Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-15/2024 05.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi və pul tələbi barədə mülki işə 05 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi və cavabdehin həmin torpaqdan istifadə etdiyindən əldə etdiyi gəlirlərin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ona və əri X2 0,42 ha pay torpaq sahəsi verilmişdir. Əri Sahib xx.xx.2001-ci ildə vəfat etmişdir. Bu vaxta qədər Ağdam rayonunun Evoğlu kəndində, əri öləndən sonra isə hazırki vaxta qədər Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Cavabdeh onun mərhum əri Sahibin qardaşı olmuşdur. Habil uzun müddətdir ona məxsus torpaq sahəsini istifadə edir və ona qaytarmır. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Səkinə Abbbasovaya məxsus torpaq sahəsini heç vaxt istifadə etməmişdir. İddiaçı ona qarşı böhtan xarakterli tələb irəli sürdüyünü qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş JN 0054 kod 60909048 olan dövlət aktının surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə İddiaçı və X1 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,42 ha torpaq sahəsi verilmişdir. AZ № 042281 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2001-ci ildə vəfat etmişdir. İİİ-JQ № 253012 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında olan nikah xx.xx.1982-ci ildə Ağdam rayonunun Qaradağlı kənd sovetində 18 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1228/2024 saylı mütəxəssis rəyindən görünür ki, JN 0054 kod 60909048 olan dövlət aktına əsasən S.R.Abbasov və İddiaçı mülkiyyətinə verilmiş Ağdam rayonunun Evoğlu kəndində yerləşən 0,42 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olduğu kimi Ağdam rayonunun Evoğlu kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,42 ha torpaq sahəsi S.R.Abbasov və arvadı olmuş hazırki İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. S.R.Abbasov xx.xx.2001-ci ildə vəfat etmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona müvafiq şəhadətnamə verilmişdir. İddiaçının mülkiyyətinə verilmiş Ağdam rayonunun Evoğlu kəndində yerləşən 0,42 ha torpaq sahəsinin halhazırda Cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir. Belə olan halda iddianın torpaq mübahisəsinə aid hissəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı tələbinin Cavabdeh torpaqdan istifadə etdiyindən əldə etdiyi gəlirlərin alınması tələbinə dair hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddianın həmin hissəsi təmin oluna bilməz. Cavabdeh iddiaçıya zərər vurması məhkəmə baxışında təsdiq olunmamışdır. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə tam həcmdə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə İddiaçı və X2 verilmiş Ağdam rayonunun Evoğlu kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilsin. İddiaçı iddiasının qalan - Cavabdeh torpaqdan istifadə etdiyindən əldə etdiyi gəlirlərin alınması tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-15/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-15/2024
05.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver