Məhkəmə qərarları › İş №2(012)-986/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-986/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-986/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yol nəqliyyat hadisəsi zamanı mülkiyyətindəki avtomobilinə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 11 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yol nəqliyyat hadisəsi zamanı mülkiyyətindəki avtomobilinə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 avtomobil qəzası nəticəsində onun mülkiyyətindəki «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinə vurulmuş 4050 (dörd min əlli) manat məbləğində maddi zərər, bu xərclərdən əlavə çəkdiyi xərc 600 (altı yüz) manat mənəvi zərər, cəmi 4650 (dörd min altı yüz əlli) manat pulun, həmçinin məhkəməyə müraciət edərkən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsalandırmışdır ki, 31 oktyabr 2020-ci il tarixdə təqribən saat 09.00 radələrində özünə məxsus «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobili ilə Ak.H.Əliyev küçəsi istiqamətindən C.Səlimov küçəsi ilə 3 mikrorayon dairəsi istiqamətində hərəkət edirdi. Bu zaman onun avtomobili ilə qəza törətmiş «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 MAS-1330 saylı daxili lizinq müqaviləsinə əsasən öhdəlikləri öz üzərinə qəbul edərək sahibliyində və istifadəsində olmuşdur. Hadisə zamanı Cavabdeh2 sahiblik və istifadəsində olan «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobili, qanunsuz və sənədsiz olaraq, heç bir sığorta müqaviləsi olmadan digər Cavabdeh1 idarə etməsi üçün vermişdir. Cavabdeh1 tərəfindən idarə olunan «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil S.Səlimov küçəsi ilə C.Məmmədquluzadə küçəsi istiqamətində gedərkən Salamzadə küçəsinin kəsişməsində yolun əks istiqamətinə çıxmaqla manevr etmə qaydalarını pozmaqla onun avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinin qabaq buferi, sol farası, faranın kranşteyni, sol tərəf qanadaltısı, motorlu jalüz, qabaq şveller, qoşa obilsofqa, radar, radiator, motorun aliminum qoruyucusu zərbədən sıradan çıxmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Ümumilikdə «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı onun avtomobilinə 4050 (dörd min əlli) manat məbləğində maddi zərər dəymişdir. Hadisədən sonra DYP və "xxxx" MMC ilə araşdırmalardan sonra məlum olmuşdur ki, «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 "xxxx" MMCdən lizinq müqaviləsi üzrə sahiblik və istifadəsində olmaqla öhdəlikləri qəbul etmişdir və cavabdeh etməli olmadığı halda, qanunsuzluğa yol verərək həmin avtomobili sığorta etdirmədən, qanunsuz olaraq digər Cavabdeh1 adlı şəxsə idarə etmək üçün vermişdir. Həmin şəxs də 31 oktyabr 2020-ci il tarixində səhər saat 09.00 radələrində cavabdehə məxsus avtomaşınla onun avtomobilini inzibati qayda pozuntusu etməklə toqquşub, əzmişdir. Həmin sürücü Cavabdeh1 barəsində artıq AR İXM-nin 332.1, 327.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-si tərəfindən inzibati protokol tərtib olunmuşdur və sürücü inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin hadisədən bir il vaxt keçməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 müxtəlif bəhanələr gətirərək, onların günahlarının olmadığını bildirərək onun avtomaşınına vurulmuş zərəri ödəməkdən yayınırlar. Həmçinin hadisədən sonra bir neçə gün maşınsız qalmış və taksi ilə hərəkət etmişdir. Bu bir neçə gün ərzində maşınına aid detalların alınması və detalları taksi ilə alıb gətirməyi, öz işləri üçün taksi vasitəsilə hərəkət etməyinə görə də 600 (altı yüz) manat da əlavə xərci çıxmışdır. Həmin xərci də cavabdehdən ona vurulmuş mənəvi zərər kimi tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianı qəbul etməyib izahatında bildirdi ki, qarşı tərəfin sığortası olmayıb, onun isə ziyanı ödəmək üçün heç cür imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan “Avtoservis 199” tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Servisə daxil ola avtomobilin təmir xərcləri barədə arayışdan görünür ki, «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilin hissələrinin təmir xərci cəmi 880 manat təşkil edir. Mülki iş materiallarında olan “AvtoBest” tərəfindən verilən qəbzdən görünür ki, avtomobil alınan hissələrin qiyməti cəmi 3170 manat təşkil edir. Mülki iş materiallarında olan TP ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixində, saat 09:00-da Salamzadə küçəsi, C.Səlimov küç kəs Khazar LX minik markalı ** PC *** nömrəli nəqliyyat vasitəsini idarə edərkən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş, 40 manat məbləğində cərimə edilmişdir. Mülki iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-yə, «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. Mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1727/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 və Cavabdeh2 cəlb etməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyi üçün təmin edilməmişdir. Mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6469/2021 saylı qətnaməsinə əsasən İddiaçı və onun nümayəndəsi vəkil X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-1727/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli, 9/3549 nömrəli ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, “AvtoBest” tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “BMW 528i” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3364,0 manat- 2484 manat dəyişilməli hissələrin qiyməti və 880 manat bərpa işlərinin xərci müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 31 oktyabr 2020-ci il tarixdə təqribən saat 09.00 radələrində özünə məxsus «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobili ilə Ak.H.Əliyev küçəsi istiqamətindən C.Səlimov küçəsi ilə 3 mikrorayon dairəsi istiqamətində hərəkət edirdi. Bu zaman onun avtomobili ilə qəza törətmiş «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 MAS-1330 saylı daxili lizinq müqaviləsinə əsasən öhdəlikləri öz üzərinə qəbul edərək sahibliyində və istifadəsində olmuşdur. Hadisə zamanı Cavabdeh2 sahiblik və istifadəsində olan «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobili, qanunsuz və sənədsiz olaraq, heç bir sığorta müqaviləsi olmadan digər Cavabdeh1 idarə etməsi üçün vermişdir. Cavabdeh1 tərəfindən idarə olunan «KHAZAR LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil S.Səlimov küçəsi ilə C.Məmmədquluzadə küçəsi istiqamətində gedərkən Salamzadə küçəsinin kəsişməsində yolun əks istiqamətinə çıxmaqla manevr etmə qaydalarını pozmaqla onun avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinin qabaq buferi, sol farası, faranın kranşteyni, sol tərəf qanadaltısı, motorlu jalüz, qabaq şveller, qoşa obilsofqa, radar, radiator, motorun aliminum qoruyucusu zərbədən sıradan çıxmışdır. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, “AvtoBest” tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “BMW 528i” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3364,0 manat məbləğindədir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hər ikisi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş ziyan üçün cavabdehdir, ona görə də, ziyan məbləği olaraq 3364 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, iddia qismən təmin edilməlidir. İddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 600 manat məbləğində mənəvi zərərə görə təzminatın tutulmasını xahiş etmişdir. Avropa Məhkəməsinin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X2rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməsə də, tərəflər arasında avtomaşınla bağlı yaranan münasibət nəticəsində iddiaçının mənəvi zərər çəkməsi qaçılmazdır. Ona görə də, məhkəmə bunu əsas götürərək hesab edir ki, iddiaçıya cavabdehin təqsirli hərəkəti nəticəsində dəyən mənəvi zərərin ağlabatan məbləği 300 manat məbləğində müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən mənəvi zərərə görə 300 manat məbləğində pul tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 100 manat məbləğində pul vəsaitinin 80 manat məbləğindəki hissəsi cavabdehlərdən bərabər qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 80 manatı bərabər qaydada cavabdehlərə, 20 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı məxsus «BMW 5281» markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 3364 manat, 300 manat mənəvi zərərə görə pul və ödənilmiş dövlət rüsumu üçün 80 manat , cəmi 3744 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən 40 manat olmaqla, cəmisi 80 manat, İddiaçı isə 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar