Məhkəmə qərarları › İş №2(049)-3416/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3416/2023

21.09.2023 · Barışıq sazişin təsdiqi - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3416/2023 21.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs himayəsində yaşamaqla xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X9 və eləcə də xx.xx.2021-ci il tarixdə anadan olmuş oğlu X8 ilə onun hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və eləcə də bayram günlərində saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmağı barədə şərtlərin təsbit olunduğu onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 25 iyul 2008-ci ildə cavabdeh Maraqlı şəxs ilə nikaha daxi olmuş və nikahıları Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci il tarixdə 355 nömrə ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan 30 noyabr 2009-cu il tarixdə X9, 06 noyabr 2012-ci il tarixdə X11 və 30 avqust 2021 -ci il tarixdə X8 adlı 3 övladıları anadan olmuşdur. Uşaqlar sağ-salamat olmaqla, hazırda Nuray və Hidayət analarının, Tunar isə onun himayəsində yaşayır. Hazırkı iş üzrə cavabdeh Maraqlı şəxs iddiasına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs ilə aralarındakı nikah pozulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2021ci il təvəllüdlü X3 anaları Maraqlı şəxs yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X5 ondan və anasından X1 alınaraq Maraqlı şəxs verilməsi, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2021-ci ili təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X5 uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının və başqa gəlirinin yarısı miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsini xx.xx.2012-ci il təvəllüdlü X5 ondan alınaraq iddiaçıya verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının və başqa gəlirinin yarısı miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi hissəsində əsassız və qanunsuz hesab etdiyindən tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi də tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və əleyhimə olan yeni bir qətnamə qəbul etmişdir. Daha sonra sözügedən qətnamədən tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və hazırda həmin iş Ali Məhkəmənin icraatındadır. Cavabdeh Maraqlı şəxs himayəsində qalan övladları, xx.xx.2009-cu il təvəllüdlü X9 və eləcə də xx.xx.2021-ci il təvəllüdlü X6 ilə ünsiyyət hüququ həyata keçirməyə mane olduğundan o məcbur qalaraq qanuvericiliyin tələbinə uyğun olaraq mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesində aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən, Maraqlı şəxs onun xx.xx.2009-cu il tarixdə anadan olmuş qızı X9 və eləcə də xx.xx.2021-ci il tarixdə anadan olmuş oğlu X8 ilə onun hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və eləcə də bayram günlərində saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmağına razılaşmışdır. Cavabdeh Maraqlı şəxs hal hazırda barışıq sazişinin şərtlərini pozur. Ərizəçi nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iştirak edərək, ərizə tələbini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq işin məhkəmə baxışında iştirak edə bilmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında nikah 25 iyul 2008-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 355 sayla bağlanmış, nikah bağlandıqdan sonra arvada Qubadova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il təvəllüdlüdür. Atası - Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il təvəllüdlüdür. Atası - Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il təvəllüdlüdür. Atası - Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02011 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi etibarnaməsi üzrə nümayəndəsi Nümayəndə ilə (ikinci) Maraqlı şəxs arasında barışıq sazişi imzalandıqdan sonra Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X9 , xx.xx.2021-ci il təvəllüdlü X8 ilə atası Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və eləcə də bayram günlərində də saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmağıma razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, ikinci tərəf barışıq sazişinin şərtlərini pozmuş və bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq ediməklə X3 xx.xx.2009-cu il təvəllüdlü X9 və eləcə də, xx.xx.2021-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və eləcə də bayram günlərində də saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olması təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X8 ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02011 saylı barışıq sazişi təsdiq edilsin. Ərizəçi X3 övladları xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və eləcə də bayram günlərində saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar