Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1295/2021 21.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktı qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktı qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 20 avqust 1980-ci ildə Ağdaş rayonunun Ərəb kəndində anadan olmuşdur. Həmin vaxtdan etibarən də valideynlərinin himayəsində həmin kənddə yaşamış, ilk təhsilini də kənd orta məktəbində almışdır. Doğulduğu gündən etibarən də doğum aktı qeydində adı Günel olaraq qeyd edilmişdir. Rəsmi nikah qeyd etdirməklə evləndiyi X6 ilə aralarında olan nikah 28 yanvar 2016-cı il tarixdə 10 nömrəli şəhadətnaməyə əsasən ləğv edilmişdir. Bir müddət əvvəl notarial qaydada əməliyyat aparmaq istəyərkən doğum haqqında şəhadətnaməyə ehtiyac yaranmışdır. Doğum haqqında şəhadətnamə bir müddət əvvəl naməlum şəkildə itmişdir. Bununla bağlı yenidən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona təqdim edilən doğum aktı qeydində adı “Güney” olaraq qeyd olunduğu üçün notarial qaydada heç bir əməliyyat apara bilməmişdir. Qeydiyyat şöbəsində ona bildirilmişdir ki, doğum haqqında şəhadətnamədə adı “Güney” kimi qeyd edilmişdir. Bu zaman həmin şəhadətnamənin əldə edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona təqdim edilmiş 1865 nömrəli 16 may 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan da görünür ki, onun adı “Güney” kimi qeyd edilmişdir. Lakin o, ərizəsinə əlavə etdiyi bütün sənədlərdə, yəni nikahın pozulması haqqında şəhadətnamə, diplom, şəxsiyyət vəsiqəsindən görünür ki, onun adı “Günel” olmuşdur. Odur ki, hazırda ona məxsus “X3” kimi qeyd edilmiş doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olan doğum akt qeydində onun soyad, ad və ata adının “Ərizəçi” olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının adı Güneldir. Bütün sənədlərdə belə yazıldığını bilir. Lakin don vaxtlarda onlara məlum olmuşdur ki, Maraqlı şəxs tərəfindən verilmiş doğum akt qeydindən çıxarışda onun adı səhv olaraq “Güney” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının adı Günel olduğunu bilir. Uşaq vaxtlarından onu Günel kimi çağırmışlar. Lakin Maraqlı şəxs tərəfindən verilmiş doğum akt qeydindən çıxarışda onun adı “Güney” kimi yazılmışdır. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən 16.05.2021-ci il tarixdə verilmiş № 1865 saylı doğum akt qeydindən çıxarışdan görünür ki, ərizəçinin adı “Güney” kimi qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən 07.09.2015-ci il tarixdə verilmiş AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ağdaş rayonunun Ərəb kəndində anadan olmaqla, Ağdaş rayonunun Ərəb kəndində qeydiyyatdadır. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, № 211929 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 yanvar 2016-cı il tarixdə 10 № ilə qeyd edilmişdir. İşin materiallarında olan X5 tərəfindən verilmiş 28 iyul 2000-ci il tarixli, AB-İİ seriyalı, № 043281 saylı diplomun surətindən görünür ki, Ərizəçi X2 1995-ci ildə daxil olmuş və 05 iyul 1999-cu ildə məktəbəqədər tərbiyə ixtisası üzrə tam kursu bitirmişdir. İşin materiallarında olan Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialı tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli, YB seriyalı, № 002894 saylı yenidənhazırlanma haqqında diplomun surətindən görünür ki, Ərizəçi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının yenidənhazırlanma fakültəsinə 16 oktyabr 2004-cü ildə daxil olmuş və 24 iyun 2005-ci ildə ibtidai təhsilin pedaqoqika və metodikası ixtisası üzrə yenidənhazırlanma təhsilinin tam kursunu bitirmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 1866 №-li, 16.05.2021-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri olan sənəd təqdim edilmədiyindən akt qeydində düzəliş edilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin adı Maraqlı şəxs tərəfindən verilmiş 16 may 2021-ci il tarixli doğum akt qeydindən çıxarışda səhv olaraq “Günel” əvəzinə, “Güney” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi vətəndaşlıq vəziyyəti aktının düzgün olmaması, ona məxsus “X3” kimi qeyd edilmiş doğum akt qeydində onun soyad, ad və ata adının “Ərizəçi” olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktı qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi doğum aktının düzgün olmaması müəyyən edilsin. Hazırkı qətnamə Ərizəçi doğum akt qeydində maraqlı şəxs tərəfindən soyad, ad və ata adının “X3” kimi qeyd edilmiş doğum akt qeydində onun soyad, ad və ata adının “Ərizəçi” kimi olması göstərilməklə qeydlərin düzəldilməsi və yeni doğum haqqında şəhadətnamədə onun soyad, ad və ata adının “X3” kimi qeyd olunması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1295/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1295/2021
21.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver