Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1249/2021 09.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X6 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum aktı qeydində düzəliş edilməsi» haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum aktı qeydində düzəliş edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsndə doğum aktı qeydində X7 olaraq qeyd edilmiş adının X1 olaraq düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1953-cü ildə Ağdaş rayon Ləki kəndində anadan olmuşdur. Həmin vaxtdan etibarən də valideynlərinin himayəsində kəmin kənddə yaşamış, ilk təhsilini də kənd orta məktəbindən almışdır. Doğulduğu gündən etibarən də ona X1 olaraq doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında o şəxsiyyət vəsiqəsi əldə etmiş və nikah bağlamışdır. Nikahdan sonra da soyadını dəyişərək Hüseynova olmuşdur. 05 mart 2021-ci il ildə notarial qaydada əməliyyat aparmaq istəyərkən doğum haqqında şəhadətnaməyə ehtiyac yaranmışdır. Doğum haqqında şəhadətnaməsi bir müddət əvvəl naməlum şəkildə itmişdir. Bununla bağlı yenidən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə doğum aktı qeydində adını X7 olaraq qeyd olunduğu üçün notarial qaydada heç bir əməliyyat apara bilməmişdir. Halbuki sonuncu dəfə 10.02.2017-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi almaq üçün DİN pasport qeydiyyat şöbəsinə müraciət edərək daha əvvəl olduğu kimi Ərizəçi adı ilə yeni şəxsiyyət vəsiqəsi almışdır. Yeni şəxsiyyət vəsiqəsi aldıqdan sonra da doğum aktı qeydində heç bir dəyişiklik olmadığı üçün yenə də notarial qaydada heç bir əməliyyat apara bilməmişdir. Bundan sonra doğum aktı qeydində düzəliş edilməsi barədə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən də ona rəsmi olaraq 10.03.2021-ci il tarixli imtina məktubu ilə bununla bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də məhkəmədən doğum akt qeydində düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X2 ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. xx xxxx 1953-cü ildə Ağdaş rayon Ləki kəndində anadan olmuşdur. X4, anası X3r. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X14 ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. xx xxxx 1953-cü ildə Ağdaş rayon Ləki kəndində anadan olmuşdur. X4, anası X3r. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə iştirak edən şahid X15 ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. xx xxxx 1953-cü ildə Ağdaş rayon Ləki kəndində anadan olmuşdur. X4, anası X3r. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 10.03.2021-ci il tarixli 05/Q-62 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Ləki qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 16.07.1953-cü il tarixli 46 nömrəli doğum akt qeydində X7 yazılmışdır. Sizin şəxsiyyətinizi müəyyən edən sənəd, nikah haqqında şəhadətnamənizin surətindəki məlumatlar və doğum akt qeydindəki məlumatlar arasında ziddiyətlər aşkar edilmişdir. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadıqları yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda (ziddiyətli məqamlar aşkarlanarsa) məhkəməyə müraciət etməyi bildirdilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən nikahın bağlanması haqqında şəhadətnamədən məlum olur ki, X18 ilə X1 nikahlarını 07 aprel 1972-ci ildə bağlamışlar. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 30 dekabr 1976-cı il tarixli V-ЖГ 252273 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 26 dekabr 1976-cı il tarixdə anadan olmuşdur. X5, anası Ərizəçidır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 30 sentyabr 1975-ci il tarixli İİİ-ЖГ 434250 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 05 sentyabr 1975ci il tarixdə anadan olmuşdur. X5, anası Ərizəçidır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Orta Ləki kənd soventliyi tərəfindən verilmiş 30 dekabr 1965-ci il tarixli ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 14 dekabr 1965-ci il tarixdə anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, VVAQ bürosu tərəfindən verilmiş 05 iyul 1967-ci il tarixli ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 01 iyul 1951-ci il tarixdə anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 dekabr 1965-ci il tarixli 243 saylı doğum akt qeydinin surətindən məlum olur ki, X16 14 dekabr 1965-ci il tarixdə anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş 10.02.2017-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 305-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr xüsusi icraat qadasında baxılan işlərə aid edilmişdir. Azərbaycan Respublikasının MPM-in 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 52 saylı 01.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. MPM-in 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçi xx xxxx 1953-cü ildə Ağdaş rayon Ləki kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini tapa bilmədiyi üçün yenidən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxsndə doğum aktı qeydində adı X7 olaraq qeyd olunmuşdur. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Ləki Qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 16.07.1953-cü il tarixli 46 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilməli, Ərizəçi xx.xx.1953-cü ildə Ağdaş rayonu, Ləki kəndində anadan olmağı faktı müəyyən edilməli, ata qrafasında- X17, ana qrafasında – X12 yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 307.2.11, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ağdaş rayon Ləki Qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 16.07.1953cü il tarixli 46 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilsin. Ərizəçi xx.xx.1953-cü ildə Ağdaş rayonu, Ləki kəndində anadan olması müəyyən edilsin. Ərizəçi adına olan 16.07.1953-cü il tarixli 46 nömrəli akt qeydində Ərizəçi soyadı, adı və atasının adı “X1”, «Atası» qrafasında X17, «Anası» qrafasında X12 qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1249/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1249/2021
09.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver