Məhkəmə qərarları › İş №2(014)-1255/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1255/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1255/2020 20.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı «xxxxxxx» Sığorta Şirkəti ASC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» Sığorta Şirkəti ASC cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan Navara” markalı, ** PZ *** avtomaşınına vurulan ziyanın əvəzində 3415 ( üç min dört yüz on beş manat 0 qəpik ) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 ( otuz manat 40 qəpik ) manat dövlət rüsumu, cəmi 3445.40 ( üç min dört yüz qırx beş manat 0 qəpik) manat pulu cavabdeh X2 tutularaq “xxxxxxx” Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X6 xx.xx.2015-ci ildə Bakı– Qazax yolunun 272-ci km-də bir baş buzov heyvanı nəzarətsiz qoyması nəticəsində “xxxxxxxx” MMC-yə məxsus “xxxxxxx” sığorta Şirkətində sığortalanmış “Nissan Navara” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X3 təqsirli olması Azərbaycan Respublikası DİN BDYPİ–nin KYP 162717 saylı X8 Protokulunda öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3515 (üç min beş yüz on beş) manat ziyan dəymişdir. MİP № **********3 saylı sığorta müqaviləsinə və № 025360 saylı sığorta aktına əsasən “xxxxxxx” Sığorta Şirkəti azadolma məbləği 100 ( bir yüz manat 0 qəpik) manat çıxmaqla 3415 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “xxxxxxx” Sığorta Şirkətinə 3415( üç min dört yüz on beş manat) manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutlmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı «xxxxxxx» Sığorta Şirkəti SŞ ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına teleqram ünvanlayaraq bildirdi ki, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı nümayəndəsinin və cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx xxxx 2016-cı il tarixli 025360 saylı MİP № **********3 saylı sığorta müqaviləsinə və № 025360 saylı sığorta aktına əsasən “ xxxxxxx” Sığorta Şirkəti azadolma məbləği 100 ( bir yüz manat 0 qəpik) manat çıxmaqla 3415 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2016-cı il tarixli 025360 saylı ödəniş tapşırığından məlum olur ki, X1 xxxxxxx Sığorta tərəfindən 3415 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx xxxxxx 2016-cı il tarixli aktdan məlum olur ki, “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3515 (üç min beş yüz on beş 0 qəpik) manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Qüsur aktından məlum olur ki, “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4667.40 manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən“xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 14/16 saylı məktubdan məlum olur ki, “xxxxxxx” Sığorta Şirkətində sığortalanmış “Nissan Navara” markalı,** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil, xx xxxxxx 2015-ci il tarixində Ağdaş rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli 9/6040 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan məlum olur ki, xx.xx.2015-ci il tarixdə saat 16:30-da Bakı –Qazax-272 km-də heyvanı vurma yolnəqliyyat hadisəsi baş vermişdir. “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası DİN BDYPİ–nin KYP 162717 saylı X8 Pratokulundan məlum olur ki, xx.xx.2015-ci il tarixdə saat 16:30-da Bakı –Qazax-272 km-də heyvanı vurma yolnəqliyyat hadisəsi baş vermişdir. “Nissan Navara” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.4-cü maddəsinə əsasən Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinin tələbinə, Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısından maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-cimaddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Göründüyü kimi, X6 xx.xx.2015-ci ildə Bakı–Qazax yolunun 272-ci km-də bir baş buzov heyvanı nəzarətsiz qoyması nəticəsində “xxxxxxxx” MMC-yə məxsus “xxxxxxx” sığorta Şirkətində sığortalanmış “Nissan Navara” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymiş, bunun nəticəsində dəyən ziyan sığortaçı tərəfindən ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X3 təqsirli olması Azərbaycan Respublikası DİN BDYPİ–nin KYP 162717 saylı X8 Pratokulunda öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Nissan Navara” markalı, ** PZ *** avtomaşınına vurulan ziyanın əvəzində 3415 ( üç min dört yüz on beş manat 0 qəpik ) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik ) manat, cəmi 3445.40 ( üç min dört yüz qırx beş manat 40 qəpik) manat pul cavabdeh X2 tutularaq “xxxxxxx” Sığorta Şirkətinə xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Nissan Navara” markalı, ** PZ *** avtomaşınına vurulan ziyanın əvəzində 3415 ( üç min dört yüz on beş manat 0 qəpik ) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 ( otuz manat 40 qəpik ) manat, cəmi 3445.40 (üç min dört yüz qırx beş manat 40 qəpik) manat pul cavabdeh X2 tutularaq “xxxxxxx” Sığorta Şirkətinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar