Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1223/2025 20.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 24 fevral 2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 3i ərazisində yerləşən paylı mülkiyyətə verilmiş 1.5894 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı payının 0.7947 hektarını, həmçinin Əfrayım Osmanovun zəbtində olan 0.17 hektar torpaq sahəsini qardaşına bağışlaması nəzərə alınmaqla 0.96 ha hissədə payının torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 1988-ci ildə X9 ilə evlənərək ailə qurmuşdur. Onların birgə nikahlarından bir uşaqları anadan olmuş, uşaq anadan olandan bir müddət sonra vəfat etmişdir. Torpaq islahatı zamanı mərhum bacısı və ailəsinə Ağdaş rayonunun Pirkəkə ərazisindən ümumi birgə mülkiyyətlərinə 1.5894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X1 2012-ci ildə, keçmiş əri X9 isə 2014-cü ildə Ağdaş rayonunun Pirkəkə kəndində vəfat etmişdir. Cavabdeh mərhum X3 rəsmi həyat yoldaşıdır. Mərhum bacısının qanun üzrə birinci növbə vərəsələri olmadığına görə o qanun üzrə ikinci növbə vərəsə kimi mərhum keçmiş əri ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.5894 ha torpaq sahəsinin ona çatası 1/2 hissəsinə Ağdaş rayon notariat ofisində vərəsəlik işi açdırmışdır. Ona Reyestrdə 2V-967 nömrə ilə 02 noyabr 2023-cü il tarixdə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən mərhumların ümumi birgə mülkiyyətlərinə verilmiş 1.5894 ha torpaq sahəsindən mərhum bacısına çatası payından tam hissədə irs almışdır. Bundan sonra həmin torpaq sahəsi 24 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüququ əsasında mənim və mərhum X3 adına qeydə alınmışdır və bu barədə adlarına ********** qeydiyyat nömrəli 24 fevral 2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. X16 yeganə qanun üzrə birinci növbə vərəsəsi olan Cavabdeh ərinin ölümündən sonra vərəsəlik açdırmadığına görə və payları naturada ayrılmadığına görə həmin torpaq sahəsi üzərində hüquqlarını keçən müddət ərzində istəyinə uyğun həyata keçirə bilməmişdir. Bu səbəbdən də mərhumun qohumları ilə aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi o mərhumla onun hər birisinə çatası 1/2 hissə torpaq sahəsi üzərində hüquqlarını öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehlə mərhumun ölümündən sonra vərəsəlik işi açdıraraq və mirası qəbul edərək paylarına düşən torpaq sahəsinin öz aralarında qarşılıqlı razılaşma əsasında ayrılmasını təklif etsə də, cavabdeh vərəsəlik işi açdırmadığına görə torpaq sahəsinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da onun mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Cavabdehlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmək mümkün olmamışdır. Həmçinin bildirir ki, mərhum bacısı, mərhum əri ilə ailə qurmamışdan əvvəl X16 bacısı ilə evlənənə kimi 0.17 ha zəbt torpaq sahəsi olmuşdur. İslahat zamanı onlara həmin 0.17 ha zəbt olduğuna görə onların birgə mülkiyyətinə adambaşına 0.96 ha torpaq sahəsi nəzərdə tutulduğundan 1.92 ha yox. 0.34 ha çıxılmaqla cəmi 1.58 94 ha pay torpaq sahəsi verilmişdir. Sonradan mərhum Əfrayım Osmanov 0.17 hu zəbt torpaq sahəsini qardaşı X11 bağışlamışdır. Ona görə də hesab edir ki, mərhum bacısına 1.5894 ha torpaq sahəsinin 0.96 ha hissəsi bacısına ayrılıb verilməlidir. Ona görə də cavabdehin mərhum əri ilə paylı mülkiyyətlərində olan torpaq sahəsində qanunla müəyyən edilmiş paylarının naturada ayrılmasına zərurət yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, torpağın bölünüb ona verilməsini və iddia tələbinin təmin edilməsini xahiş edirəm. İş ilə bağlı əlavə sübutlarım yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Torpağa mülkiyyət hüququna dair JN-177 KOD 90311018 saylı dövlət aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 04 noyabr tarixli 19 saylı qərarı ilə verilmiş Ağdaş rayon Pirkəkə kəndində yerləşən 1.59 hektar torpaq sahəsi X9 və X5 mülkiyyətinə verilmişdir. 25 fevral 2005-ci il tarixli 02 saylı nikah haqqında akt qeydinin surətindən görünür ki, X9 ilə X10 arasında nikah bağlanmışdır. Ağdaş RİHB-nın Pirkəkə KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2012ci il tarixli AZ-İ 558436 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 iyul 2012-ci il tarixdə ölmüşdür. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2012-ci il tarixli 8AZ- İ558436 saylı ölüm haqqında akt qeydinin surətindən görünür ki, X10 xx.xx.1964-cü il tarixdə ünvan 3ində anadan olmuş, 12 iyul 2012-ci il tarixdə vəfat etmişdir. 04 yanvar 1989-cu il tarixli 05 saylı ölüm haqqında akt qeydinin surətindən görünür ki, X6 03 yanvar 1989-cu il tarixdə vəfat etmişdir. 17 iyun 1993-cü il tarixli 14 saylı nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, X9 ilə X13 arasında nikah bağlanmışdır. 25 noyabr 1987-ci il tarixli 80 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 16 noyabr 1987-ci il tarixdə ünvan 3ində anadan olmuşdur. X2, atası X7r. 22 oktyabr 2006-cı il tarixli 42 saylı nikahın pozulması haqqında akt qeydinin surətindən görünür ki, X9 ilə X15 arasındakı nikah pozulmuşdur. Ağdaş rayon notariat ofisi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli 2V-967 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12 iyul 2012-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan qardaşı İddiaçı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – “elektron notariat” informasiya sistemində real vaxt rejimində əldə edilmiş ƏMDKnin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.5894 ha olan torpaq sahəsinin miras qoyana məxsus hissəsindən ibarətdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 24 fevral 2024-cü il tarixli çıxarışa əsasən ünvan 3ində yerləşən 1.5894 ha torpaq sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 23 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-35/2-3726/2024 saylı məktubundan görünür ki, ünvan 2i ərazisində yerləşən 1.5894 ha torpaq sahəsindən sizə düşən payın ayrılaraq bölgü planının hazırlanması barədə müraciətinizə Daşınmaz Əmiakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. ünvan 2ində yerləşən 1.5894 ha torpaq sahəsi üzərində 2 nəfər mülkiyyətçinin payları ümumi birgə göstərilməklə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 24 fevral 2024-cü il qeydiyyat tarixli, **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Müraciət ilə əlaqədar bildirmək istərdik ki, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 220.7. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş notarial hərəkətlərin aparılması qaydaları haqqında təlimatın 52. Daşınmaz əmlakın müəyyən hissəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, bu müqavilənin mətnində tərəflərin istəyinə uyğun olaraq həm əmlakın konkret hissələri (mərtəbə, otaq, yaşayış və torpaq sahəsinin konkret ölçüsü), həm də riyazi paylar (1/2; 1/3) göstərilə bilər. Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri tərəfindən daşınmaz əmlakda ona məxsus paya sərəncam verilməsi haqqında müqavilədə daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası yalnız o zaman göstərilə bilər ki, daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında müvafiq saziş olsun və ya buna onların yazılı razılığı olsun, yaxud da daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun.Odur ki, mülkiyyət sahiblərindən biri vəfat etdiyi üçün torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. 14 sentyabr 2023-cü il tarixdə Ağdaş rayon Pirkəkə bələdiyyəsi tərəfindən verilmiş 10 saylı arayışdan görünür ki, İddiaçı Müğdət oğlunun mərhum bacısı X12 12 iyul 2012-ci il tarixdə vəfat etmiş və onun kənd təsərrüfatlı təyinatlı 0,96 ha torpaq sahəsini qardaşı İddiaçı Müğdət oğlu hal-hazırda istifadə edir. Torpağın vergi ödənişlərini hal-hazırda Xəlilov X4 bələdiyyəsinin hesabına ödəyir. 11 avqust 2025-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-35/2-3012/2025 saylı mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 24 fevral 2024-cü il qeydiyyat tarixli plan və ölçüyə əsasən ünvan 2i ərazisində yerləşən 1.5894 hektar torpaq sahəsinin mülkiyyətçilərin paylarına münasibətdə naturada bölgüsü tərəflərin razılığı əsasında mümkündür. Tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında (sxemlərdə) göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, torpağa mülkiyyət hüququna dair JN-177 KOD 90311018 saylı dövlət aktına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 04 noyabr tarixli 19 saylı qərarı ilə verilmiş Ağdaş rayon Pirkəkə kəndində yerləşən 1.59 hektar torpaq sahəsi X9 və X5 mülkiyyətinə verilmişdir. X10 12 iyul 2012-ci il tarixdə öldüyündən iddiaçı, yəni onun qardaşı İddiaçı Ağdaş rayon notariat ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Ağdaş rayon notariat ofisi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli 2V- 967 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 12 iyul 2012-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 3i ünvanında qeydiyyatda olan qardaşı İddiaçı miras əmlakdan tam hissədə irs almışdır. Daha sonra Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrə ilə 24 fevral 2024-cü il tarixdə qeydə alnmış çıxarışa əsasən ünvan 2ində yerləşən 1.5894 ha torpaq sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hazıda iddiaçı 1.5894 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun 0.7947 hektar payının, həmçinin Əfrayım Osmanovun zəbtində olan 0.17 hektar torpaq sahəsini qardaşına bağışlaması nəzərə alınmaqla 0.96 ha hissədə payının torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 11 avqust 2025-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-35/2-3012/2025 saylı mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 24 fevral 2024-cü il qeydiyyat tarixli plan və ölçüyə əsasən ünvan 2i ərazisində yerləşən 1.5894 hektar torpaq sahəsinin mülkiyyətçilərin paylarına münasibətdə naturada bölgüsü tərəflərin razılığı əsasında mümkündür. Tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında (sxemlərdə) göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrə ilə 24 fevral 2024-cü il tarixdə qeydə alnmış çıxarışa əsasən ünvan 2ində yerləşən 1.5894 ha torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə naturada ayrılması mümkündür. Lakin məhkəmə iddiaçı iddia tələbində, Əfrayım Osmanovun zəbtində olan 0.17 hektar torpaq sahəsini qardaşına bağışlaması nəzərə alınmaqla 0.96 ha hissədə payının torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsinə dair tələbini əsassız hesab edir. Belə ki, iddiaçı həmin tələbi ilə bağlı, yəni qeyd etdiyi 0.17 hektar torpaq sahəsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş verilmiş ********** qeydiyyat nömrəli 24 fevral 2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2i ərazisində yerləşən, İddiaçı və X3 birgə mülkiyyətlərində olan 1.5894 hektar həyətyanı torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-35/2-3012/2025 saylı mütəxəssis rəyinə əlavə edilmiş və tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında (sxemlərdə) göstərilmiş bölgüyə uyğun naturada ayrılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş verilmiş ********** qeydiyyat nömrəli 24 fevral 2024cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2i ərazisində yerləşən, İddiaçı və X3 birgə mülkiyyətlərində olan 1.5894 hektar həyətyanı torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-35/2-3012/2025 saylı mütəxəssis rəyinə əlavə edilmiş və tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında (sxemlərdə) göstərilmiş bölgüyə uyğun naturada ayrılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1223/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1223/2025
20.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver