Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3249/2024 20.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X3 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası X3 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Arzərbaycan Respublikası X3 Sərvətlər Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-14\1-1814\4-1\2024 nömrəli (780 qeydiyyat nömrəli) ərizədə qeyd edilən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, X3 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və onun rəisinin işgüzar nüfuzuna vurduğu zərərin nəticəsi olaraq Cavabdeh 10000 manat məbləğin alınaraq X3 Sərvələtlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin bank hesabına köçürlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, qeyd olunan iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası X3 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Cavabdeh qarşı Cavabdeh tərəfindən Arzərbaycan Respublikası X3 Sərvətlər Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-14\1-1814\4-1\2024 nömrəli (780 qeydiyyat nömrəli) ərizədə qeyd edilən məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, X3 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və onun rəisinin işgüzar nüfuzuna vurduğu zərərin nəticəsi olaraq Cavabdeh 10000 manat məbləğin alınaraq X3 Sərvələtlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin bank hesabına köçürlməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3249/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3249/2024
20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver