Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-951/2023 01.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş maddi ziyan, vəkil xidmətinə görə 200 manat, ekspertiza xərcinə görə 300 manat, məhkəmə üçün ödənilmiş 60 (30+30=60) manat olmaqla, ümumilikdə, cəmi 560 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə barışıq əldə olunduğundan mülki iş üzrə iddia ərizəsindən imtina etdiyini, ona görə də xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasına onun iştirakı olmadan baxılmaqla mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmiş və əlavə olaraq, izahatında tərəflər arasında məhkəmədənkənar qaydada barışığın əldə olunduğunu bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və qanunamüvafiq hesab edildiyindən qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından həmin imtina qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-951/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-951/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver