Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1172/2024 04.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi Vəkil rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh M.Cavabdeh vurduğu zərərə görə 10546 manat, icarə müqaviləsi üzrə 52 gün üçün ödənilməmiş 22516 manat - cəmi 33062 manat və ödənilmiş dövlət rüsumu əvəzində 190 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, qardaşı Ehtiramla ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri yaşayış sahəsini xx.xx.2021-ci ildən yazılı müqaviləyə əsasən Cavabdeh icarəsinə vermişdir. Cavabdeh birinci müqavilə üzrə hər ay 2000 manat, ikinci müqavilə üzrə isə 15000 manat icarə haqqını ödəməyi üzərinə götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü ildə ödəniş etmişdir. Cavabdeh xx.xx.2023-cü ildə əşyalarını da götürüb mağazadan getmiş, lakin mağazanın açarını ona təhvil verməkdən imtina etmişdir. Cavabdeh onun mağazasını xx.xx.2024-cü ildə ona təhvil vermişdir. Cavabdeh 52 gün üçün ona 22516 manat icarə haqqını borclu qalmışdır. Bundan başqa Cavabdeh onun icazəsi, razılığı və xəbəri olmadan mağazanın döşəməsini, tavanını deşərək rəflər düzəltmiş, şüşə rəflərin qarşısını bağlamışdır. xx.xx.2024-cü il tarixli təhviltəslim aktında mağazadakı qüsurlar barədə qeydlər aparılmışdır. Sonradan mütəxəssis dəvət edərək Cavabdeh mağazaya vurduğu ziyanı hesablatmış və 10546 manat olması məlum olmuşdur. Tələb etməsinə baxmayaraq cavabdehin icarə haqqını və vurduğu ziyanı ödəmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil iddianı müdafiə edərək və İddiaçı izahatını təsdiqləyərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş tərəflər arasında bağlanaraq xx.xx.2021-ci ildə Bakı şəhəri 44 saylı Notariat Ofisində təsdiqlənmiş müqavilənin surətindən görünür ki, R.O.X1 adından müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri yaşayış sahəsini xx.xx.2025-ci il tarixə qədər Cavabdeh icarəsinə vermiş, icarə haqqı aylıq 2000 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanaraq xx.xx.2022-ci ildə Bakı şəhəri 44 saylı Notariat Ofisində təsdiqlənmiş müqavilənin surətindən görünür ki, R.O.X1 adından müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri yaşayış sahəsini xx.xx.2025-ci il tarixə qədər Cavabdeh icarəsinə vermiş, icarə haqqı aylıq 15000 manat müəyyən edilmişdir. İddiaçı, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh icarəsində olan yuxarıda qey edilən qeyri yaşayış sahəsini İddiaçı təhvil vermişdir. Həmin aktda obyektin qənətbəxş olmadığı barədə qeyd aparılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2 saylı hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri yaşayış sahəsinə 10546 manat ziyan dəymişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı R.O.Məmmədov ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri yaşayış sahəsini digər şəxsin adından xx.xx.2021-ci ildən cavabdeh S.Ə.Novruzovun icarəsinə verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin obyekti xx.xx.2024-cü il tarixə qədər istifadəsində saxlamış, 52 gün üçün müqavilə üzrə hesablanan 22516 manat məbləği R.O.Məmmədova ödəməyərək öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsində göstərilmişdir ki, İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsində göstərilmişdir ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Həmin Məcəllənin 704.2-ci maddəsində göstərilmişdir ki, icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Həmin Məcəllənin 675-ci maddəsində göstərilmişdir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsində göstərilmişdir ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Bundan başqa işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 402,7 kv.metr olan qeyri yaşayış sahəsində icarəyə götürdüyü xx.xx.2021-ci ildən İddiaçı təhvil verdiyi xx.xx.2024-cü ilədək iddiaçının razılığı olmadan dəyişikliklər apararaq sonuncunun əmlakına 10546 manat məbləğində ziyan vurmuşdur. Belə olan halda M.Cavabdeh vurduğu 10546 manat zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Həmin Məcəllənin 697.4-cü maddəsində göstərilmişdir ki, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu əvəzində Cavabdeh 190 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh vurduğu zərərə görə 10546 manat, icarə müqaviləsi üzrə 52 gün üçün ödənilməmiş 22516 manat - cəmi 33062 (otuz üç min altmış iki) manat və ödənilmiş dövlət rüsumu əvəzində 190 (yüz doxsan) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev edən
Məhkəmə qərarları › İş №2(013)-1172/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1172/2024
04.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver