Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1293/2021 21.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi mağaza binasına mülkiyyət hüququnun verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi mağaza binasına mülkiyyət hüququnun verilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, mülki işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı sənədlərin geri qaytarılmasına dair ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı ərizəsi təmin edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi mağaza binasına mülkiyyət hüququnun verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1293/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1293/2021
21.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver