Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-102/2022 12.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Sığorta Şirkəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 13.04.2018-ci il tarixdə idarə etdiyi “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “VAZ 21104” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25.1.2-ci maddəsinə əsasən Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Ağdaş rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 3(014)-174/2018 saylı qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən VAZ 21104” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1221 manat ziyan dəymişdir. Müvafiq sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1221 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh tərəfindən 1221 manat sığorta ödənişindən 200 manat İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş 1021 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, VAZ 21104” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1021 manat sığorta ödənişi məbləği və ərizənin verilməsi ilə bağlı 30.61 manat dövlət rüsumu, cəmi 1051.61 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı Sığorta Şirkətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək bildirdi ki, tələb olunan pulu maddi vəziyyəti yaxşı olmadığı üçün hissə-hissə ödəyir. Cəmi ödədiyi məbləğ 200 manat təşkil edir və İddiaçı Sığorta Şirkətinə 1021 manat borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Sığorta Şirkətində 24.07.2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 13.04.2018-ci il tarixdə Ağdaş rayonu, Ləki kəndi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan VAZ 21104” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Ağdaş DYPB-nin protokolu ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilin zədələnməsi ilə əlaqədar 1221 manat məbləğində zərər məbləği qeyd olunmuş və X3 1221 manat sığorta ödənişi verilmişdir. Cavabdeh ödənilmiş məbləğdən 200 manat İddiaçı Sığorta Şirkətinə ödəniş etmiş, qalan 1021 manatı isə ödəməmişdir. İddiaçı tərəfindən 30.61 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli, 3(014)-174/2018 saylı qərarının surətindən görünür ki, xx xxxxx 1958-ci il tarixdə Ağdaş rayonunun Nehrəxəlil kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vssitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 700 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, VAZ 21104” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1221 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Yol patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş İnzibati Xəta haqqında protokoldan görünür ki, “VAZ 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətdə olan “VAZ 21104” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən hərəkət etmiş, nəticədə avtomobillər toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, sürücülər həkim müayinəsindən keçdikdə Cavabdeh sərxoş olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 07 may 2018-ci il tarixli 4710 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən X3 1221 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 02 may 2018-ci il tarixli 050262 saylı sığorta Aktından görünür ki, zərərlə bağlı dəymiş ziyanın məbləği 1221 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində VAZ 21104” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı olan 1021 manat İddiaçı Sığorta Şirkəti tərəfindən ödənildiyindən subroqasiya qaydasında cavabdehdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməlidir. Ödənilmiş tələbin miqdarı nəzərə alınaraq 30,61 manat ödənilmiş dövlət rüsumu da cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkətinin xeyrinə 1021 manat sığorta ödənişi və ödənilmiş 30,61 manat dövlət rüsumu, cəmi 1051 manat 61 qəpik (bir min əlli bir manat altmış bir qəpik) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-102/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-102/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver