ya aidiyyatı olmadığını bildirməklə etirazını ümumi sözlərlə ifadə etmiş,halbuki işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-in hazırki hüquqi varisi"xxxx" MTK-dır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 241,40 manat cavabdeh təşkilatdan alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MTK-dan 50292 manat pul və məhkəməyə ödənilmiş 241,40 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-946/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-946/2022
31.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver