Məhkəmə qərarları › İş №2(013)-3154/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3154/2024

04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3154/2024 04.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı protokolun və cərimənin ləğv edilməsi tələbinə dair ərizəsinə 04 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində qanunsuz və əsassız olduğuna görə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolun və həin protokola əsasən müəssisənin 105,007, 07 manat borcun ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmamlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsaən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etyməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bundan başqa hazırki ərizə məhkəməyə verilərkən imzalanmamışdır. İddiaçı hazırki tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri ilə nəzərdə tutulmuş qaydada baxıla bilməz. İddiaçı çıxarılmış inzibati xətalar haqqında işlər üzrə qərarlardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələri ilə müəyyən olunmuş qaydada şikayət verə bilər. Bundan başqa hazırki ərizə məhkəməyə verilərkən imzalanmamışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı protokolun və cərimənin ləğv edilməsi tələbinə dair ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar