Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2465/2024 25.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi – atası Cavabdeh2 iştirakı ilə, İlkin iddia - İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı əmlak və ya dəyərinin tələbi, Qarşılıqlı iddia - Cavabdeh1 İddiaçı qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 25 dekabr 2024-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əyarı 585, çəkisi 4,5 qram, qiyməti 405 manat olan qızıl boyunbağı (hərf ilə), əyarı 583, çəkisi 15 qram, qiyməti 1350 manat boyunbağı (klon ilə), əyarı 583, çəkisi 4 qram, qiyməti 1000 manat brilyant qaşlı nişan üzüyü, əyarı 585, çəkisi 13 qram, qiyməti 1040 manat boyunbağı, əyarı 585, çəkisi 0,72 qram, qiyməti 64,80 manat sırğa, əyarı 585, çəkisi 8 qram, qiyməti 630 manat olan qızıl qolbaq, əyarı 585, çəkisi 5 qram, qiyməti 450 manat şahmaranın (qolbağın) naturada və ya pulla dəyəri olan 4939,80 manat, mediasiya xidmətinə ödədiyi 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilkin iddianın nişan üzüyü istisna olunmaqla qalan hissədə rədd olunması, qarşılıqlı iddianın təmin olunaraq nişan zamanı İddiaçı tərəfindən ona alınmış nişan üzüyünün, olmadığı təqdirdə dəyəri olan 1000 manat məbləğin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf edərək bildirmişdir ki, xx.xx.2021-ci ildə toyu olmuş və Cavabdeh1 ərə edərək sonuncunun valideynlərinə məxsus Bakı şəhərində yerləşən evə gəlin köçmüşdür. Nikahı ərə gedənə qədər, yəni xx.xx.2021-ci ildə qeydə alınmışdır. Birgə nikahdan uşağı olmamışdır. Nişan vaxtı 1500 manata nişan üzüyü alaraq Nurlana hədiyyə etmiş, Nurlan isə 1250 manata üzük alaraq ona vermişdir. Toyu günü əri tərəf ona sırğaüzük dəsti, toyun səhərisi gün isə qolbaq, boyunbağı hədiyyə etmişdir. Özünün qohumları isə ona qolbaq hədiyyə etmişlər. Ad günündə ona boyunbağı, digər ad günündə qolbaq, toyunun bir illiyində isə şahmaran (qolbaq və üzük) hədiyyə edilmişdir. Ona məxsus olmuş qızıllarn əyarı, çəkisi və qiymətini bilmir. İddia ərizəsində göstərilən əyar, çəki və qiyməti mediasiya xidmətində mütəxəssis şəkillərə baxaraq təyin etmişdir. Ona məxsus qızılları həmişə özünün otağında şkafda saxlamışdır. Uşaq olmaması ilə əlaqədar olara Bakı şəhərində xəstəxanada olduqları vaxt qayınanası Reyhan Nurlanı öyrədib ona qarşı qaldırmış və Nurlan xəstəxananın həyətində ona bir sillə vurmuşdur. Evə gəldikdən sonra gecə vaxtı Nurlan onu dötmüşdür. Bu səbəbdən atasına zəng edərək gəlib onu əri evindən aparmasını demişdir. Atası Bakı şəşəhərində olmadığından onun nənəsi Adilənin, bibisinin və bibisi oğlanlarını onun əri evinə göndərmişdir. Nənəsi Adilə gələrək onu aparmaq istəmiş, lakin qayınanası Reyhan onun getməsinə icazə verməmiş, Adiləyə «mənim kəbinli gəlinimi hara aparırsan» demişdir. Buna baxmayaraq həmin gün, yəni 2023-cü ilin iyun ayında nənəsi ilə birlikdə əri evindən getmişdir. Birdəfəlik getmək fikri olmadığından özü ilə heç nə aparmamışdır. Bundan sonra Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə boşanması barədə məlumat almışdır. Nikahın pozulması barədə iddiadan məlumatı olmamışdır. Əri evindən gəldikdən təxminən 7-8 ay sonra 2024-cü ilin yay aylarında ona məxsus bütün cehizləri, həmçinin toyunda taxılmış sırğa-üzük dəstini, boyunbağı dəyişdirilərək nəzik boyunbağı ilə əvəz edilmiş, klon, atasının ona aldığı qolbaq, Nurlana məxsus nişan üzüyü ona qaytarılmışdır. Qızıllarını ona qohumu Azər gətirmişdir. Azərə isə qızlları Nurlanın qohumu Xəlil vermişdir. Toyunun səhərisi gün üzərinə taxılmış boyunbağı, qolbaq, tək sırğa, boyunbağı klonla birlikdə, şahmaran və nişan üzüyü hazırda əri evində qalmışdır. Nurlana məxsus nişan üzüyünü hazri vaxta qədər saxladığını və qaytarmağa etiraz etmədiyini qeyd etməklə ilkin iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh3 ilkin iddianı qismən etiraf edərək göstərmişdir ki, Ülviyyə 2021-ci ildə onun oğlu Nurlanla nikaha daxil olmuş, onların uşağı olmamışdır. Nişanda Ülviyyəyə 1600 manata nişan üzüyü almışdır. Toyda Ülviyyəyə 3500 manat dəyərində sırğa üzük, bilərzik dəsti aparmışdır. Şahmaran dəsti 95 manata alaraq Ülviyyəyə hədiyyə etmişdir. Toydan sonra qardaşı qızı Ülviyyəyə 140-150 manat dəyərində boyunbağı hədiyyə etmişdir. Qızıllar Ülviyyənin özündə qalmışdır. Gecə vaxtı nənəsi gələrək Ülviyyəni aparmışdır. Ülviyyənin nənəsi Adiləyə etiraz edərək gəlinini aparmağa qoymamış, lakin Ülviyyə nənəsi ilə getmişdir. Ülviyyəyə məxsus qızılları və Nurlana məxsus nişan üzüyünü Ülviyyənin qohumu Azərə vermiş, Azər isə aparb Ülviyyəyə vermişdir. Ülviyyəyə məxsus 95 manat dəyərində 2-3 qram çəkidə şahmaran, boyunbağı, 140-150 manat dəyərində sırğanı cəmi 450 manata sataraq Ülviyyənin cehizlərini atası evinə aparılması xərcini çəkmişdir. İddiaçı məxsus nişan üzüyünü hazırki vaxta qədər saxladığını və qaytarmağa etiraz etmədiyini qeyd etməklə ilkin iddianın qalan hissədə rədd olunmasını xahiş etmişdir. Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi qismində məhkəmədə izahat verən Cavabdeh2 ilkin iddianı qismən etiraf edərək, qarşılıqlı iddianı isə müdafiə edərək və arvadı olan Cavabdeh3 göstərdiklərinə uyğun izahat verərək əlavə olaraq gəlini Ülviyyənin onun evindən getdiyi vaxt onun xəstəxanada yataraq müalicə olunduğunu qeyd edərək ilkin iddianın nişan üzüyü istisna olunmaqla rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı təşəbbüsü ilə məhkəmədə ifadə verən X3 göstərmişdir ki, İddiaçı onun oğul nəvəsidir. Ülviyyəni gecə vaxtı əri evindən gətirmişdir. Həmin vaxt Ülviyyənin qayınanası Reyhan gəlininin evdən getməsinə razı olmamışdır. Ülviyyə əri evindən gedərkən qırmızı rəngli telefondan başqa özü ilə hər hansı bir əşya aparmamışdır. Məhkəmədə elan olunmuş AZ-İ № 476934 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Ü.Y.Babazadə (Əhmədova) arasında olan nikah xx.xx.2024-cü ildə pozulmuş və bu barədə Bərdə Regional «ASAN Xidmət» X1 29 nömrə ilə müvafiq qeydlər aparılmışdır. «X2» MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, İddiaçı tələb etdiyi qızıl əmlaklarının qiyməti onların iddia ərizəsində qeyd etdiyi qiymətlərlə eynilik təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ilkin iddia Cavabdeh3 qarşı qismən təmin, Cavabdeh1 və Cavabdeh2 qarşı rədd, qarşılıqlı iddia isə təmin olunmalıdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı hədiyyə olunmuş çəkisi 5 qram, əyarı 585, qiyməti 450 manat olan qızıl şahmaran (bilərzik-üzük), çəkisi 4,5 qram, əyarı 585, qiyməti 405 manat qızıl boyunbağı, çəkisi 0,72 qram, əyarı 585, qiyməti 64,8 manat olan qızıl sırğa dəsti, çəkisi 4 qram, əyarı 583, qiyməti 1000 olan brilyant qaşlı qızıl nişan üzüyü hazırda Cavabdeh3 qanunsuz istifadəsində qalmışdır. Ona görə də İddiaçı həmin əmlakları Cavabdeh3 tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qarşılıqlı iddia ərizəsi ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan məlum olduğu kimi nişan vaxtı İddiaçı tərəfindən Cavabdeh1 qızıl nişan üzüyü hədiyyə olunmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatında Cavabdeh1 qızıl nişan üzüyününü 1500 manata aldıqlarını bildirmiş, Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsində sözügedən əmlakının qiymətini 1000 manat göstərmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında Nurlana məxsus nişan üzüyünü hazırki vaxta qədər saxladığını və qaytarmağa etiraz etmədiyin bildirmişdir. Həmin səbəbdən məhkəmə qarşılıqlı iddianın təmin olunması qənaətinə gəlmişdir. İddiaçı öz tələblərini məhkəmədə tam həmcmdə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı ilkin iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi 20 manat və mediasiya xidmətinə ödədiyi 50 manat Cavabdeh3 tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İlkin iddia Cavabdeh3 qarşı qismən təmin edilsin. Cavabdeh3 çəkisi 5 qram, əyarı 585, qiyməti 450 manat olan qızıl şahmaran (bilərzik-üzük), çəkisi 4,5 qram, əyarı 585, qiyməti 405 manat qızıl boyunbağı, çəkisi 0,72 qram, əyarı 585, qiyməti 64,8 manat olan qızıl sırğa dəsti, çəkisi 4 qram, əyarı 583, qiyməti 1000 olan brilyant qaşlı qızıl nişan üzüyü, həmin əmlaklar olmadıqda onların dəyəri, mediasiya xidmətinə ödənilmiş məbləğə 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh3 qarşı olan iddiasının qalan - əyarı 583, çəkisi 15 qram, qiyməti 1350 manat boyunbağı (klon ilə), əyarı 585, çəkisi 13 qram, qiyməti 1040 manat boyunbağı, əyarı 585, çəkisi 8 qram, qiyməti 630 manat olan qızıl qolbağın naturada və ya pulla dəyərinin tələbinə dair hissəsi, həmçinin Cavabdeh2 və Cavabdeh1 qarşı olan tələbi rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı qiyməti 1000 manat olan qızıl nişan üzüyü, həmin əmlak olmadığı təqdirdə dəyəri olan 1000 manat alınaraq Cavabdeh1 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2465/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2465/2024
25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver