Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-200/2024 13.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi barədə mülki işə 13 mart 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 onun etibarından sui istifadə edərək, iddia ərizəsində 3-cü tərəf kimi qeyd etdiyi Bakı şəhəri, 11 saylı Notariat Kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə ona məxsus 60550 (altmış min beş yüz əlli) manat 25 yanvar 2022- ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı Notariat Kontorunda, daha sonra isə qısa müddət ərzində 10000 (on min) manat, ümumilikdə 70550 (yetmiş min beş yüz əlli ) manat pul vəsaitini ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,60 kv.m olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,10 kv m olan hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29,60 kv.metr + 42,10 kv.metr), həm də layihə üzrə mövcud olan əlavə 102 kv.metr sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əölakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq ümumilikdə 174 kv.metr olan tikiliyə qeyriyaşayış təyinatına uyğun adına mülkiyyətdən çıxarışın verilməsini vəd edərək, ümumilikdə ona məxsus 70550 (yetmiş min beş yüz əlli ) manat pul vəsaitini mənimsəmişdir. Cavabdeh tərəf dələduzluq niyyətlərinin qanuni müstəvidə cinayət xarakterli əməli kimi tövsif olunmaması üçün Bakı şəhəri, 11 sayli Notariat Kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə onu aldadaraq 25 yanvar 2022-ci il tarixində Bakı şəhəri, 11 saylı Notariat Kontorunda tapşırıq müqaviləsi adında sənədə imza etdirib, vədinə əməl etdirmək məqsədilə 60550 (altmış min beş yüz ǝlli) manat pulunu mənimsəmişdir. Həmin vaxt notariat kontoru ümumilikdə xidmət haqqı olaraq 400 ABŞ dolları vəsait alaraq dövlət rüsumu adı ilə onun saf niyyətindən sui istifadə etmişlər. Qısa müddət sonra sənədinin hazır olduğunu va əlavə 10000 manat vəsaitin gərəkli olduğunu qeyd edərək 2022-ci ilin fevral ayında 10000 (on min manat) vəsaiti Yasamal rayon ərazisində yerləşən Nəlbəki restoranında ondan alaraq mənimsəmiş, vədinə tam şəkildə əməl etməmişdir. Cavabdeh1 hiyləgər və dələduzluq niyyətini mülki müstəviyə daşımaq və cinayət məsuliyyətindən yayınmaq məqsədilə notariat kontorundakı səlahiyyətlinin köməkliyi ilə tapşırıq müqaviləsi imzalatmışlar. Cavabdehlə aralarında onun istifadəsində olan telefon nömrəsi vasitəsilə “whatsapp” yazışması və səsli mesajlarda Cavabdeh1 vəd etdiyi ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,60 kv.m. olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,10 kv.m. olan yaşayış sahəsini qeyri-yaşayış sahəsi ilə əvəz edilməsi, həmçinin hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29,60 kv.m. +42,10 kv.m.), həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m. sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq ümumilikdə 174 kv.m. olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun onun adına mülkiyyətdən çıxarışın verilməsinə dair faktlar Cavabdeh1 dələduzluq əməlini sübuta yetirir. Cavabdeh1 ona vəd etdiyi 174 kv.m. deyil, elə hər iki mənzilinin toplam 71,70 kv.m uyğun sahəyə dair mülkiyyətdən çıxarış almağın real olmasından istifadə edərək ümumilikdə 70550 manat pul vəsaitini mənimsəmişdir. Sözügedən tapşırıq müqaviləsinin etibarsız sayılması, hər iki cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanılması məqsədilə prokurorluq orqanına göndərilməsi və Cavabdeh1 ümumilikdə 70550 manat pul vəsaitinin və ödədiyi dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi mütləq və zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 12, 26, 43, 71-ci maddələrinin, Azərbaycan Respublikaqsı Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylış Qərarının 2.4, 6.2- 6.3, 6.5-ci bəndlərinin tələblərini qeyd etməklə onunla Cavabdeh1 arasında cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xususi notariusu İlqar Məmmədov tərəfindən rəsmiləşdirilmiş 25 yanvar 2022-ci il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 70550 manat və dövlət rüsumu olaraq ödənilmiş 315 manat pul vəsaitinin tutularaq ona verilməsi, Cavabdeh1 əməlində cinayət tərkibinin (dələduzluq əməlinin) olmasının nəzərə alınaraq sonuncunun barəsində xüsusi qərardad qəbul edilib aidiyyəti üzrə Binəqədi Rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi qismində məhkəmədə Vəkil iddianı etiraf etməyərək göstərmişdir ki, təmsil etdiyi Cavabdeh1 tikinti işlərində sənədləşmələrin aparılması ilə bağlı savadlı adam olmaqla texnikum üzrə keramika ixtisasına yiyələnmiş, memarlıqdan anlayışı vardır. İddiaçılə Cavabdeh1 arasında tapşırıq müqaviləsi bağlanmışdır. Tapşırıq müqaviləsində göstərilən işlərdən əlavə Cavabdeh1 iddiaçı üçün işlər görmüş, lakin sonuncu müqavilədə göstərilmiş 60550 manat məbləği ödəsə də,şifahi vəd etdiyi 10000 manata yaxın pulu ödəməmişdir. Bu səbəbdən Aqil Raminin sənədlərinin əsllərini qaytarmamışdır. Bundan sonra İddiaçı hazırki böhtan xarakterli tələblə məhkəməyə müraciət etdiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi – vəkil Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci ildə verilmiş **********16-05101-083009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Fətəli xan Xoyski prospekti ev 83 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.metr olan qeyri yaşayış sahəsi xüsusi mülkiyyət üzrə İddiaçı adına qeydə alınmışdır (cild 01, iş vərəqə 11). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci ildə verilmiş **********16-05101- 093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Fətəli xan Xoyski prospekti ev 83 ünvanında yerləşən ümumi sahəsi 42,10 kv.metr olan 47 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır (cild 01, iş vərəqə 24). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci ildə verilmiş **********16-05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Fətəli xan Xoyski prospekti ev 83 ünvanında yerləşən ümumi sahəsi 29,50 kv.metr olan 48 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır (cild 01, iş vərəqə 25). Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçılə Cavabdeh1 arasında Bakı şəhəri 11 saylı Xüsusi Notariat Ofisində 25 yanvar 2022-ci ildə tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən vəkalət alan Cavabdeh1 vəkalət verən İddiaçı tapşırığına əsasən iki ay ərzində vəkalət verənə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci ildə verilmiş **********16-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42,10 kv.metr və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci ildə verilmiş **********16-05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,50 kv.metr olan mənzillərin təyinatının qeyri yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar işlərin aparılması üzrə xidmət göstərilməsi üçün tapşırıq vermişdir. Həmin müqavilə üzrə İddiaçı Cavabdeh1 60550 (altmış min beş yüz əlli) manat pul verir, sonuncu isə yuxarıda qeyd olunan tapşırığa əsasən iki ay ərzində muzd müqabilində xidmətin göstərilməsini öhdəsinə götürür (cild 01, iş vərəqə 09). Göründüyü kimi İddiaçı və Cavabdeh1 azad müqavilə bağlayaraq onun məzmununu müəyyənləşdirmiş, həmin müqavilə qanuna zidd olmamışdır. Tapşırıq müqaviləsi bağlayarkən Cavabdeh1 dələduzluq niyyətinin olması mülki işə baxılarkən təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 423.1-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.https://e-qanun.az/framework/53952 İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən ödədiyi dövlət rüsumu əvəzində 315 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı onunla Cavabdeh1 arasında cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xususi notariusu İlqar Məmmədov tərəfindən rəsmiləşdirilmiş 25 yanvar 2022-ci il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 70550 manat və dövlət rüsumu olaraq ödənilmiş 315 manat pul vəsaitinin tutularaq ona verilməsi, Cavabdeh1 əməlində cinayət tərkibinin (dələduzluq əməlinin) olmasının nəzərə alınaraq sonuncunun barəsində xüsusi qərardad qəbul edilib aidiyyəti üzrə Binəqədi Rayon Prokurorluğuna göndərilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-200/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-200/2024
13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver