Məhkəmə qərarları › İş №2(014)-1462/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1462/2022

02.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1462/2022 02.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mülkiyyətdə olan torpaq üzərində özbaşına tikilmiş tikintiyə mülkiyyət hüququnun tanınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mülkiyyətdə olan torpaq üzərində özbaşına tikilmiş tikintiyə mülkiyyət hüququnun tanınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən onun mülkiyyətində olan 0.0946 ha boş torpaq sahəsi üzərində yerləşən 54 kv.metrdən ibarət qeyri yaşayış obyektinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiasında qeyd olunan 54 m2, o cümlədən 0.01546 ha torpaq sahəsi düz qeydə alınmamışdır. Əslində həmin rəqəm torpağa münasibətdə 0.0946 ha qeyri yaşayış binasına münasibətdə isə 62.08 kv.m kimi qeyd edilməlidir. Bu səbəbdən də qeyd edilənləri nəzərə alaraq Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən onun mülkiyyətində olan 0.0946 ha boş torpaq sahəsi üzərində yerləşən 62.08 kv.metrdən ibarət qeyri yaşayış obyektinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən 0.0946 ha boş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Onun mülkiyyətində eyni ilə 0.0946 ha boş torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin bütün texniki sənədləri, o cümlədən texniki pasportu tərtib edilmişdir. O, mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq obyekti tikdirmişdir. Həmin sahibkarlıq obyekti onun qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi üzərində tikilmişdir. Bu barədə eskiz layihəsi hazırlanmış, qeyri yaşayış binasının zəruri texniki sənədləri və eskiz planı təsdiqlənmişdir. Torpağın üzərində yerləşən tikintiyə mülkiyyət hüququnun tanınması ilə bağlı rəsmən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki cavabdeh orqan Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi üzərində olan rəsmi sənədləşməni aparmağı üçün zəruri qərarı ona təqdim etmir. Onun əmlakı iki hissədən ibarət olmaqla 2000-ci ildə o, həmin qeyri yaşayış binası tikmişdir. Ancaq dəfələrlə İcra Hakimiyyətinə müraciətlər etsə də heç bir təsiri olmadığından o, məhkəməyə müraciət edir. Məsələ ondan ibarətdir ki, Cavabdeh1 mülkiyyətlə bağlı heç bir zəruri sənədi ona verməməkdədir. Mülkiyyətində olan torpaq sahəsində onun qeyri yaşayış obyektinin 54 kv.metrdir. O, inzibati məhkəməyə bu barədə müraciət edərkən tərəfindən Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi ona tövsiyyə edilmişdir. Çünki həmin orqanın qeyd etdiyi hallar qərarında əks etdirilib. O, qeyri yaşayış obyektinin üzərində mülkiyyət hüququnun tanınmasını istəyir. Bu onun hüququdur. Bu səbəbdən də digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsidir ki, bu hüququn tanınmadığından həmin orqanın məhkəməyə verərək qeyd etdiyi mülkiyyət üzərində hüquqlarının tanınmasında qərarlıdır. Buna görə də Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən onun mülkiyyətində olan 0.0946 ha boş torpaq sahəsi üzərində yerləşən 62.08 kv.metrdən ibarət qeyri yaşayış obyektinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi 01 sentyabr 2022-ci il tarixli, **********79 saylı etiraz ərizəsi ilə məhkəmə müraciət edərək İddiaçı onlara qarşı iddiasına münasibətdə bildirmişlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron və xəritə məlumat bazasına əsasən araşdırma aparılmış, aparılan araşdırma zamanı idarənin elektron və kağız üzərində saxlanılan arxiv məlumatlarında iddiaçının iddia etdiyi “qeyri-yaşayış bina”sı ayrıca mülkiyyət kimi yox, hazırda ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinin tərkib hissəsi, yardımçı təsərrüfat binası kimi göstərilmişdir. İddiaçı ayrıca qeyri yaşayış binası kimi iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb etsə də, mövcud qanunvericiliyin tələbinə əsasən qeyri mümkündür. Buna görə də iddiaçının iddiası tam əsassız olduğundan iddianın təmin edilməməsini və işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən 0.0946 hektrar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş A№ 715566 nömrəli, xx.xx.2022-ci ildə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən 0.0946 hektar torpaq sahəsinin hüquqi sahibidir və reyestr nömrəsi **********60-dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”-nın 5.1 və 5.2-ci maddələrində qeyd olunmuşdur ki, dövlət reyestrinin strukturu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6, 13.8 və 13.9-cu maddələrinə müvafiq olaraq bölmələrdən, bölmələr isə fəsillərdən ibarətdir. Dövlət reyestrinin bölmələri elə ardıcıllıqla düzülür ki, ilk olaraq torpaq sahələri, sonra isə torpaq sahəsi ilə möhkəm bağlı olan bütün obyektlər əks etdirilsin. Ayrı-ayrı mənzillər, qeyriyaşayış sahələrinə aid olan bölmələr həmin mənzillərin və qeyri-yaşayış sahələrinin daxil olduğu binalara qurğulara aid olan bölmələrdən sonra gəlir. Həmin “Qaydalar”-ın 18.4-cü maddəsində göstərilir ki, torpaq sahəsində yerləşən bina və qurğuların reyestr nömrəsi torpaq sahəsinin reyestr nömrəsi, onların tərkib hissələri olan yaşayış və qeyri-yaşayış sahəsinin reyestr nömrəsi isə bina və qurğuların reyestr nömrəsi əsasında formalaşdırılır. Eyni zamanda, Reyestr nömrələri formalaşdırıldıqda xüsusi kodlardan istifadə edilir: 01-torpaq sahəsi, 02 ayrıca su obyektləri, 03-meşələr, 04-illik əkmılər, 05-çox mərtəbəli yaşayış binaları, 06-qeyri-yaşayış binaları və sair., bina və qurğuların tərkibi olan yaşayış və qeyri yaşayış sahələrinin reyestr nömrəsi bina və qurğuların reyestr nömrəsinə onların tərkib hissələri olan yaşayış və qeyri-yaşayış sahələrinin dövlət reyestrindəki bölməsinin kodu, daşınmaz əmlakın mülkiyyət formasını göstərən kod və həmin tərkib hissələrin dövlət reyestrinə daxil edilən sıra nömrəsi əlavə edilməklə formalaşdırılır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olundu ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron və xəritə məlumat bazasına əsasən araşdırma aparılmış, aparılan araşdırma zamanı idarənin elektron və kağız üzərində saxlanılan arxiv məlumatlarında iddiaçının iddia etdiyi “qeyri-yaşayış bina”sı ayrıca mülkiyyət kimi yox, hazırda ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinin tərkib hissəsi, yardımçı təsərrüfat binası kimi göstərilmişdir. İddiaçı ayrıca qeyri yaşayış binası kimi iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb etsə də, mövcud qanunvericiliyin tələbinə əsasən qeyri mümkündür. Göründüyü kimi iddia olunan tikili hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində yardımçı təsərrüfat binası kimi qeyiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tam əsassız olduğudan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı mülkiyyətdə olan torpaq üzərində özbaşına tikilmiş tikintiyə mülkiyyət hüququnun tanınması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar