Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-873/2024 01.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ AğdamRayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Ağdam Rayonu Notariat Kontoruna və "xxxx" ASC Yevlax filialına qarşı tutmanın dayandırılması və kredit ödəyəcəyini dəqiqləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Ağdam Rayonu Notariat Kontoruna və "xxxx" ASC Yevlax filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutmanın dayandırılması və onun kredit ödəyəcəyini dəqiqləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Ağdam Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, həmin icra sənədinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 4141.91 manat pulun tutulması göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Ağdam Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərarının surətindən görünür ki, Ağdam Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi icra olunması üçün icra məmuru tərəfindən icraata götürülmüşdür. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. İş materiallarından görünür ki, hazır ki iddia tələbinin predmeti yuxarıda qeyd olunan Ağdam Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinin Ağdam Rayon İcra və Probasiya Şöbəsində icra olunması ilə əlaqədar yaranan mübahissədir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimatına əsasən icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən həll edilir. «İnzibati orqanların təsnifatı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə Ağdam Rayonu Notariat Ofisini və Agdam Rayon İcra və Probasiya Şöbəsi inzibati orqanlara aid edilmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsində qeyd olunmuşdur ki, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. 2.2-ci maddəyə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiyəyə dair iddialara (məcbur etmə haqqında iddia). İddiaçı icra məmurunun və Notariat Ofisinin hərəkətləri ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində tutmanın dayandırılması və onun kredit ödəyəcəyini dəqiqləşdirilməsini tələb edir. Həmçinin, İddiaçı Ağdam Rayonu Notariat Ofisini və "xxxx" ASC Yevlax filialını cavabdeh qismində göstərsə də, lakin onların, yəni cavabdehlərin hər birinə qarşı yönələn tələb iddia ərizəsində aydın göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 43.1-ci maddəsinə əsasən,. hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəlləsnin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Məhkəmə hesab edir ki, hazır i tələb üzrə "xxxx" ASC Yevlax filialını cavabdeh ola bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Ağdam Rayonu Notariat Kontoruna və "xxxx" ASC Yevlax filialına qarşı tutmanın dayandırılması və onun kredit ödəyəcəyini dəqiqləşdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-873/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-873/2024
01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver