Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2148/2025 29.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə 29 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.2017-ci ildə rəsmi nikah qeydindən keçməklə Cavabdeh ərə getmiş, birgə nikahdan xx.xx.2020-ci ildə Mehdi və xx.xx.2023-cü ildə Nilay adlı uşağı olmuşdur. Nilay adlı uşaq dünyaya gəlmədən aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin 2(013)-1343/2023 saylı qətnaməsi ilə pozulmuş, Mehdi adlı uşağın saxlanması üçün 160 manat aliment müəyyən edilmişdir. Nilay adlı uşaq dünyaya gəldikdən sonra Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-3166/2023 saylı qətnaməsi ilə Nilay adlı uşağın saxlanması üçün 160 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün 30 manat aliment müəyyən olunmuşdur. Hazırda həmin alimentin uşağın tələbatını ödədmədiyini qeyd etməklə Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Nilay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat pulun və övladları azyaşlı olduğu üçün işləyə bilmədiyininə görə onunda saxlanması üçün hər ay 100 manat pulun, mediasiya xərci olaraq ödədiyi 60 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək 420 manat aliment aldığını, uşaq xəstə olduğu üçün göstərilən aliment kifayət etmədiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək Ağdam rayon Qaradağlı kənd musiqi məktəbində tar müəllimi işləməklə 410 manat əmək haqqı aldığını qeyd etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1343/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Mehdi adlı uşağın saxlanması üçün hər ay 160 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-3166/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Nilay adlı uşağın saxlanması üçün hər ay 160 manat və 3 yaşına çatanadək saxlanması üçün 30 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(013)-46/2025 saylı qərardadının surətindən görünür ki, Cavabdeh Mehdi və Nilay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulub İddiaçı verilən aliment ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,9275 mislinə indeksasiya olunmuşdur. AZ-İV № 915862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2023-cü ildə Nilay adlı uşağı olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 1667.1.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 1667-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini, nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh uşağı Nilayın 3 yaşına çatana qədər saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə iddianın uşaqlar kiçik olduğu üçün işləyə bilmədiyinə görə İddiaçı saxlaması üçün 100 manat tələbinə dair hissədə belə hesab edir ki, cavabdehin İddiaçı saxlanması üçün hər ay 100 maat ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübut olmadığından iddia həmin hissədə rədd edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı mediasiya üçün ödədiyi 60 manat dövlət rüsumu Cavabdeh alınıb ona verilmədir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-3166/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2023-cü ildə anadan olmuş Nilay adlı uşaq 3 yaşına çatana qədər saxlanması üçün hər ay 50 (əlli) manat tutulub İddiaçı verilsin. Artırılmış alimentin tutulması Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 29 sentyabr 2025-ci il tarixli 2(013)-2148/2025 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 60 manat mediasiya şurası üçün ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddiaçı iddiasının qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2148/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2148/2025
29.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver