Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-130/2023 07.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi İclas katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə qaydasında qeydiyyatdan çıxarılmasını, yəni istifadə hüququnun ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1971-ci il tarixindən vaxlideynləri ilə birlikdə, yəni ailəliklə Ağdaş şəhəri Babək küçəsində yerləşən fərdi yaşayış evi tikdirib yaşamaq üçün köçmüşlər. Hazırda bu ünvanda onunla birlikdə həyat yoldaşı Səmədova Xuraman əjdər qızı və qız övladı X1 yaşayırlar və qeydiyyatdadırla. Fərdi yaşayış evi ona valideynlərindən qalmışdır. Fərdi yaşayış evinə bacı və qardaşları sahib durmaq məqsədində deyillər və bu barədə rəsmi notarial qaydada bağışlanma sənədinə imza edib hərəkətlərini təsdiqləyiblər. Rəsmi qaydada razılığa gəlməklərinə baxmayaraq könüllü olaraq yaşadıqları ünvandan qeydiyyatdan çıxıb öz yaşadıqları ünvana qeydiyyata düşmək istəmirlər. Dəfələrlə müraciət etməklərinə baxmayaraq könüllü olaraq qeydiyyatdan çıxmırlar.Yuxarıda qeyd etdiyi səbəbləri əsas gətirib Ağdaş rayon polis şöbəsinə yazılı surətdə müraciət edib qohumlarının qeydiyyatdan çıxmaqlarını xahiş etmişdir. Ağdaş rayon Polis Şöbəsi rəsmi qaydada cavab olaraq bildirib ki, məhkəmə qaydasında qeydiyyatdan çıxarılması polisin səlahiyyətində deyil.Bu barədə rayon məhkəməsinə müraciət edib qohumlarının evdən istifadə hüququna xitam veirlməsinə məhkəm qaydasında qanuna uyğun olaraq tələb edə biləcəyi bildirilmişdir.Cavabdehlər müxtəlif ünvanlarda yaşayırlar və onların ünvanına göndərilən məktub və sənədlər onların ünvanlarına daxil olur və o məcburdur ki, sənədləri əsl sahibinə çatdırsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə qaydasında yaşadığı ünvanda evə dair istifadə hüququ olmayan şəxs kimi hesab edilməsini və qeydiyyatdan çıxarılmasını vacib sayır. İddiaçı sonrdan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Ağdaş şəhəri Babək küçəsi 22 nömrəli evdə istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh6 və Cavabdeh2 Ağdaş şəhəri Babək küçəsi 22 nömrəli evdə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi mümkün hesab edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq izahatında iş üzrə cavabdehlərdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 əvvəllər həmin evdə yaşadıqlarını, daha sonra özlərinə ev alaraq başqa bir ünvana köçdükləri, lakin iş üzrə cavabdehlər Cavabdeh6 və Cavabdeh2 ümumiyyətlə həmin evdə yaşamadıqlarını bildirmişdir. İddiaçı iddianı müdafiə edib məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. və əlavə olaraq bildirdi ki, iş üzrə cavabdehlərdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 əvvəllər həmin evdə yaşamışlar. Daha sonra özlərinə ev alaraq baş.qa bir ünvana köçmüşlər. Lakin iş üzrə cavabdehlər Cavabdeh6 və Cavabdeh2 ümumiyyətlə həmin evdə yaşamamışdırlar. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Ağdaş şəhəri Babək küçəsi 22 nömrəli evdə istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh6 və Cavabdeh2 Ağdaş şəhəri Babək küçəsi 22 nömrəli evdə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izаhаtını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. İşə əlavə edilmiş Ağdaş RİHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2172 saylı arayışdan məlum olur ki, İddiaçı Ağdaş şəhəri ünvan 3 ünvanda yaşayır. İşə əlavə edilmiş Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/132-28/269-3222 saylı məktubdan məlum olur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 sizə məxsus olan Ağdaş şəhəri ünvan 1 ünvanında yerləşən evlərindən qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş 21 noyabr 2014-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən məlum olur ki, Ağdaş şəhəri Babək küçəsi 22 ünvanında yerləşən ümumi sahəsi 211 kv/m yaşayış sahəsi 55.6 kv/m yardımcı sahəsi 155.4 kv/m olan fərdi yaşayış evinin Cavabdeh1 və Cavabdeh3 adi olan hissəsini İddiaçı hədiyyə verilmişdir. İşə əlavə edilmiş 21 noyabr 2014-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən məlum olur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 77.93 kv/m, yaşayış sahəsi 38 kv/m, yardımcı sahəsi 39.93 kv/m olan fərdi yaşayış evinin İddiaçı adi olan hissəsini X2 hədiyyə verilmişdir. İşə əlavə edilmiş Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/132-28/269-3222 saylı məktubdan məlum olur ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekasına əsasən onlara məxsus olan Ağdaş şəhəri ünvan 1 ünavnında 1940-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il tarixdən, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2016-cı il tarixdən, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh6 xx.xx.2016-cı il tarixdən, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2004-cü il tarixdən, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh5 xx.xx.2004-cü il tarixdən və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh4 xx.xx.2002-ci il tarixdən göstərilən ünvanda qeydiyyatdadırlar. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakıb Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, Ağdaş şəhər ünvan 1 saylı ümumi sahəsi 0.06 ha olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, Ağdaş şəhər ünvan 1 saylı ümumi sahəsi 0.06 ha olan mənzil İddiaçı, Cavabdeh1 və Cavabdeh3 xüsusi mülkiyyətindədir. Beləliklə məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşinmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı çıxarışa əsasən Ağdaş şəhəri ünvan 1 olan ünavnda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, hazırda bu ünvanda iddiaçı ilə birlikdə həyat yoldaşı Səmədova Xuraman əjdər qızı və qız övladı X1 yaşayırlar və qeydiyyatdadırlar. Fərdi yaşayış evi iddiaçılara valideynlərindən qalmışdır. Fərdi yaşayış evinə bacı və qardaşları sahib durmaq məqsədində deyillər və bu barədə rəsmi notarial qaydada bağışlanma sənədinə imza edib hərəkətlərini təsdiqləyiblər. Rəsmi qaydada razılığa gəlməklərinə baxmayaraq könüllü olaraq iddiaçının və ailəsinin yaşadıqları ünvandan qeydiyyatdan çıxıb öz yaşadıqları ünvana qeydiyyata düşmədiklərindən iddiaçının hüquqularını kobud şəkildə pozmuşlardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 181.4-ci maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı,dəyişdirmə,bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki,yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq notrmalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlim olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı dövlət rüsumunun qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Ağdaş şəhəri Babək küçəsi 22 nömrəli evdə istifadə hüququ itirilmiş hesab edilsin və Cavabdeh6 və Cavabdeh2 Ağdaş şəhəri Babək küçəsi 22 nömrəli evdə istifadə hüququ olmayan hesab edilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağdaş rayon Məhkəməsinə ərizə verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlərin qeydiyyatdan çıxarılması üçün əsasdır. Hakimi Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-130/2023
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-130/2023
07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver