Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-365/2024 05.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil X8, Cavabdeh Ağdam Mərkəzi Rayon X13 Şəxsin nümayəndəsi – həmin təşkilatda hüquqşünas işləyən X6 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Mərkəzi Rayon X2rşı əmrin ləğv edilməsi tələbi barədə mülki işə 05 mart 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Ağdam Mərkəzi Rayon X13 Şəxsin 20 noyabr 2023-cü il tarixli 18-21-21/3-1-68/2023 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi T.S.Süleymanov məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Ağdam Mərkəzi Rayon X13 Şəxsin 20 noyabr 2023-cü il tarixli 18-1-21/3-1-68/2023 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən T.S.Süleymanov iddianı müdafiə edərək göstərmişdir ki, təmsil etdiyi İddiaçı 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi-profilaktika ixtisası üzrə tam kursu bitirimiş və Dövlət İmtahan komissiyasının 12 iyun 1995-ci il tarixli qərarı ilə həkim statusuna yiyələnmişdir. İddiaçı 1997-ci ildən Ağdam Rayon Mərkzi Xəstənasının Ağciər xəstəlikləri kabinetində həkimftiziatr vəzifəsində işləmiş və keçmiş 26 il ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. İddiaçı Ağdam Rayon Mərkəzi X13 Şəxsin 04 yanvar 2021-ci il tarixli 578 saylı əmri ilə həmin xəstəxananın X3 X14 kabinetin müdiri vəzifəsinə təyin edilmişdir. Sertifikasiya şəhadətnamələrindən də göründüyü kimi Rahilə təyin olunmuş bütün sertifikasiya üzrə ixtisasına uyğun yüksək bal toplamaqla tibbi fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. X29 Rayon Mərkəzi X13 Şəxsə yeni direktor təyin olunduqdan sonra Rahilənin rəhbərlik etdiyi X3 X14 X1 həkim təyin etmişdir. X18 dəstəyi ilə X23 İbrahimovanın səlahiyyətlərini mənimsəyərək sonuncunun verməli olduğu arayışları imzalayaraq vermişdir. Rahilə dəfələrlə Səadət Məmmədovaya öz etirazını bildirsə də bu barədə rəhbrəliyə məlumat versə də heç bir nəticəsi olmamışdır. Ağdam Rayon Mərkəzi X19 Şəxsin direktoru X27 Məmmədovanın İddiaçı yerinə X3 X14 Kabinetin müdiri vəzifəsinə təyin etmək üçün planlar qurmuşdur. Rahilə müvafiq əmrlə 01 avqust 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək növbəti məzuniyyətində olmuş və həmin dövr ərzində direktor Rövşən Əhmədobun əmri ilə kabinet müdiri vəzifəsinin icra edilməsi Səadət Məmmədovaya həvalə olunmuşdur. Rahilə 30 avqust 2024-cü ildə məzuniyyətdə olan zaman istifadə müddəti bitmiş dərmanlar xəstəxanaın aptekinə qaytarılmalı olduğu halda xəstələrə verilmiş və bununla bağlı guya problem yaranmışdır. Rahilə məzuniyyətdən qayıtdıqdan sonra istifadə müddəti bitmiş dərmanları aptekə qaytarmışdır. Rahilə 06 oktyabr 2023-cü ildə Səadət Məmmədovaya istifadə müddəti keçmiş dərmanı xəstəyə təyin etməsinə görə iradlarını bildirən zaman aralarında mübahisə olmuş və X16 söyüb təhqir etmişdir. Səadət Məmmədova rəhbərliyə Rahilə tərəfindən təhqir olunması ilə bağlı müraciət etmiş və bununla bağlı iddiaçının izahatı alınarkən hadisəni olduğu kimi yazmışdır. Eyni zamanda hadisə tibb bacıları Ayün Əliyeva, Leyla Səfərova, Mehriban Məhərrəmova və digər işçilərin gözü qarşısında baş vermişdir. X24 bu hadisədə əsassız olaraq İddiaçı günahlandırmışdır. Direktor kabinet müdiri vəzifəsindən azad edilməsi barədə ərizə ilə müraciət etməyi İddiaçı təklif etmiş, əks təqdirdə sonuncunu maddə ilə çıxarıalcağı barədə hədələmişdir. 13 oktyabr 2023-cü ildə Ağdam Rayon Mərkəzi X13 X34 yığıncağı keçiriləcəyi və Rahilənin məsələsinin müzakirə olunacağı bildirilmişdir. Rövşən Əhmədovun sədrlik etdiyi həmin iclasda Rahilənin məzuniyyətdə olarkən istifadə müddəti keçmiş dərmanlarının xəstəyə verilməsi və bununla bağlı xx.xx.2023-cü ildə Səadət Məmmədova ilə arasında olan mübahisə müzakirə olunmuşdur. İclasda iştirak edənlər Rahilənin barəsində hər hansı mənfi fikirlər söyləməmişlər. Ümumiyyətlə iclasda Bəhrəm və Ələddin adlı həkimlərdən başqa heç kim çıxış etməmişdir. Əksinə Bəhrəm həkim belə işlərə görə işçiyə intizam tənbehi vermək olmaz deyə öz etriazını bildirmişdir. Ələddin həkim isə Səadət Məmmədovanın X3 Vərəm Şöbəsinə həkim təyin olunduqdan sonra orada qruplaşma getdiyini bildirmişdir. İclasın sonunda Rahilənin heç bir təqsiri olmadığı üçün Tibbi Şura iclasında müzakirəyə qoyulmağından əhvalı pisləşmiş və otaqdan çölə çıxmışdır. Sonra Rahilə X24un ona töhmət verdiyini eşitmişdir. Rahilə məhkəməyə şikayət etmək üçün kadrlar şöbəsinə müraciət edərək həmin əmrdən çıxarışın ona verilməsini xahiş etmiş, lakin belə bir əmrin olmadığını, töhmət verilmədiyini, Rövşən Əhmədovun məzuniyyətdə olduğunu ona demişlər. 20 noyabr 2023-cü ildə Rövşən Əhmədov məzuniyyətdən qayıtdıqdan sonra həmin əmrdən çıxarış kadrlar şöbəsi tərəfindən İddiaçı təqdim edilmiş və əmrin bu gün verildiyi bildirilmişdir. 20 noyabr 2023-cü il tarixli 18-21/3-1- 68\2023 saylı əmrdə Rahiləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmiş və əsas kimi onun əmək vəzifələrini, eləcə də əmək funksiyalarını qismən keyfiyyətsiz yerinə yetirdiyi göstərilmişdir Əmrin verilməsinə əsas 13 oktyabr 2023-cü ildə keçirilmiş tibbi şuranın protokolu göstərilmişdir. Tibbi şuranın 13 oktyabr 2023-cü ildə keçirilmiş iclası zamanı intizam məsuliyyətinə cəlb olunmağa əsas verən heç bir hal baş verməmişdir. Göründüyü kimi bütün bunlar sonradan Rahilənin kabinet müdiri vəzifəsindən azad edilməyinə hesablanmışdr. Töhmət verilməsi barədə əmrdə iddiaçının əmək vəzifələrini, eləcə də əmək funksiyalarını qismən keyfiyyətsiz yerinə yetirməməsinin əsaslarının nədən ibarət olması göstərilməmişdir. Əgər cavabdeh təşkilat iddiaçıya töhmət verilməsinin əsasını istifadə müddəti keçmiş dərmanlarının xəstəyə verilməsi ilə izah edirsə yuxarıda göstərildiyi kimi, yəni Rahilə məzuniyyətdə olan zaman istifadə müddəti bitmiş dərmanlar xəstəxananın aptekinə qaytarılmalı olduğu halda X3 X14 Kabinetin həkimi X11 tətəfindən 30 avqust 2023-cü ildə xəstəyə verilmiş və bununla bağlı guya problem yaranmışdır. Rahilə məzuniyyətdən qayıtdıqdan sonra istifadə müddəti bitmiş dərmanları aptekə qaytarmışdır. Məzuniyyətdə olan zaman baş vermiş bu hadisənin Rahiləyə heç bir aidiyyəti yoxdur və buna görə xəstəxana rəhbərliyi tərəfindən kabinet müdiri vəzifəsi həvalə edilmiş Səadət Məmmədova məsuliyyət daşıyır. Əgər cavabdeh təşkilat 06 oktyabr 2023-cü il tarixdə həkim Səadət Məmmdova ilə Rahilə arasında olan mübahisə zamanı guya sonuncunun Səadət Məmmədovanı təhqir etməsi ilə bağlıdırsa bu da tamamilə əsassızdır. Hadisə zamanı onların yanında olmuş tibb işçiləri Rahilənin deyil, X9 təhqir etməsini təsdiq etmişlər. Tibbi şuranın iclasında da bu məsələ ilə bağlı heç bir irad olmamışdır. Səadət Məmmədovanın heç bir sübuta əsaslanmayan, işin halları ilə təsdiq edilməyən böhtan xarakterli ərizəsinə görə işçinin barəsində intizam tənbehi tətbiq edilə bilməz və bu hadisəyə görə də Rahiləni təhqir etmiş Səadət Məmmədova məsuliyyət daşıyır. Əmək qanunvericiliyinin tələbinə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğunu qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Ağdam Mərkəzi Rayon X13 Şəxsin nümayəndəsi qismində məhkəmədə izahat verən P.S.Eyvazov iddianı etiraf etməyərək göstərmişdir ki, Ağdam Rayon Mərkəzi X13 X10 Ftiziatrik kabinetində həkim- ftiziatr işləyən X11 tərəfindən xx.xx.2023- cü il tarixdə rəhbərliyə yazılı məlumat daxil olmuşdur. Sözügedən məlumatda xx.xx.2023-cü il tarixdə poliklinika şöbəsinin ftiziatrik kabinetin müdiri İddiaçı tərəfindən X5 ünvanına həkimə yaraşmayan yüksək səs tonu ilə söyüşlər işlədərək təhqir etməsi qeyd olunmuşdur. Bununla yanaşı xx.xx.2023 –cü ildə və ya sonrakı dövrdə baş vermiş hadisə ilə bağlı İddiaçı rəhbərliyə istər şifahi, eləcə də yazılı məlumat verməmişdir. Sözügedən məsələ ilə bağlı xx.xx.2023-cü ildə İddiaçı dəvət olunaraq dinlənilmiş və yazılı izahatı alınmışdır. Sözügedən məsələ ilə bağlı xx.xx.2023-cü ildə Ağdam Rayon Mərkəzi X13 X34 yığıncağı kecirilmiş və yığıncaqda İddiaçı da iştirak etmişdir. Tibbi Şura yığıncağında İddiaçı intizam məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən töhmət verilməsi qərara alınmışdır. Bu əsasla xx.xx.2023- cü il tarixli 18-1-21/3-1-68/2023 saylı əmrlə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Töhmət verilməsi Əmək Məcəlləsinin 10, 186 və 187-ci maddələrinə uyğun olmuşdur. İddiaçı töhmət verilməsi barədə əmrin qanuni və əsaslı olduğunu qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Mərkəzi X13 Şəxsin Keyfiyyətə nəzarət üzrə idarəetmə komitəsinin rəhbəri X21 bildirmişdir ki, İddiaçı vəzifəsini yaxşı icra etmişdir. Rahilə həkim bəzi hallarda ixtisasına aid olmayan xəstələri qəbul etmişdir. Bundan əlavə Rahilə həkimin Sədaqət həkimlə mübahisə etməsi xoşagələn hal olmamışdır. İddiaçı qəbul etdiyi ixtisasına aid olmayan xəstələrin adları ona məlum olmamışdır. Rahilə həkimin Sədaqət həkimlə mübahisəsini görməmiş və onların səsini eşitməmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Mərkəzi Xəstəxanası Bağbanlar kənd həkim məntəqəsinin müdiri X22 göstərmişdir ki, İddiaçı vəzifəsini daimi nümunəvi və yüksək səviyyədə icra etmişdir. Rahilə həkimə töhmət verilməsini təklf etməmişdir. Rahilə həkimin Sədaqət həkimlə mübahisə etməsi xoşagələn hal olmamışdır. Rahilə həkimin Sədaqət həkimlə mübahisəsini görməmiş və onların səsini eşitməmişdir. Şuranın iclasında İddiaçı vəzifəsini keyfiyyətsiz icra etməsi barədə fikir söyləməmiş və sonuncuya töhmət verilməsini təklif etməmişdir. Eyni zamanda sözügedən iclasın protokolu onun tərəfindən imzalanmamışdır. Məhkəmədə elan olunmuş 00115907 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə Ağdam Rayon Mərkzi Xəstənasının Ağciər xəstəlikləri kabinetində ftiziatr həkim təyin olunmuş, xx.xx.2021-ci ildə ftizatrik kabinetin müdiri vəzifəsinə təyin edilmişdir. Ağdam Mərkəzi Rayon X13 Şəxsin 20 noyabr 2023-cü il tarixli 18-1-21/3-1-68/2023 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin ikinci hissəsinin “ a” bəndinə əsasən İddiaçı töhmət verilmişdir. Ağdam Rayon Mərkəzi X13 X34 yığıncağının xx.xx.2023-cü il tarixli 7 saylı protokolunun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin ikinci hissəsinin “ a” bəndinə əsasən İddiaçı töhmət verilməsi qərara alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olduğu kimi İddiaçı töhmət verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan əsaslar olmamış və töhmət verilməsi üçün həmin Məcəllənin 187-ci maddənin 2-ci hissəsində göstərilən müddət keçmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən töhmət verilmişdir (işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda). İddiaçı əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozması təsdiq olunmamışdır. Ağdam Rayon Mərkəzi X13 X34 yığıncağı xx.xx.2023-cü ildə keçirilməsinə baxmayaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan bir ay müddət keçdikdən sonra töhmət verilmişdir. Ağdam Rayon Mərkəzi X13 X30 xx.xx.2023-cü ildə keçirilmiş yığıncağında Ə.C.Sadıqovun adından İddiaçı vəzifəsini qismən keyfiyyətsiz yerinə yetirməsi, sonuncuya töhmət verilməsi təklifi barədə çıxış yazılmasına baxmayaraq, Ə.C.Sadıqov məhkəmədə verdiyi ifadəsində İddiaçı vəzifəsini daimi nümunəvi və yüksək səviyyədə icra etdiyini, şuranın iclasında İddiaçı vəzifəsini keyfiyyətsiz icra etməsi barədə fikir söyləmədiyini və sonuncuya töhmət verilməsini təklif etmədiyini bildirmişdir. Eyni zamanda sözügedən iclasın protokolu Ə.C.Sadıqov tərəfindən imzalanmamışdır. İddiaçı vəzifəsini qismən və ya keyfiyyətsiz icra etməsini təsdiq edən hər hansı sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilmişdir ki:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən:
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.https://e-qanun.az/framework/46943
4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.https://e-qanun.az/framework/46943 Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən bəhs edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində aşağıdakılar qeyd olunmuşdur: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə
q ə t e t d i:
İddia əsaslı olduğundan təmin edilsin. Ağdam Mərkəzi Rayon X13 Şəxsin 20 noyabr 2023-cü il tarixli 18-1-21/3-1-68/2023 saylı əmri ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır.
Sədrlik edən Mahir Niftəliyev