Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-136/2024 14.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Maraqlı şəxs iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və Maraqlı şəxs qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən 1/4 hissədə naturada payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və Maraqlı şəxs qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən 1/4 hissədə naturada payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ərarı ilə ona, atası X1, anası X2, bacısı X4 mülkiyyətinə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində 1,93 hektar torpaq sahəsi verilmişdir və bu barədə adlarına JN-0247, KOD 90317038 torpağa mülkiyyət hüququna dair Dövlət aktı işlənmişdir. Belə ki, JN-0247, KOD 90317038 torpağa mülkiyyət hüququna dair Dövlət aktında adları qeyd olunan mülkiyyət hüququ verilmiş şəxslər X6, X7 və X9 vəfat etmişlər. Lakin qardaşı Maraqlı şəxs onun özünə məxsus torpağından istifadə edir. Dəfələrlə xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin könüllü ayrılaraq ona verilməsini xahiş və tələb etsə də, Maraqlı şəxs buna imkan verməyib. Halbuki, Maraqlı şəxs X3, anası X7, bacım X8 dair vərəsəlik şəhadətnaməsi belə yoxdur. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1351/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs ünvan 1ərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin, mərhum valideynləri X6, X7 və mərhum bacısı Əliyeva Radə (İradə) Əli qızının mülkiyyətində olan, Ağdaş rayonu Aral Bir kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,93 ha torpaq sahəsinin 1/4 hissəsindən, yəni 48,25 sot hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qərarı ilə ona çatası pay müəyyən edildiyindən həmin torpaq sahəsindən ona çatası 1/4 payın ayrılaraq naturada ayrılması zərurəti yaranmışdır. Buna görə də məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalıb. ünvan 1ərarı ilə İddiaçı, X6, X7, X4 mülkiyyətinə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində 1,93 hektar torpaq sahəsinin İddiaçı çatası hissədə payın naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, ünvan 1ərarı ilə X5, X6, X7, X4 mülkiyyətinə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində 1,93 hektar torpaq sahəsinin İddiaçı çatası 1/4 hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilənlərə uyğun izahat verərək Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə onun, atası X1, anası X2 və bacısı X4 mülkiyyətinə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində 1,93 hektar torpaq sahəsinin İddiaçı çatası 1/4 hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs iddianı qəbul edərək iddiaçının payının müəyyən edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-0247 KOD 90317038 saylı Dövlət Aktından görünür ki, X1 və ailə üzvləri X5, X7, X8 1,93 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-0247 KOD 90317038 saylı Dövlət Aktından görünür ki, X1 və ailə üzvləri Rəhimova (Əliyeva) Tehranə Əli qızı, X7, X8 1,93 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı payına düşən hissənin müəyyən edilməsini tələb edir, Maraqlı şəxs isə payın müəyyən edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə Rəhimova (Əliyeva) Tehranə Əli qızı, X6, X7, X4 mülkiyyətinə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində verilmiş 1,93 hektar torpaq sahəsinin müliyyətçilərin hər birinə münasibətdə 1/4 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 21 saylı qərarı ilə Rəhimova (Əliyeva) Tehranə Əli qızı, X6, X7, X4 mülkiyyətinə Ağdaş rayonunun Aral Bir kəndi ərazisində verilmiş 1,93 hektar torpaq sahəsinin müliyyətçilərin hər birinə münasibətdə 1/4 hissədə payları müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-136/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-136/2024
14.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver