Məhkəmə qərarları › İş №2(013)-107/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-107/2024

06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-107/2024 06.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbi barədə mülki işə 06 mart 2024cü il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2009-cu ildə anadan olmuş X2 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2007-ci ildə Cavabdeh ilə evlənmiş, nikahı 2008-ci ildə qeydə alınmışdır. xx.xx.2008-ci ildə Aysu, xx.xx.2009-cu ildə Aysel adlı uşaqları olmuşdur. Xanımla olan nikahı 2012-ci ildə pozulmuşdur. Boşandıqdan sonra hər iki uşağı anasının yanında qalmışdır. Aysel adlı uşağı xx.xx.2023-cü ildə onun yaşadığı Bərdə rayonu 566 saylı qəsəbə 7 saylı binanın 2 nömrəli mənzilinə gələrək onunla yaşamaq istədiyini bildirmişdir. Aysel həmin vaxtdan Xanımın yanına getməyərək onun himayəsində qalmışdır. Aysu adlı qızı hazırda da anasının himayəsində yaşayır. Ayseli saxlamaq, onun inkişafı və tərbiyəsi üçün mənzil-məişət şəraitinin olduğunu qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qismində məhkəmədə izahat verən T.Q.Tanrıverdiyev xx.xx.2009-cu ildə anadan olmuş Aysel adlı uşağın mənafeyini və fikrini nəzərə alaraq atası İddiaçı, himayəsində qalmasını məqsədə müvafiq hesab etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə baxışında məsələnin həlli zamanı fikrini bildirən xx.xx.2009-cu ildə anadan olmuş X5 atası İddiaçı himayəsində qalmaq istədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3281 nömrəli arayışdan görünür ki, tərəflərin xx.xx.2009-cu ildə Aysel adlı uşağı olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-2826/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası qismən təmin edilərək Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1886/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci ildə anadan olmuş Aysu və xx.xx.2009-cu ildə anadan olmuş Aysel adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 110 manat, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)- 1886/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)-52/2021 saylı qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(013)-1020/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq İddiaçı xx.xx.2008-ci ildə anadan olmuş Aysu və xx.xx.2009-cu ildə anadan olmuş Aysel adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 90 manat, ümumilikdə 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(039)-174/2012 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək onunla Cavabdeh arasında olan xx.xx.2008-ci ildə qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci ildə anadan olmuş Aysu və xx.xx.2009-cu ildə anadan olmuş Aysel adlı uşaqların X.B.Səmədovanın (Paşayevanın) yanında qalmaları müəyyən edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli 5-31/2-49-2024 saylı rəyindən görünür ki, Komissiya Aysel adlı uşaqla müvafiq söhbət aparmış, xx.xx.2009-cu il təvəllüdlü Aysel adlı uşaq atasının himayəsində yaşamaq istəyir. Qeyd edilənə əsasən Komissiya Aysel adlı uşağın atası İddiaçı himayəsində qalmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında olan nikah xx.xx.2008-ci ildə 03 nömrə ilə qeydə alınmış, onların xx.xx.2008-ci ildə Aysu və xx.xx.2009-cu ildə Aysel adlı uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli 2(039)-174/2012 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, Aysu və Aysel adlı uşaqlar anası Cavabdeh yanında qalmışlar. Aysel adlı uşaq xx.xx.2023-cü ildə atası İddiaçı yanına gəlmiş və hazırda onun himayəsində yaşayır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla məlum olduğu kimi Aysel adlı uşaq anasının himayəsinə getməkdən imtina etmişdir. Aysel atası İddiaçı himayəsində qalmaq istədiyini bildirmişdir. Belə olan halda Aysel adlı uşağın atasının himayəsində qalmaq istəməsi barədə fikri Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən mütləq nəzərə alınmaqla iddia təmin edilməlidir. Həmin maddədə göstərilmişdir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il 8 nömrəli Qərarının 7.5-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən «10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır», yaxud «qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər» ifadələri uşağın bir valideyndən digərinə alının verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 73.1-ci maddəsində nəzərdə tutulmuş qaydada işə cəlb edilmiş Ağdam Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən mübahisə ilə bağlı əsaslanmış rəyini məhkəməyə təqdim etmişdir. Qeyd olunan rəy mülki işin məhkəmə baxışında elan olunmuşdur. Qəyyumluq və Himayəçilik Komissiyası təqdim etdiyi rəyində Aysel adlı uşağın atasının himayəsində qalmasını məqsədə müvafiq hesab etmişdir. Hər Aysel uşağın hüquq və mənafeyini, atası İddiaçı olan bağlılığını, inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını, Ayselin atasından ayrı düşməsinin mənəvi inkişafına, psixi və fiziki sağlamlığına xələl yetirə biləcəyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Aysel adlı uşaq atasının himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquq aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. xx.xx.2009-cu ildə anadan olmuş X5 atası X3 himayəsinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar