Məhkəmə qərarları › İş №2(013)-2535/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2535/2024

09.09.2024 · Barışıq sazişin təsdiqi - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2535/2024 09.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs qarşı aliment tələbi ilə bağlı ərizə ilə müraciət edərək, göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə Maraqlı şəxs ərə getmiş, birgə nikahdan xx.xx.2017-ci ildə Aişə və xx.xx.2019-cu ildə Raisə adlı uşaqları olmuşdur. Münasibətləri pisləşdiyindən ayrıldıqlarını, uşaqların onun yanında qaldığını, uşaqların saxlanması üçün aliment tələbi ilə mediasiya prosesində hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat aliment ödəyəcəyi barədə Maraqlı şəxsla razılığa gəldiyini qeyd etməklə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00876 (holoqram №0051485) nömrəli barışıq sazişinin təsdiq edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əriəçi N.Ə.Eyvazova məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prasesini onun iştirakı olmadan keçirib ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ii materiallarında olan AZ-İİİ №998522 saylı və AZ-İV № 241713 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci ildə Aişə və xx.xx.2019-cu ildə Raisə adlı uşaqları olmuşdur. İş materiallarında olan: X1 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00876 (holoqram №0051485) nömrəli barışıq sazişinin 2.1-ci və 2.2-ci maddələrindən görünür ki, tərəflərin birgə nikahlarından olmuş xx.xx.2017-ci il təvəllüdlü Aişə və xx.xx.2019-cu il təvəllüdlü Raisə adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli 15 sentyabrt 2024cü il tarixdən hesablamaqla hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 8. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməli, xx.xx.2017-ci ildə anadan olmuş Aişə və xx.xx.2019-cu ildə anadan olmuş Raisə adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləgində alimentin ödənilməsi barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmalıdır. Həmin barışıq sazişinin həmçinin yuxarıda sadalanan bütün digər şərtləri təsdiq edilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00876 (holoqram №0051485) nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Aişə və xx.xx.2019-cu il təvəllüdlü Raisə adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat aliment tutularaq Ərizəçi ödənilsin. Həmin barışıq sazişinin həmçinin bütün digər şərtləri təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar