Məhkəmə qərarları › İş №2(014)-1141/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1141/2021

26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1141/2021 26.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı artıq hesablanmış faiz borcunun silinməsi və vətəndaşın bank qarşısında öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı artıq hesablanmış faiz borcunun silinməsi və vətəndaşın bank qarşısında öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilənədək İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinin tələbinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı artıq hesablanmış faiz borcunun silinməsi və vətəndaşın bank qarşısında öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar