Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3/2025 03.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və X5 nümayəndəsi /atası/ Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı ümumi istifadədə olan yolun açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun həyətinə gedən yolun açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 21 avqust 2023-cü il tarixli Qərardadı ilə Cavabdeh2 cavabdeh qismində iştirakına xitam verilmiş, cavabdeh qismində onun oğlu X10 cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 1987-ci ildə ayrı təsərrüfat olmaqla ailə üzvləri ilə birlikdə rayonun Mahrızlı kəndində 0.18 ha həyətyanı torpaq sahəsində inşa etdirdiyi 4 otaqdan ibarət evində yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qonşularıdırlar. Evinə gedən yol ümumi istifadədədir və bələdiyyənin torpaq fonduna aiddir. Özündən başqa həmin yoldan həm cavabdehlər, həm də X2, X4 və X1 da istifadə edirlər. Uzun müddətdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yolu zəbt ediblər, yoldan istifadə etməyə ona imkan vermirlər, bu səbəbdən də evinə getmək üçün əlavə olaraq 7-8 kilometr məsafə də qət etməli olur. Dəfələrlə bu barədə ərazi bələdiyyəsinə müraciət etmiş, bələdiyyədən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Əvvəllər bir dəfə Ağdam Rayon Polis Şöbəsinə müraciət etmişdir, polis əməkdaşları gəlib yolu açmış, lakin cavabdehlər yolu yenə də sonradan bağlamışlar. Polis Şöbəsindən də ona bildirmişlər ki, məhkəməyə müraciət etsin. Yoldan istifadə etməli olan digər qonşular məhkəməyə gəlməkdən imtina etsələr də, məhkəmə iclasına gəlib yolun cavabdehlər tərəfindən bağlanılmasını deyəcəklər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında da iddia tələblərini müdafiə etdi və əlavə olaraq izahatında bildirdi ki, 1988-ci ildə hazırkı cavabdehlərlə birlikdə rayonun Mahrızlı kəndində yerləşən həmin torpaq sahələrini almışlar, 34 ildir ki, torpaq sahələri mülkiyyətlərindədir, həmin illər ərzində də torpaq sahəsinə gedən yolu cavabdehlər zəbt ediblər. Dəfələrlə bu barədə cavabdehlərlə söhbətləri olub. 1998-ci ildə Ağdam Rayon Polis Şöbəsinə müraciət etmiş, polis əməkdaşları da gəlib cavabdehlərə bildiriblər ki, yolu zəbt ediblər. Həyətyanı torpaq sahəsinə gələn kənd yolu bütün istiqamətlərdən bağlıdır, bu səbəbdən də 7-8 kilometr məsafəni qət edərək həyətyanı torpaq sahəsinə gəlməlidir. Əslində isə həyətyanı torpaq sahəsinə gələn kənd yolunu cavabdehlər zəbt edərək öz həyətyanı torpaq sahələrinə qatıblar. Hətta həyətinə gəlmək üçün yanlarında olan məktəbdən piyada yolu alıb, lakin oradan da istifadə etməsinə cavabdehlər imkan vermirlər. Cavabdehlərin zəbt etdikləri torpaq sahəsi xəritədə bələdiyyənin torpaq sahəsi kimi göstərilib. Bələdiyyə sədri isə məsələyə laqeyd münasibət bəsləyir, həmin torpağı cavabdehlərdən tələb etmir. Bu səbəbdən də cavabdehlər bələdiyyəyə məxsus torpaq sahəsini xəbt etməkdə davam edirlər. Hesab edir ki, cavabdehlər zəbt etdikləri bələdiyyə torpağından çıxarılmalı, həmin yol açılmalıdır. Cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasında iddia tələblərini rədd etdi. Göstərdi k, 0.13 ha torpaq sahəsi var və mülkiyyət hüquqlarına dair Şəhadətnaməsi də var. İddiaçı ilə uzun illəridir ki, yol ilə bağlı mübahisələri var. İddiaçıya yol vermək istəmiş, təklif etmişdir ki, yolun verilməsi müqavilində onun çəpərini düzəltsin, lakin iddiaçı bununla razılaşmamışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə torpağıdır. Ekspertlər gəlib torpaq sahələrini yerində ölçmüşlər və zəbt torpağı aşkar etməmişlər. İddiaçı özü də həmin vaxt torpaq sahəsində olub, ekspertlərlə birlikdə sahənin ölçülməsində iştirak ediblər. Hazırda mübahisələri davam edir. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdeh qismində işə cəlb edilmiş Kərim Fikrət oğlunun nümayəndəsi Cavabdeh2 /atası/ da iddia tələblərini qəbul etmədi. Göstərdi ki, 70 yaşı var, indiki vaxta kimi məhkəmədə olmayıb. İddiaçı ilə də qonşudurlar. Təxminən bil il yarım olar ki, iddiaçı ilə qonşuluqda Aqil adlı şəxsin həyətyanı torpaq sahəsini oğlunun adına alıblar. Aldıqları torpaq sahəsi 0.15 ha-dan ibarətdir. İddiaçıya məxsus torpaq sahəsinə gedən yolu zəbt etməyiblər, iddiaçının tələbləri tamamilə qanunsuzdur. İddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Mütəxəssis və ekspertlər də gəlib yerində mübahisəli torpaq sahəsinə baxmışlar və rəylərini təqdim etmişlər. Ona görə də iddia tələblərinin qanuni həllini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin /nümayəndənin/ izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, mütəxəssis və ekspert rəylərini nəzərə alıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 04 aprel 2018-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1966-cı ildə rayonun Mahrızlı kəndində anadan olmuş, hazırda kəndin qeydiyyatındadır. Ağdam Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı 19 may 2023-cü il tarixli məktubla ona bildirilmişdir ki, Azərbaycan Respublikası DİN 102 Xidmətinə müraciəti mülki xarakterlidir və məhkəməyə müraciət olunmalıdır. Məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Mahrızlı kəndində 0.15 ha torpaq sahəsində yerləşən ev alqı-satqı olunmuş, ev X9 tərəfindən satın alınmışdır /hazırda cavabdeh qismində işə cəlb olunmuş/. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X12 Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 iyul 2022-ci il tarixli Çıxarışdan görünür ki, sözügedən ev və torpaq sahəsi X6 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN369 A, Kod 60909058 saylı Şəhadətnamədən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2000-ci il tarixli Qərarı ilə rayonun Mahrızlı kəndində hazırkı cavabdehlərdən Cavabdeh1 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmənin 21 avqust 2023-cü il tarixli Qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: Ağdam Rayon Mahrızlı kəndində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X12 Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 13 iyul 2022-ci il tarixli Çıxarışında nəzərdə tutulan, X5 adına qeydə alınmış 0.15 ha torpaq sahəsinin və Torpağın Mülkiyyətə Verilməsinə dair JN 369A, KOD 60909058 olan, Cavabdeh1 adına qeydə alınmış 0.13 ha torpaq sahələrinin sənəddə göstərilən sərhəddləri /konturları/ müəyyən edilsin, hər iki torpaq sahibləri tərəfindən sənəddə göstərilən həmin sahələrdən kənara çıxıb-çıxmamaları müəyyən edilsin /ərazi bələdiyyəsi və icra nümayəndəliyi cəlb edilməklə/ və həmin torpaq sahibləri tərəfindən ümumi istifadədə olan yolun zəbt edilib-edilməməsi müəyyənləşdirilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2024-cü il tarixli Ekspert RƏYİ ilə bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və X12 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 18 noyabr 2024-cü il tarixli Mütəxəssis RƏYində aşağıdakılar göstərilmişdir. : İddiaçının iştirakı ilə mübahisələndirilən yol, cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələri naturada ölçülərək torpaqların elektron kadastr uçotu informasiya sistemi və Mahrızlı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə müqayisələndirilmiş, X10 və Cavabdeh1 həyətyanı torpaq sahələrindən sənəddə göstərilən sərhədlərin konfiqurasiyasına, məkan göstəricilərinə uyğun istifadə etdikləri müəyyən olunmuş, təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən ümumi istifadəli mübahisəli yol Torpağın Mülkiyyətə Verilməsinə Dair JN369 A, Kod 60909058 saylı Şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətinə verilən torpaq sahəsinə qədər davam edir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı İddiaçı cavabdehlər tərəfindən yol sahəsinin zəbti ilə bağlı göstərdikləri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması kimi prinsipləri mövcuddur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verilməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya ücüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçının mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruruliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən kitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi İddiaçı açılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, həmçinin mütəxəssis və ekspertlər müəyyən etmişlər ki, hazırkı cavabdehlər olan X10 və Cavabdeh1 onlara dövlət tərəfindən rəsmi sənədlər əsasında verilmiş həyətyanı torpaq sahələrindən sənəddə göstərilən sərhədlərin konfiqurasiyasına, məkan göstəricilərinə uyğun istifadə edirlər. Məhkəmə araşdırması ilə həmçinin müəyyən edildi ki, İddiaçı iddia tələblərində açılmasını tələb etdiyi yol da bələdiyyənin torpaq sahəsini əhatə edir, yəni yolun yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, bu mənada məhkəmə hesab edir ki, iddiaçı bu baxımdan həmin torpaq sahəsini mübahisələndirməkdə subyektiv hüquqa da malik deyildir. Cavabdehlər torpaq mülkiyyətçiləridirlər, onlara dövlət tərəfindən həmin torpaq sahələri ilə bağlı mülkiyyət sənədləri verilib və mülkiyyətlərində olan torpaq sahələrinin hüdudlarında torpaqdan istifadə edirlər. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə mütəxəssi rəyi və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinə çəkilən xərc olaraq 95 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və X12 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına, 100 manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı - cavabdehlər X10 və Cavabdeh1 qarşı həyətyanı torpaq sahəsinə gedən yolun açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinə çəkilən xərc olaraq 95 /doxsan beş/ manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və X12 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına, 100 /bir yüz/ manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına İddiaçı tutulub köçürülsün. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-3/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3/2025
03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver