Məhkəmə qərarları › İş №2(013)-1227/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1227/2025

15.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1227/2025 15.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Xındırıstan kəndində yerləşən və paylı mülkiyyət hüququ üzrə İddiaçı1, mərhum atası X2, anası İddiaçı2, qardaşı İddiaçı3, qardaşı X4 məxsus 3.16 ha torpaq sahəsi üzrə paylı mülkiyyətçilərin payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında iddianı müdafiə etdiyini, Ağdam rayonu Quzanlı kəndində yerləşən 3.16 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında ona, atası X2, anası İddiaçı2, qardaşı X4, qardaşı İddiaçı3 və qardaşının həyat yoldaşı Cavabdeh məxsus olduğunu, atası X1 vəfat etdiyini, 11 mart 1971-ci il tarixdə anadan olmuş qardaşı X3 1989-cu ildə həqiqi hərbi xidmətə getdiyini və bir daha geri dönmədiyini, qardaşının xx.xx.1988-ci ildə keçmiş Ağdam rayon Hərbi Komissarlığında itkin kimi qeydiyyata alındığını, hazırda qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisə olduğundan, torpaq sahəsinin birgə mülkiyyətçilərin payların müəyyən edilməsi zərurət yarandığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında iddianı müdafiə etdiyini, Ağdam rayonu Quzanlı kəndində yerləşən 3.16 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında ona, atası X2, anası İddiaçı2, qardaşı X4, qardaşı İddiaçı3 və qardaşının həyat yoldaşı Cavabdeh məxsus olduğunu, atası X1 vəfat etdiyini, 11 mart 1971-ci il tarixdə anadan olmuş qardaşı X3 1989-cu ildə həqiqi hərbi xidmətə getdiyini və bir daha geri dönmədiyini, qardaşının xx.xx.1988-ci ildə keçmiş Ağdam rayon Hərbi Komissarlığında itkin kimi qeydiyyata alındığını, hazırda qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisə olduğundan, torpaq sahəsinin birgə mülkiyyətçilərin payların müəyyən edilməsi zərurət yarandığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında iddianı müdafiə etdiyini, Ağdam rayonu Quzanlı kəndində yerləşən 3.16 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında ona, atası X2, anası İddiaçı2, qardaşı X4, qardaşı İddiaçı3 və qardaşının həyat yoldaşı Cavabdeh məxsus olduğunu, atası X1 vəfat etdiyini, 11 mart 1971-ci il tarixdə anadan olmuş qardaşı X3 1989-cu ildə həqiqi hərbi xidmətə getdiyini və bir daha geri dönmədiyini, qardaşının xx.xx.1988-ci ildə keçmiş Ağdam rayon Hərbi Komissarlığında itkin kimi qeydiyyata alındığını, hazırda qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisə olduğundan, torpaq sahəsinin birgə mülkiyyətçilərin payların müəyyən edilməsi zərurət yarandığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbinə etiraz etmədiyini, qeyd olunan torpaq sahəsinə dair mülkiyətçilərin paylarının müəyyən edilməsinə zərurət olduğunu bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan reyestr nömrəsi **********93, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağdam rayon Xındırıstan kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 3.16 ha torpaq sahəsi X1, İddiaçı3, İddiaçı1, İddiaçı2, X3 və Cavabdeh, ümumi birgə mülikiyyətindədir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 038 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsi tərəfindən 05 fevral 2025-ci il tarixdə verilmiş 216 npmrəli arayışın surətindən görünür ki, 1971-ci il təvəllüdlü X6 xx.xx.1988-ci ildə keçmiş Ağdam rayon Hərbi Komissiarlığında ilkin qeydiyyata alınıb. xx.xx.1989-cu il keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə göndərilmişdir. Lakin onun sonrakı xidməti və qeydiyyatı barədə SHXCDX-nin Ağdam rayon şöbəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümümi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvercilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Xındırıstan kəndində yerləşən 3.16 ha torpaq sahəsinə dair İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh, X1 və X3 altıda bir (1/6) hissədə payları müəyyən edilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Xındırıstan kəndində yerləşən 3.16 ha torpaq sahəsinə dair İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh, X1 və X3 altıda bir (1/6) hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Agdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar