Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-137/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 2018-ci il tarixində notarial qaydada Cavabdeh Sahır oğlu ilə AN_1 Nb0684910 saylı alqı-satqı müqviləsini bağlamışdır. Onunla alıcı arasında olan müqavilənin şərtlərinə əsasən cavabdeh - alıcı ondan torpağı yox, torpağın üstündə olan mülkü, yəni 25 kv.m qeyri-yaşayış sahəsini, mağazanı almışdır. 28 mart 2018-ci tarixindən bu günə qədər cavabdeh ona məxsus olan 25 kv.m torpağından və 22 kv.m qeyri-yaşayış sahəsindən, yəni mağazadan istifadə edir. Şifahi müraciət edib torpaqla və mağaza ilə bağlı icarə haqqını dəfələrlə istəmişdir. Müraciətlərinə cavabdeh əməl etmir, torpaqla və mağaza ilə bağlı icarə haqqını uzun müddətdir ki, ödəmir. Onun mağazası ümumilikdə 47 kv.m-dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv.m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri-yaşayış sahəsinin 22 kv.m ona məxsusdur. Cavabdeh ona aid olan 22 kv.m mübahisəli sahəni zəbt edib istifadə edir. Mağazanın ona məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir. Alıcı Cavabdeh notarial qaydada aralarında olan razılığı - öhdəlikləri yerinə yetirmir. Cavabdehlə dəfələrlə razılığa gəlmək istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh düzgün insan və bacarıqlı sahibkar olmasını bilib onunla mübahisə etmək istəməmişdir. Buna baxmayaraq cavabdeh onun qanuni tələbinə əməl edib yığılmış icarə haqqından borclarını ödəmir. Nəticədə cavabdeh icarə haqqı ilə bağlı ona borclu olduğunu bilə-bilə müxtəlif yanlış məlumatlar yaymaqla onu qorxutmağa çalışır. Belə hesab edir ki, alıcı cavabdeh ona qarşı düzgün, dürüst hərəkətlər etmir və cavabdehdən məhkəmə qaydasında mülkü ilə bağlı icarə haqqlarını almaq məcburiyyətindədir. Ümümilikdə 30 aydır ki, cavabdeh 22 kv.m qeyri-yaşayış sahəsinin icarə haqqı ayda 250 manat edir. Cavabdehin icarə haqqından bu günə qədər borcu 7500 manatdır. 25 kv.m mağazanın altında olan torpaq sahəsinə görə minimum 100 manat aylıq icarə haqqı 30 ay müddətinə olmaqla ümumilkdə 3000 manat ona ödənilməlidir. Mağazanın olduğu ərazidə 25 kv.m torpağın üstündə olan obyekt mağazanın icarə haqqı 400-500 manat olmasına baxmayaraq, o, həmin məbləği azaltmışdır. Belə hesab edir ki, 22 kv.m qeyri-yaşayış sahəsinin icarə haqqı ən az ayda 250 manatdır. 22 kv.m mağaza tam olaraq ona məxsus olmasına baxmayaraq, cavabdeh həmin ərazidən öz razılığı ilə çıxmır buna görə də cavabdehin həmin ərazidən məcburi çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan - mağazadan məcburi çıxardılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 250 manat olmaqla ümumilikdə 30 ay üçün 7500 manat, 25 kv.m torpaq sahəsi üçün aylıq 100 manat olmaqla 30 ay üçün ümumilikdə 3000 manat olmaqla tam olaraq aylıq 350 manat 30 ay üçün cəmi 10500 manat alınaraq ona verilməsi, cavabdehin ona məxsus 22 kv.m mağazanın boşaldılaraq çıxarılınası haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6585/2021 nömrəli qərarı ilə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı mülki işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-561/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqı tutularaq iddiaçıya ödənilməsi, cavabdehin qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsindən məcburi çıxarılması qət edilmişdir. Hal-hazırda ona məxsus istifadəsində olan 22 kv.m qeyri-yasayış sahəsi onun mülkiyyətindədir və həmin sahəyə gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin arxa tərəfi şəhər məscidinin həyətinə tərəfdir. Əvvəllər bir neçə dəfə cəhd eləmiş ki, qeyriyaşayış sahəsinə gediş-gəliş yolu arxa tərəfdən, yəni şəhər məscidinin həyətindən olsun. Lakin həmin məscidin rəhbəri tərəfindən buna icazə verilmədi və ona məscid tərəfdən gediş-gəliş yolunun açılması üçün razılıq verilmədi. Hətta buna baxmayaraq, başqa çarəsi olmadığı üçün məscid tərəfdən gediş-gəliş yolunun açılmasına çalışmışdır. Belə olan halda məscid rəhbərliyi onun barəsində edilən şikayətə görə müvafiq icra orqanı tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada cərimə edilmişdir. Odur ki, son nəticə olaraq ona məxsus olan 22 kv.m qeyri-yaşayış sahəsinə gediş-gəliş yolunun açılması üçün ön tərəfdən yol verilməlidir. Bu səbəbdən də onun 22 kv.m qeyri-yaşayış sahəsinə gediş-gəlişi üçün cavabdehin mülkiyyətində və istifadəsində olan mağazadan ona aid 7,5 kv.m torpaq sahəsinədək olan 1,5 metr enində 5 metr uzunluğunda gediş-gəliş yoluna ehtiyacı vardır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu ancaq cavabdehin istifadəsində olan mağazadan ona aid 7,5 kv.m torpaq sahəsindən mümkündür. Cavabdeh tərəfindən tutulmuş ona məxsus olan 22 kv.m qeyri-yaşayış sahəsinə ön tərəfdən gediş-gəliş yolunun açılması, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 1,5 metr enində 5 metr uzunluğunda gediş-gəliş yolunun servitut olaraq yüklü edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirdilər ki, iddaçı İddiaçı gediş-gəliş yolunun üzərində servitut qoyulması barədə iddia ərizəsində göstərdikləri əsassızdır. Buna görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçının, cavabdehin, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan - mağazadan məcburi çıxardılması tələbi haqqında iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)-1237/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(102)-6585/2021 saylı qərarın görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1237/2021 saylı mülki işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılması qət edilmişdir. İşin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)-361/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsindən məcburi çıxardılması qət edilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5- 32/2-468/2024 saylı məktubundan görünür ki, İddiaçı hər hansı bir obyekt inşa etmədiyindən onun barəsində inzibati cərimə tətbiq edilməmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********80-06301-083001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin tam mülkiyyətçisi Cavabdeh, torpaq sahəsinin 0,00329 ha hissəsi İddiaçı mülkiyyətindədir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1341 nömrəli ekpsert rəyindən görünür ki, 25,0 kv.metr qeyri-yaşayış sahəsinin daxilindən 0,00329 hektar torpaq sahəsinə həmin arakəsmə kimi taxta dikt hissədən eni 1,5 metr gediş-gəliş yolunun açılmasının mümkün olduğu müəyyən edilir. Beləliklə, iddiaçı 1,5 metr enində və 5 metr uzunluğunda gediş-gəliş yolunun üzərində servitut hüququnun qeydə alınmasını xahiş etsə də, iş məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, iddia tələbi bir neçə xüsusata görə əsassızdır. Belə ki, əvvəla iddiaçının servitut hüququnun qeydə alınaraq istifadə etmək istədiyi əmlak onun mülkiyyətində deyil. Sadəcə məhkəmə iclasında bildirdiyinə görə onun həmin sahəyə mülkiyyət hüququ əldə etməsinə icra hakimiyyəti orqanının etirazının olmamasına dair məktubu mövcuddur. Bundan başqa, servitut hüququnun həyata keçirilməsi bu hüququ verməli olan şəxsin öz hüquqlarından məhrum olmasına səbəb olmamalıdır. Belə ki, cavabdehin mülkiyyətində olan sahə ticarət mağazasıdır. Mağazada cavabdehin şəxsi əmlakları mövcuddur. Mağaza günün müəyyən saatlarında fəaliyyət göstərir və qeyri-iş saatlarında bağlı olur. İddiaçıya servitut hüququ veriləcəyi təqdirdə isə cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozula bilər. İddiaçının ümumiyyətlə servitut hüququ verilərkən ona koridor kimi konkret ölçüdə (özünün qeyd etdiyinə əsasən 1,5 m x 5,0 m) sahənin verilməsi isə mülkiyyət hüququnun prinsiplərinə ziddir. Çünki, belə olacağı təqdirdə cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın müəyyən (7,5 kv.m) hissəsindən birdəfəlik məhrum olacaqdır. Bundan əlavə, məhkəmə tədqiqat obyektini yerində müayinə edərkən müəyyən etmişdir ki, iddiaçının istifadə etmək istədiyi sahəyə keçərək oradan istifadə etməsi üçün həmin tikilinin hazırda arxa hissəsindən qapı mövcuddur. İddiaçı isə həmin qapıdan deyil, məhz cavabdehin istifadəsində olan sahədən servitut hüququ istəyir. İddiaçı əvvəlcə həmin qapıdan məscidin rəhbərliyi icazə vermədiyi üçün istifadə etmədiyini bildirsə də, məhkəmə tərəfindən verilmiş sorğunun cavabından müəyyən edilmişdir ki, həmin qapının açılmasına görə iddiaçı inzibati və s. məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə görə servitut hüququ mülkiyyətdən istifadənin təmin edilməsi üçün təyin oluna biləcəyi halda, iddiaçı bu hüquqdan cavabdehlə aralarında mübahisəli olan digər məsələlərin həlli üçün təzyiq vasitəsi kimi sui-istifadə niyyəti ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı gedişgəliş yolunun açılması və sair tələbinə dair iddiası təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və sair tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-137/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-137/2024
20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver