Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1025/2021 19.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Yədulla oğlunun, Ərizəçi3, X2 Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi və şahadətnamədə düzəlişlərin edilməsi” tələbinə dair iddia ərizəsini məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Yədulla oğlu, Ərizəçi3, X3 Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi və şəhadətnamələrdə düzəlişlərin edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 İsapur qızının doğum haqqında şəhadətnaməsində ata adı qrafasında atasının soyadının İsapur kimi, Ərizəçi2 doğum haqqında şəhadətnaməsində atasının soyadının X1, Ərizəçi3 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında soyadının İsapurov kimi, Ərizəçi4 doğum haqqında şəhadətnaməsində atasının soyadının X1 doğum akt qeydində və doğum haqqında şəhadətnamədə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Göründüyü kimi ərizəçilər ilk öncə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Eyni Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisəyə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Belə olan halda ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalı, ərizəçiyə ilk öncə müvafiq icra hakimiyyətinə müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 170.1, 261.0.1, 262- 265-ci maddələrini tutaraq, QƏRAR VERDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Yədulla oğlunun, Ərizəçi3, X2 Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi və şahadətnamədə olan yanlışlıqların düzəldilməsinə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etsin. Qərardaddan rəsmi qaydada tərəflərə təqdim edildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1025/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1025/2021
19.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver