Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-14/2025 31.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Osmanlı Elvin Rauf oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh3əsgər Teymur oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh3əsgər Teymur oğlu, Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh3əsgər Teymur oğlu, Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.175 ha torpaq sahəsi və ümumi sahəsi 115.5 kv.m olan fərdi yaşayış evi, yaşayış evinin 7/14, torpaq sahəsinin 28/56 hissəsinə dair onun payına düşən hissənin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.175 ha torpaq sahəsi və ümumi sahəsi 115.5 kv.m olan fərdi yaşayış evi, yaşayış evinin 7/14, torpaq sahəsinin 28/56 hissəsi onun, yaşayış evinin 2/14, torpaq sahəsinin 9/56 hissəsi Cavabdeh1, torpaq sahəsinin 7/56 hissəsi X5, yaşayış evinin 2/14, torpaq sahəsinin 9/56 hissəsi Cavabdeh3əsgər Teymur oğlunun, yaşayış evinin 2/14, torpaq sahəsinin 2/56 hissəsi Cavabdeh3, 1/14, torpaq sahəsinin 1/56 hissəsi Cavabdeh4 olmaqla paylı mülkiyyətlərindədir. Paylı mülkiyyətçilərdən Ələkbər Hüseynov vəfat edib. Torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən öz payına uyğun istifadə etməkdədir. O, hazırda işi ilə əlaqədar Bakı şəhərində yaşadığı üçün onun payına düşən evdə əqli qüsurlu bacısı yaşayır və ona digər bacısı Nümayəndə qulluq edir. Cavabdehlər onun mülkiyyət hüququnu pozurlar. Onun öz payından sərbəst şəkildə istifadə etməsinə mane olurlar. O, öz payına uyğun olaraq evin və torpağın ona düşən hissəsindən istifadə edir, belə ki, onun ayrı giriş-çıxışı var. Həmçinin enerji və sudan da ayrıca olaraq istifadə etdiyi sahəyə xətt çəkdirmişdir. Lakin qazdan istifadə ümumi sayğac əsasında hesablanır. Belə ki, o cavabdehlərlə anlaşamadığı üçün qazdan istifadəyə görə əlavə sayğac quraşdırmaq istəsə də, ona fərdi yaşayış evinin naturada bölündüyü təqdirdə tələbini təmin edəcəklərini bildirmişlər. Həmçinin qeyd edir ki, o cavabdehlərə evin naturada bölünüb onun payının ayrılması üçün məktub ünvanlasa da, cavabdehlər təklifinə müsbət cavab verməmişlər. Eyni zamanda nəzərə çatdırır ki, fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Belə ki, torpaq sahəsinin və onun üzərində yerləşən evin ayrı giriş-çıxışı mövcuddur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 28 ildir ki kirayədə yaşayır. Böyük qardaşının təhdidləri ilə evdən çıxmışdır. O Bakı şəhərində yaşasa da, həmin evdə onun yerinə 2 bacısı yaşayır. Evdə 2 otaq 2 seyvan vardır. Onun giriş və çıxışı ayrıdır. Qaz sayğacını da ayrımaq istəsə də payın naturada bölünməsini olmadan sayğacın ayrılması mümkün deyildir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə Teynur qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, payın naturada bölünməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, mülkiyyətçi özüdür. Evi atası ona vermişdir. Onun 2 övladı vardır. Evin satılmağını istəmir. O heckimə bu həyətə gəlməməsini deməmişdir. Payın evi olmayana bölünməsinə razıdır. İddia tələbi ilə razı deyildir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin evdə otaqlar da, həyətdə bölünmüşdür. Otaqlardan biri Zərinənindir, biri də Əbülfətindir. Əbülfət ata evində qalmışdır. Əliəsgərə evi anası tikdirmişdir. Həmin evin çıxarışı yoxdur. Cavabdeh3əsgər Teymur oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o özü payını qardaşına vermişdir. Özləri razılaşsınlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən gəlməyən Cavabdeh4 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********20-10301 reyestr nömrəli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 115.5 kv. metr fərdi yaşayış evi üzərində Cavabdeh1 2/14 hissədə, Cavabdeh3əsgər Teymur oğlu 2/14 hissədə, Cavabdeh3 2/14 hissədə, Cavabdeh4 1/14 hissədə, İddiaçı 7/14 hissədə, 0.175 ha torpaq sahəsi üzərində Cavabdeh1 9/56 hissədə, X9 7/56 hissədə, Cavabdeh3əsgər Teymur oğlu 9/56 hissədə, Cavabdeh3 2/56 hissədə, Cavabdeh4 1/56 hissədə, İddiaçı 28/56 hissədə xüsusi mülkiyyətlərindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydə alınmışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 22 fevral 2022-ci il tarixli, 554 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2002-ci ildə İrkutskidə bataqlıqda boğulma nəticəsində vəfat etmişdir. Ölüm haqqında xx.xx.2003-cü ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 18 saylı akt qeydi saxlanılır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-207/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş X10 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş X2 məxsus olan ünvan 2 ünvanda yerləşən 0.175 hektar həyətyanı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən onlara çatası paylarına İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3əsgər Teymur oğlunun, Cavabdeh3, Nümayəndə, X3, Cavabdeh4 və X1 vərəsəlik hüququnun tanınması, miras qalmış həmin əmlakda İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3əsgər Teymur oğlunun, Cavabdeh3, Nümayəndə, X3 hər birinin, cavabdehlər Cavabdeh4 və X1 isə birlikdə payı 1/7 hissədə müəyyən edilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-207/2021 saylı qərardadının surətindən görünür ki, ərizənin təmin edilməsi, İddiaçı və cavabdehlər Ağdaş rayon Notariat ofisi, Cavabdeh1, Cavabdeh3əsgər Teymur oğlu, Cavabdeh3, mərhum X5 birinci növbəli vərəsəsi X6, Nümayəndə qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-207/2021 saylı mülki iş xx.xx.2021-ci il tarixli qətnaməsinin “əsaslandırıcı” və “nəticə” hissəsində qeyd edilmiş “X7” kimi olan sözün “X4” kimi oxunması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 3-21-3-35/2-4838/2024 saylı mütəxəsis rəyindən görünür ki, 6 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehlərin paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan daşınmaz əmlaklar İddiaçı payı fərdi yaşayış evində olan payı 57.75 kv.m, torpaq sahəsində olan payı 0.0875 ha, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3əsgər Teymur oğlu, Cavabdeh3 və Cavabdeh4 aid olan hissə isə ümumilikdə fərdi yaşayış evində olan payı 57.75 kv.m, torpaq sahəsində olan payı 0.0875 ha olmalıdır. İddiaçı və cavabdehlər öz aralarında fərdi yaşayış evini bölmüş və torpaq sahəsini naturada bölərək hasarla ayırmışlar. Naturada ayrılma zamanı iddiaçının istifadəsində fərdi yaşayış evinin 72.3 kv.m, torpaq sahəsinin 0.0625 ha hissəsi, cavabdehlərin isə fərdi yaşayış evinin 43.2 kv.m hissəsi, torpaq sahəsinin 0.1125 ha hissəsi faktiki olaraq istifadəsindədir. Naturada ayrılmış torpaq sahəsindən və fərdi yaşayış evindən iddiaçı və cavabdehlər ümumilikdə ayrı-ayrı giriş-çıxışı olmaqla sərbəst istifadə edilər. İddiaçı və cavabdehlər öz aralarında fərdi yaşayış evini və torpaq sahəsini naturada bölərək istifadə etdikləri üçün 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasən iddiaçı və cavabdehlərin mülkiyyərində olan 0.175 ha torpaq sahəsinin 28/56 hissəsinin və ümumi sahəsi 115.5 kv.m olan fərdi yaşayış evinin (faktiki vəziyyət üzrə) 7/14 hissə payın naturada ayrılması mümkün olmamışdır. Belə ki, faktiki olaraq iddiaçının istifadəsində fərdi yaşayış evinin öz payına düşən hissədən 14.55 kv.m çox, torpaq sahəsində isə 0.0250 ha az sahə vardır. Cavabdehlərin isə istifadəsində fərdi yaşayış evinin öz paylarına düşən hissədən 14.55 kv.m az, torpaq sahəsində isə 0.0250 ha çox sahə vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli 3-16-16/2-10/9655/2024 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri və fərdi yaşayış evinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, iddiaçı və cavabdehlərin mülkiyyətində olan 0.175 ha torpaq sahəsindən İddiaçı 28/56 pay hissəsinin yəni, 0.0875 ha hissəsinin və ümumi sahəsi 115.5 kv. metr olan fərdi yaşayış evinin (faktiki vəziyyət üzrə) 7/14 hissə paydan 14.55 kv. metr kənara çıxmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.175 ha torpaq sahəsi və ümumi sahəsi 115.5 kv.m olan fərdi yaşayış evi, yaşayış evinin 7/14, torpaq sahəsinin 28/56 hissəsi onun, yaşayış evinin 2/14, torpaq sahəsinin 9/56 hissəsi Cavabdeh1, torpaq sahəsinin 7/56 hissəsi X5, yaşayış evinin 2/14, torpaq sahəsinin 9/56 hissəsi Cavabdeh3əsgər Teymur oğlunun, yaşayış evinin 2/14, torpaq sahəsinin 2/56 hissəsi Cavabdeh3, 1/14, torpaq sahəsinin 1/56 hissəsi Cavabdeh4 olmaqla paylı mülkiyyətlərindədir. Paylı mülkiyyətçilərdən Ələkbər Hüseynov vəfat edib. Hazırda iddiaçı onun payının naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli 3-16-16/2-10/9655/2024 saylı nömrəli ekpsert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri və fərdi yaşayış evinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, iddiaçı və cavabdehlərin mülkiyyətində olan 0.175 ha torpaq sahəsindən İddiaçı 28/56 pay hissəsinin yəni, 0.0875 ha hissəsinin və ümumi sahəsi 115.5 kv. metr olan fərdi yaşayış evinin (faktiki vəziyyət üzrə) 7/14 hissə paydan 14.55 kv. metr kənara çıxmaqla İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci , 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.175 ha torpaq sahəsi və ümumi sahəsi 115.5 kv.m olan fərdi yaşayış evi, yaşayış evinin 7/14, torpaq sahəsinin 28/56 hissəsinə dair iddiaçının payına düşən hissəsi naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh3əsgər Teymur oğlu, Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE**********00********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.175 ha torpaq sahəsi və ümumi sahəsi 115.5 kv.m olan fərdi yaşayış evi, yaşayış evinin 7/14, torpaq sahəsinin 28/56 hissəsinə dair iddiaçının payına düşən hissəsi naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh3əsgər Teymur oğlu, Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-14/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-14/2025
31.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver