Məhkəmə qərarları › İş №2(014)-1097/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1097/2021

05.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1097/2021 05.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanmış şəxslərin əldə etdiklərinin geri tələb edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanmış şəxslərin əldə etdiklərinin geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.07.2015-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 aldığı xəsarətə görə əsassız olaraq təkrarən ödənilmiş 3000 (üç min) manat və bu ərizənin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 3030.40 (üç min otuz manat 40 qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və etibarnamə üzrə onun nümayəndəsi X3 birincinin 05.07.2015-ci il tarixdə Zaqatala rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarətə görə 26.01.2016cı ildə 1500 manat (bir min beş yüz), sonradan zərərçəkmiş Cavabdeh2 İİ qrup əlillik təyin olunduğu üçün 15.02.2017-ci il tarixində əlavə 1500 manat (bir min beş yüz) sığorta ödənişi olunmuşdur. Belə ki, İcbari Sığortalar haqqında AR-qanunun 14-cü bəndinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin İİ qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə 60% faizini təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan Cavabdeh2 sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 3000 manat müəyyən olunmuşdur. Öncədən Cavabdeh2 1500 ödənildiyindən qalan 1500 manat sığortaçı tərəfindən 15.02.2017-ci il tarixində tam ödənilmişdir. Lakin Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 İddiaçı Sığorta Şirkətinə müraciət edərək 05.09.2019-cu il tarixində yenidən, ikinci dəfə Cavabdeh2 05.07.2015-ci il tarixdə Zaqatala rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətə görə yəni İİ-ci qrup əlilliyə görə 3000 manat məbləğində sığorta ödənişini əsassız olaraq almışdır. İş materiallarında olan sığorta aktlarından məlum olur ki, cavabdehlərin aldığı 3000 manat məbləğində sığorta ödənişi təkrarən əsassız olaraq ödənilmişdir. Belə olan halda cavabehlərin aldıqları sığorta ödənişi əsassız varlanma kimi hesab edilməli və cavabdehlərdən iddiaçının xeyrinə tutularaq geri qaytarılmalıdır. Aşağıda göstərilənlərə əsasən qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığrorta şirkətinə dəymiş 3000 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, etibarnamə əsasında İddiaçı Sığorta Şirkətində təmsil edib nümayəndəsi olduğu Yevlax şəhər sakini Cavabdeh2 üçün həqiqətəndə şirkətdən aldığı 3000 (üç min) manat puldan 740 (yeddi yüz qırx) manatını ona verib, qalan 2260 (iki min iki yüz altmış) manatını özündə saxlamışdır. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətdən də etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 İddiaçı Sığorta Şirkətindən 3000 manat pul almışdır. Həmin pulun 740 manatını ona vermiş, qalan 2260 manatını özünə götürmüşdür. Məhkəmə iddiaçı və cavabdehlərin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 27 yanvar 2016-cı il tarixli 024084 saylı sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 ağır bədən xəsarəti dəydiyindən 1500 AZN sığorta ödənişi hesablanmış, sığorta ödənişi Cavabdeh2 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 15 fevral 2017-ci il tarixli 035616 saylı sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 ağır bədən xəsarəti dəydiyindən 3000 AZN sığorta ödənişi hesablanmış, sığorta ödənişi Cavabdeh2 hesabına köçürülməsi qərara alınmışdır. 27 yanvar 2016-cı il tarixdə Cavabdeh2 1500 ödənildiyindən qalan 1500 manat etibarnamə ilə X3 sığortaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 05 sentyabr 2019-cu il tarixli 071773 saylı sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 ikinci dərəcəli əlillik aldığından 3000 AZN sığorta ödənişi hesablanmış, sığorta ödənişi Cavabdeh1 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 sentyabr 2019-cu il tarixli 8914 saylı ödəniş tapşırığından məlum olur ki, Cavabdeh1 Atəşgah Sığorta tərəfindən 3000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05.09.2019-cu il tarixli 005-20292-1219 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan məlum olur ki, 05.07.2015-ci il tarixdə saat 16:40-da Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh2 sağlamlığına ağır dərəcəli zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -tibbi ekspertizası Şöbəsi tərəfindən verilmiş 29.07.2015-ci il tarixli 219 saylı Cavabdeh2 adına verilmiş Sağlamlığa zərər vurmanın təyini ilə bağlı ekspert rəyi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -tibbi ekspertizası Şöbəsi tərəfindən verilmiş 29.07.2015-ci il tarixli 219 saylı ekspert rəyinin nəticəsindən məlum olur ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 sentyabr 2019-cu il tarixli Cavabdeh2 Caman oğlu tərəfindən verilmiş qəbzdən məlum olur ki, yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarəti ilə əlaqədar etibarnamə əsasında onu sığorta şirkətlərində təmsil edib hüquqlarını müdafiə edən Cavabdeh1 ona çatası sığorta kompensasiyasını bütünlüklə, tam şəkildə almış və ona görə də gələcəkdə bu faktla bağlı heç bir şikayəti, tələbi və narazılığı olmayacağını bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Sığorta Şirkətinə müraciət edərək 05.09.2019-cu il tarixində yenidən, ikinci dəfə Cavabdeh2 05.07.2015-ci il tarixdə Zaqatala rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətə görə yəni İİ-ci qrup əlilliyə görə 3000 manat məbləğində sığorta ödənişini əsassız olaraq almışdır. İş materiallarında olan sığorta aktlarından məlum olur ki, cavabdehlərin aldığı 3000 manat məbləğində sığorta ödənişi təkrarən əsassız olaraq ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC cavabdehlərdən ödənilmiş sığorta pulunu geri istəsə də, cavabdehlər həmin borcu ödəməmişlər. Cavabdehlər məhkəmə iclasında sığorta şirkətindən 3000 manat pul aldıqlarını etiraf etmişdirlər. AR MM: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 740 (yeddi yüz qırx) manat pul, ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı, Cavabdeh1 2260 (iki min iki yüz altmış) manat pul,ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdehlər Cavabdeh2 740 (yeddi yüz qırx) manat pul, ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı, Cavabdeh1 2260 (iki min iki yüz altmış) manat pul,ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar