Məhkəmə qərarları › İş №2(013)-67/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-67/2025

03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-67/2025 03.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğunun katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdehlərin (qarşılılı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlərin (qarşılılı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə və cavabdehlərin (qarşılılı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X9 və X1 miras qalmış Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yarımçıq tikilidən ibarət miras əmlaka miras payının tanınması və miras payının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, mərhum X19 və X5 paylı mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsinin və Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,57 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş trorpaq sahəsinin X9 miras qalan hissəsinə onların paylarının müəyyən edilməsi, mərhumlar X19 və X5 paylı mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsinin və Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,57 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsinin X3 miras qalan hissəsinə Cavabdeh1 bütövlükdə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında 1994-cü ildə vəfat etmiş X11 onun atası, 19 iyun 2006-cı ildə vəfat etmiş X12 onun anası, 04 aprel 2013-cü ildə vəfat etmiş X5 isə onun qardaşı olduğunu, mərhum qardaşı Məhəmmədəlinin Cavabdeh1 ilə 1994-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli qərarı ilə M.Abbasovaya və qardaşı M.Abbasova Ağdam rayonu, Evoğlu kəndi ərazisində fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0,25 ha torpaq sahəsinin verildiyini, bununla bağlı şəhadətnamənin olduğunu, bütün qardaşlarının valideynlərindən miras qalmış həyətin və evin ona verilməsi ilə bağlı razılığa gəldiklərini və vəsiyyətnamə tərtib etdiklərini, mərhum qardaşı Məhəmmədəlinin öz xətti ilə vəsiyyətnamə yazaraq anadan qalma və öz adına olan mirası ona vəsiyyət etdiyini, anası və qardaşı vəfat etdikdən sonra mirası onun qəbul etdiyini və idarə etdiyini, mərhum qardaşının həyat yoldaşı ilə hər hansı mübahisələri olmasa da hazırda mübahisə yarandığını, qeyd olunan miras əmlaka görə vərəsəlik şəhadətnaməsi almaq üçün ağdam rayon notarial ofisinə müraciət etsə də, məsələ ilə bağlı mübahisənin olduğunu və məhkəməyə müraciət etməsini tövsiyyə etdiklərini bildirdi və ilkin iddianın tam, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin (qarşılılı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mərhum X19 və X5 paylı mülkiyyətində olan Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsinin tələbi ilə bağlı müraciət etsə də, mirasın qanunvericiliklə müəyyən edilmiş müddətdə nə faktiki, nə də notariat qaydada qəbul etmədiyini, eyni zamanda miras əmlakın dairəsini dəqiq göstərmədiyini, bu səbəbdən də, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirdi və qeyd olunanları nəzərə alaraq ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirlmiş X15 izahatında göstərdi ki, Ağdam rayonu, Evoğlu kəndi ərazisində 2016-cı ildən su pulu yığır. Ağdam rayonu, Evoğlu kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsinə görə su pulunu həmişə İddiaçı ödəmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 272A seriyalı, KOD-60909048 Şəhadətnamənin sürətindən görünür ki, Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan yaşayış evi, Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə X12 və X5 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan «Torpağa Mülkiyyət hüququna dair» JN-0052 seriyalı, KOD-60909048 Dövlət Aktın sürətindən görünür ki, Agdam rayon, Evoğlu kəndində 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12 və X5 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, X19 19 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Bu barədə xx.xx.2006-cı il tarixdə, 15 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, X8 04 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Bu barədə xx.xx.2014-cü il tarixdə, 121 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın sürətindən görünür ki, X8 ilə Cavabdeh1 18 aprel 1994-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialı tərəfindən xx.xx.2023-cü il tarixli Arxiv arayışından görünür ki, Ağdam rayonu, Qaradağlı kəndərazi nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən № 12 təsərrüfatbaşına uçot kitabının 53-cü səhifəsinə əsasən X12 ailə tərkibində bir nəfərin, oğlu X5 olduğu göstərilmişdir. İş materiallarında olan Ağdam rayon İHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 625 saylı arayışdan görünür ki, Ağdam rayon İHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin Evoğlu kənd sakini olmuş X19 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda onun xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 adında övladları var. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli, 161 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X9 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsələr arasında mübahisə olması səbəbindən mümkün olmamış, bununla bağlı olaraq İddiaçı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Mülki Məcəllənin 1179.2-ci maddəsinə görə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Mülki Məcəllənin 1180.1-ci maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Mülki Məcəllənin 1180.2-ci maddəsinə görə vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanun normalarını indiki hala tədbiq edən məhkəmə qeyd edir ki, mərhum X12 vəfatından sonra onun birinci növbədə vərəsələri kimi yalnız onun övladları, yəni İddiaçı, Cavabdeh2, X20, X10, X21, X8 və X18 qalmışdır. X6, X10, X21, X8 və X18 hazırda vəfat etmişlər. X2 vəfatından sonra onun birinci növbədə vərəsəsi kimi yalnız onun arvadı Cavabdeh1 qalmışdır. Mərhum M.Abbasovun digər birinci növbədə vərəsəsinin olması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər məhkəmə iclasında yuxarıda göstərilən halları təsdiq etmişlər və mübasələndirməmişdilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında 18 oktyabr 2008-ci il tarixdə əl ilə yazılmış vəsiyətnaməyə istinad etmişdir. X10, X8, X21 və Cavabdeh2 tərəfindən 18 oktyabr 2008-ci il tarixdə əl ilə yazılmış vəsiyətnamə kimi göstərilmiş yazıdan görünür ki, bu vəsiyətnaməni onlar böyük qardaşları İddiaçı iştirakı ilə və öz razılıqları ilə məsləhətləşib könüllü olaraq 5 qardaş olaraq tərtib edirlər ki, ata-analarından miras qalan həyəti və evi ata və analarının sağlıqlarında etdikləri vəsiyyətə uyğun olaraq böyük qardaşları olan İddiaçı verilməsinə tam razıdırlar, bu həyətdən və evdən nə indi, nə də gələcəkdə heç bir umacaqları olmayacaq, evin və həyətin Habilin adına sənədləşdirilməsinə razıdırlar. Göründüyü kimi 19 iyun 2006-cı il tarixdə vəfat etmiş X12 vəfatından sonra X10, X8, X21 və Cavabdeh2 tərəfindən 18 oktyabr 2008-ci il tarixdə əl ilə yazılmış vəsiyətnamə kimi göstərilmiş yazını vəsiyyətnamə kimi qəbul oluna bilməz və həmin yazı mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mərhum X12 birinci növbədə vərəsələrindən beş nəfəri vəfat etmişdir və onların, yəni beş nəfərin vərəsələrin dairəsi hazır iş üzrə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, mərhum X12 və X2 vərəsələrindən kimlərin sözü gedən miras əmlakları faktiki qəbul edilməsi hazır iş üzrə müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mərhum Mina Abbasovadan və Məhəmmədəli Abbasovdan miras qalmış sözü gedən torpaq sahələrinə hazır ki iş üzrə tərəflərin hər birinə qanun üzrə düşən pay hüquqları müəyyən edilməlidir. O, çümlədən mərhum Məhəmmədəli Abbasovun yeganə birinci növbədə vərəsəsi olan arvadı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qeyd olunan torpaq sahələrinin mərhum Mina Abbasovaya aid hissədə mərhum əri Məhəmmədəli Abbasova qanun üzrə düşən payına aid hissədə pay hüququ müəyyən edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İlkin iddia ərizəsində göstərilən 0,25 ha torpaq sahəsinin üzərində olan yarımçıq tikililərin ibarət əmlak mərhum X12 xüsusi mülkiyyət hüququnu qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və çıxarışla rəsmiləşdirilməmişdir. Ona görə də həmin tikili miras əmlak hesab oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin mərhum X16 aid hissəsinə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı miras pay hüququ 1/7 hissədə müəyyən edilməli, ilkin iddia qalan hissələrdə təmin edilməməlidir. Qarşııqlı iddia qismən təmin edilməli, Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin və “Torpağa mülkiyyət hüquqna diar” Dövlət Aktıda göstərilən 0.57 ha torpaq sahəsinin mərhum X16 aid hissəsinə cavabdehlərin (qarşılılı iddia üzrə iddiaçılar) Cavabdeh2 miras pay hüququ 1/7 hissədə və Cavabdeh1 pay hüququ 1/7 hissədə müəyyən edilməli, Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin və “Torpağa mülkiyyət hüquqna diar” Dövlət Aktıda göstərilən 0.57 ha torpaq sahəsinin mərhum X7 aid hissəsinə cavabdeh (qarşılılı iddia üzrə iddiaçı) Cavabdeh1 miras pay hüququ tam hissədə müəyyən edilməlidir. Qarşılıqı iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar tərəflərin ödədiyi dövlət rüsumu özlərinə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 222, 224-226-cı və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin mərhum X16 aid hissəsinə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı miras payı 1/7 hissədə pay hüququ müəyyən edilsin. İlkin iddia qalan hissələrdə təmin edilməsin. Qarşııqlı iddia qismən təmin edilsin. Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin və “Torpağa mülkiyyət hüquqna diar” Dövlət Aktıda göstərilən 0.57 ha torpaq sahəsinin mərhum X16 aid hissəsinə cavabdehlərin (qarşılılı iddia üzrə iddiaçılar) Cavabdeh2 miras payı 1/7 hissədə və Cavabdeh1 miras payı 1/7 hissədə pay hüququ müəyyən edilsin. Ağdam rayonu, Evoğlu kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.25 ha torpaq sahəsinin və “Torpağa mülkiyyət hüquqna diar” Dövlət Aktıda göstərilən 0.57 ha torpaq sahəsinin mərhum X7 aid hissəsinə cavabdeh (qarşılılı iddia üzrə iddiaçı) Cavabdeh1 miras payı tam hissədə pay hüququ müəyyən edilsin. Qarşılıqı iddia qalan hissələrdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərələrin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar