Məhkəmə qərarları › İş №2(014)-10/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-10/2021

02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-10/2021 02.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı7, İddiaçı9, İddiaçı6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı7, İddiaçı5, X3, İddiaçı9, İddiaçı4, İddiaçı3 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayonu bələdiyyəsinə qarşı «cavabdehlərin müəyyən hərəkətləri etməyə məcbur edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı7, X1, X3, İddiaçı9, İddiaçı4, İddiaçı3 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayonu bələdiyyəsinə qarşı «cavabdehlərin müəyyən hərəkətləri etməyə məcbur edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yolun mühafizə zolağını yol çiynini və səkini tutmaqla qeyri-qanuni tikdirdiyi hasarın C.Cabbarlı küçəsinin asfalt hissəsinə paralel olaraq 4 metr, C.Cabbarlı küçəsinin 5-ci dalanının çınqıl örtüyü ilə paralel olaraq 2 metr sökülərək gediş-gəliş yoluna əlavə edilməsi, gediş-gəliş üçün onlar tərəfindən törədilən bütün maneələrin aradan qaldırılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, Ağdaş şəhəri C.Cabbarlı küçəsində 5-ci dalanda yaşayırlar. Həmin dalanın girişində Cavabdeh1 yolun mühafizə zolağını, yol çiynini və səkini tutmaqla qeyri-qanuni hasar çəkmişdir. Onun bu qanunsuz əməli küçə sakinlərinin gediş-gəlişinə ciddi maneəçilik törətməkdədir, səkinin olmaması məcburiyyətindən qonşular piyada yolu kimi maşın yoluna çıxmaqdadır, eyni zamanda küçəyə avtomobillə girib-çıxmaq xüsusi qabiliyyət və risk tələb edir, bu isə insan həyatı üçün böyük təhlükə törədir. Dəfələrlə cavabdehlərə şifahi olaraq maneəni aradan qaldırması, yəni hasarı sökərək təhlükəsiz qaydada öz mülkiyyətinə aid hissədən çəkməsi, yolu genişləndirməsi tələb olunsa da, o buna heç bir məhəl qoymamış, əksinə küçə sakinlərini nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən çıxış yolu kimi Ağdaş Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Ərizənin icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərdən ibarət komissiya yaradılmış və Cavabdeh1 iştirakı ilə qeyd olunan ərizəyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən ərizədə qeyd edildiyi kimi Cavabdeh1 zəbt etdiyi torpaq sahəsini qanunsuz olaraq mişar daşı ilə hasarlayaraq iki yolun kəsişməsində avtomobillərin hərəkəti üçün təhlükəli vəziyyət yaratmışdır. Bununla əlaqədar olaraq vətəndaş rayon İcra Hakimyyətinə dəvət olunmuş və ona ən qısa müddətdə avtomobillərin hərəkətinə maneəçilik törədən və qəza şəraiti yaradan hasarın sökülməsini və avtomobillərin görmə məsafəsini bərpa olunmasını təmin etməsi izah edilmiş, əks təqdirdə vətəndaşa inzibati qaydada tədbir görüləcəyi bildirimişdir. Eyni zamanda vətəndaşın nəzərinə çatdırılmışdır ki, həmin yolların kəsişdiyi ərazidə hər hansı bir bədbəxt hadisə baş verərsə, məsuliyyət onun üzərinə düşəcəkdir. Cavabdeh1 Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində qəbul edilən zaman yaxın günlərdə sözügedən hasarın sökülərək yerinin dəyişdirilməsini təmin edəcəyini və tələbinizin yerinə yetiriləcəyini bildirmişdir.Lakin bütün bunlara baxmayaraq o buna əhəmiyyət verməmiş, qanunsuzluğa davam etmişdir. hazırda həmin mübahisəli tikinti bütün qonşuların, həmin yoldan istifadə edən bütün digər sakinlərin maraqlarına toxunur, bu baxımdan subyektiv hüquqa sahib olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı7, İddiaçı9, İddiaçı6 məhkəmə iclasında İddiaçı1 izahatına uyğun izahat verərək məhkəmədən iddanın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayonu bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayonu bələdiyyəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21.12.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş şəhər, C.Cabbarlı küçəsi dalan 5, ev 8-də yerləşən 0.05 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23.11.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş şəhərində yerləşən 0.0495 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı4 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10.10.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini pıanı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş şəhəri, Cəfər Cabbarlı küçəsi, 5-ci dalan, 10-da yerləşən 0.05 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı4 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27.11.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini pıanı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş şəhəri, Cəfər Cabbarlı küçəsi, 165-də yerləşən 0.1001 hektar torpaq sahəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı7 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli 081/11-148 saylı məktubdan məlum olur ki, sizin yaşadığınız C.Cabbarlı küçəsinin bir qrup sakinləri tərəfindən Ağdaş rayon İcra Hakimiyyətinə daxil olmuş şikayət ərizəsinə tərəflərindən baxılmış və araşdırılmışdır. Ərizənin icrası ilə əlaqədar tərəflərindən mütəxəssislərdən ibarət komissiya yaradılmış və sizin iştirakınız ilə qeyd olunan əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən ərizədə qeyd edildiyi kimi Cavabdeh1 zəbt etdiyi torpaq sahəsini qanunsuz olaraq mişar daşı ilə hasarlayaraq iki yolun kəsişməsində avtomobillərin hərəkəti üçün təhlükəli vəziyyət yaratmışdır. Bununla əlaqədar olaraq vətəndaş rayon İcra Hakimyyətinə dəvət olunmuş və ona ən qısa müddətdə avtomobillərin hərəkətinə maneəçilik törədən və qəza şəraiti yaradan hasarın sökülməsini və avtomobillərin görmə məsafəsini bərpa olunmasını təmin etməsi izah edilmiş, əks təqdirdə vətəndaşa inzibati qaydada tədbir görüləcəyi bildirimişdir. Eyni zamanda vətəndaşın nəzərinə çatdırılmışdır ki, həmin yolların kəsişdiyi ərazidə hər hansı bir bədbəxt hadisə baş verərsə, məsuliyyət onun üzərinə düşəcəkdir. Cavabdeh1 Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində qəbul edilən zaman yaxın günlərdə sözügedən hasarın sökülərək yerinin dəyişdirilməsini təmin edəcəyini və tələbinizin yerinə yetiriləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 30 aprel 2019-cu il tarixli 2(014)-576/2019 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətin tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli **********54 nömrəli rəydən məlum olur ki, Ağdaş şəhər Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 121 saylı qərarına əsasən Cavabdeh2 0.05 ha torpaq sahəsi ayrıldığına baxmayaraq, faktiki istifadəsində 0.10 ha torpaq sahəsi olduğu müəyyən edildi. Ağdaş şəhər Bələdiyyəsi tərəfindən Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ayrılmış, 0.05 ha torpaq sahəsinin sxematik planında göstərilən ərazinin cizgisinin ölçüləri ilə faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq və konfiqurasiya fərqi olduğundan, cavabdehin gediş-gəliş yolunun hansı hissəsindən və nə qədər istifadə etdiyini təyin etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli 2(014)-576/2019 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” ekspertlərinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli 363 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünürki, 2(014)- 576/2019 №-li mülki iş üzrə tərəflərindən 30.10.2019-cu il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün zəruri olan əlavə materilların təqdim olunması barədə 15.01.2020-ci il tarixdə ekspert vəsatəti verilmişdir. Ekspert vəsatəti təmin edilmədiyinə görə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli 521 saylı ekspert rəyindən məlum olur ki, iddia predmeti olan yolun zəbt edilən hissəsi cavabdehlər tərəfindən istifadə olunan əlavə torpaq sahəsində yerləşir. Ərazinin ümumi xəritəsində (Ağdaş bələdiyyəsinin plan-sxemində) yolun eni 10 m göstərilsə də mübahisəli ərazidə yolun ümumi eni 7 m təşkil edir. Təqdim olunan ərazinin təsviri ArcMap və Autocad proqamları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Həmin ərazidə asfalt ilə daş hasar arasında məsafə faktiki olaraq 60 sm təşkil edir. Ərazinin ümumi xəritəsində mübahisəli ərazidən keçən yolun 10 m olmasını nəzərə alaraq cavabdehlərin faktiki istifadə etdikləri 1026 m2 torpaq sahəsinin qərb tərəfdən 87 m2 hissəsi yol göstərilən əraziyə düşür. Ölçüləri plan-sxemdə göstərilmişdir. Mübahisələndirilən ərazidəyolun daralması, bu yoldan istifadə edən avtomaşınların ikitərəfli sərbəst hərəkətinə, habelə yol kənarı ilə hərəkət edən piyadanın gediş-gəlişinə təhlükə yarada biləcək halların baş verməsinə səbəb olur.Ekspert tərəfindən qeyd olunur ki, iddia predmeti olan yol avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanununun 10-cu və 14-cü maddələrinə əsasən yerli əhəmiyyətli yollara aid olub, bu yollara təhkim zolağı ayrılır və eni müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhz yerli orqan olan Ağdaş bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilən torpaq sqahəsinin ayrılması barədə sxematik planda yolun eni 10 m göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli baxış aktından məlum olur ki, 2(014)-35/2020 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün tədqiq olunan Ağdaş şəhər C.Cabbarlı küçəsində yerləşən mübahisəli torpaq və yol sahəsinə baxış keçirilmiş, baxış zamanı tədbiq olunan mübahisəli torpaq sahəsi və yol sahəsinin mövcud vəziyyəti üzrə ölçüləri götürüldü. Tədqiq olunan asfalt-beton örtüklü yol zolağının kənarından mövcud daş hasara qədər məsafə 60 sm təşkil edir. Mübahisəli daş hasarın uzunluğu 30 m təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli 2(014)-10/2021 saylı qərardadı ilə iş üzrə “X2” MMC-nin ekspertləri tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” tərəfindən verilmiş 08 may 2021-ci il tarixli 182 saylı ekspert rəyindən məlum olur ki, ekspertiza tədqiqatı zamanı sənədlər əsasında ümumi ərazinin ümumi xəritəsi üzərində araşdırma nəticəsində cavabdehlərin Ağdaş şəhəri, C.Cabbarlı küçəsinin 5-ci dalanında inşa etdiyi hasar tikilisi ilə dalana gedən yola müdaxilə olunmaması müəyyənləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli baxış aktından məlum olur ki, 2(014)-10/2021 saylı mülki iş üzrə tikinti-texniki ekspertizasının aparılması üçün tədqiq olunan Ağdaş şəhər C.Cabbarlı küçəsinin 5-ci dalanında olan tikililərə baxış keçirilmiş, baxış zamanı tikililərin mövcud vəziyyəti üzrə döngə nöqtələrinin koordinantları GPS avadanlığı vasitəsi ilə götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, birbirinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.4-cü tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma Tikinti və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, rayonlararası və konkret şəhər və rayonla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir. Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə əsasən şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir. Şəhər avtomobil yolları şəbəkəsinin idarə olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Şəhər avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir. Təhkim zolağının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təyin edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan avtomobil yolu yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur yol çiyini yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, “yol çiyini” digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır. Səki yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsi ilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqani ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda aşağıdakılar qadağandır. 1) yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması; 8) təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumunun) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, iddia predmeti olan yolun zəbt edilən hissəsi cavabdehlər tərəfindən istifadə olunan əlavə torpaq sahəsində yerləşir. Ərazinin ümumi xəritəsində (Ağdaş bələdiyyəsinin plansxemində) yolun eni 10 m göstərilsə də mübahisəli ərazidə yolun ümumi eni 7 m təşkil edir. Təqdim olunan ərazinin təsviri ArcMap və Autocad proqamları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Həmin ərazidə asfalt ilə daş hasar arasında məsafə faktiki olaraq 60 sm təşkil edir. Ərazinin ümumi xəritəsində mübahisəli ərazidən keçən yolun 10 m olmasını nəzərə alaraq cavabdehlərin faktiki istifadə etdikləri 1026 m2 torpaq sahəsinin qərb tərəfdən 87 m2 hissəsi yol göstərilən əraziyə düşür. Ölçüləri plan-sxemdə göstərilmişdir. Mübahisələndirilən ərazidə yolun daralması, bu yoldan istifadə edən avtomaşınların ikitərəfli sərbəst hərəkətinə, habelə yol kənarı ilə hərəkət edən piyadanın gediş-gəlişinə təhlükə yarada biləcək halların baş verməsinə səbəb olur. 08 may 2021-ci il tarixli 182 saylı ekspert rəyindən isə görünür ki, ekspertiza tədqiqatı zamanı sənədlər əsasında ümumi ərazinin ümumi xəritəsi üzərində araşdırma nəticəsində cavabdehlərin Ağdaş şəhəri, C.Cabbarlı küçəsinin 5-ci dalanında inşa etdiyi hasar tikilisi ilə dalana gedən yola müdaxilə olunmaması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərin Cəfər Cabbarlı küçəsinin asfalt hissəsinə paralel olaraq inşa etdikləri hasarı sökülərək faktiki istifadə etdikləri 1026 kv.m torpaq sahəsinin qərb tərəfdən 87 kv.m hissəsi gediş-gəliş yoluna əlavə edilməli,cavabdehlər tərəfindən gediş-gəliş üçün törədilən bütün maneələr aradan qaldırılmaldır.İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 300 (üç yüz) manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçılara, 67.20 (altmış yeddi 20 qəpik) manat ekspertiza xərci isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Kapital Bank ASC-nin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlərin Cəfər Cabbarlı küçəsinin asfalt hissəsinə paralel olaraq inşa etdikləri hasarı sökülərək faktiki istifadə etdikləri 1026 kv.m torpaq sahəsinin qərb tərəfdən 87 kv.m hissəsi gediş-gəliş yoluna əlavə edilsin. Cavabdeh1 və Cavabdeh2 tərəfindən gediş-gəliş üçün törədilən bütün maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 300 (üç yüz) manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçılara, 67.20 (altmış yeddi 20 qəpik) manat ekspertiza xərci isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Kapital Bank ASC-nin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar