Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-954/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı nümayəndəsi X4, cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1, İİİ şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Neft Kəmərləri İdarəsinə (İİİ şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı cavabdehə qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Neft Kəmərləri İdarəsinə (İİİ şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı cavabdehə qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsassız müdaxiləsinin qanunsuz hesab edilməsi və belə hərəkətlərin gələcəkdə cavabdehə qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyət hüququ üzrə İddiaçı məxsus torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kəmərlər İdarəsinin əsassız müdaxiləsinin qanunsuz hesab edilməsi və belə hərəkətlərin gələcəkdə cavabdehlərə qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qeyd etdi ki, iddia ərizəsi İddiaçı tərəfindən verilsə də, onun tərəfindən imza edilmişdir. Cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2 iddia ərizəsi imza etmək səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən baxılmamış saxlanılmasını xahiş etdi. İİİ şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil da mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəməyə gəlməmiş və nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə isə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3 maddəsinin tələblərinə cavab vermədiyindən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3 maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 04.11.2017-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən X5 müəyyən səlahiyyətləri həyata keçirmək üçün verilmişdir. Həmin etibarnamədə İddiaçı tərəfindən X5 iddia ərizəsini imzalaması səlahiyyəti verilməmişdir. Buradan da müəyyən edilir ki, onun iddia ərizəsini imza etmək səlahiyyəti yoxdur. Odur ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 259.0.3 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinə, SOCAR-ın Neft Kəmərləri İdarəsinə (İİİ şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı cavabdehə qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-954/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-954/2022
11.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver