Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-988/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Abşeron rayon İcra şöbəsinə qarşı "xxxx" MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Abşeron rayon İcra şöbəsinə qarşı "xxxx" MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Şöbəsinin 17/75-8İ-2381 saylı, 23.01.2021-ci il tarixli sifariş məktubunun və bununla bağlı Abşeron rayonu Masazır kəndində yerləşən qeyri-yaşayış sahəsinin Bakı Hərrac Mərkəzi MMC tərəfindən hərraca çıxarılması hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 09.02.2022-ci il tarixinə saat 11:30-a, 01.03.2022-ci il tarixinə saat 10:50-yə, 29.03.2022-ci il tarixinə saat 12:00-a təyin olunmuş məhkəmə hazırlıq iclasında iddiaçı iştirak etmiş, 25.04.2022-ci il tarixinə saat 10:00-a təyin olunmuş məhkəmə baxış iclasında iddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, lakin 24.01.2022-ci il tarixinə saat 11:00-a təyin olunmuş hazırlıq, 24.05.2022-ci il tarixinə saat 10:30-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Abşeron rayon İcra şöbəsinə qarşı "xxxx" MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-988/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-988/2022
24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver