Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-147/2025 07.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı2 və Nümayəndə (iddiaçı Samedov Rövşənin nümayəndəsi) iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı5 və Nümayəndə cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızına qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı5 və Nümayəndə cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızına qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********29 reystr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən Ağdaş rayonu Nehrəxəlil kəndi ərazisində yerləşən paylı mülkiyyətə verilmiş 1.8 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində biz iddiaçılar İddiaçı1 35/224 hissədə, yəni 0.2812 ha, İddiaçı2 və İddiaçı3 hər birinin 32/224, yəni 0.2571 ha, Nümayəndə 48/224 hissədə, yəni 0.3857 ha və Samedov Rovshanın 45/224 hissədə, yəni 0.3616 ha hissədə paylarımızın birlikdə torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızı biz iddiaçıların gəlinidir. Mərhum anaları X9 qızı 28 dekabr 2023-cü il tarixdə Ağdaş rayonunun Nehrəxəlil kəndində vəfat etmişdir. Mərhumun vəfatından sonra ondan Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində - miras qalmış əmlaka, yəni ümumi birgə mülkiyyətə verilmiş 1.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası payına vərəsəlik işi açdırmışlar. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alandan sonra DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin qeydiyyata alınmasını xahiş etmişlər. Qeyd edilən 1.8 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə biz iddiaçılar və cavabdehin adına qeydiyyata alınaraq adlarına **********29 reystr nömrəli, 202403 0590 qeydiyyat nömrəli, 19.07.2.024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənərək verilmişdir. Həmin çıxarışa əsasən həmin 1.8 ha torpaq sahəsində payımız biz iddiaçılar İddiaçı1 payın 35/224 hissədə, yəni 0.2812 ha, İddiaçı2- qızının, İddiaçı3 və cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızının hər birimizin payı 32İT2A hissədə, yəni 0.2571 ha, Nümayəndə payı 48/224 hissədə, yəni 0.3857 ha və Samedov Rovshanın payı isə 45/224 hissədə, yəni 0.3616 ha hissədə müəyyən edilmişdir. İddiaçılar İddiaçı2 0.2571 ha və Nümayəndə 0.3857 ha torpaq sahələri faktiki olaraq Samedov Rovshana bağışlamışlar. Onlar iddiaçılar cavabdehlə birgə paylı mülkiyyətində olan həmin cəmi 1.8 ha torpaq sahəsindən birlikdə istifadə edə bilmədiklərindən torpaq sahəsində paylarına uyğun bölünməsi qərarına gəlmişlər. Bunun üçün DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon şöbəsində bölgü planı hazırlamışlar. Həmin bölgü planını və bağışlama müqaviləsini rayon notariat ofisində rəsmiləşdirmək və təsdiqlətmək tələb olunduğundan cavabdeh notariat ofisinə dəvət olunsa da, o bundan imtina etmişdir. Ona görə də həmin hərəkətləri edə bilməmişlər. Göründüyü kimi onlar torpaq sahəsi üzərində hüquqlarını öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehə paylarına düşən torpaq sahəsinin öz aralarında qarşılıqlı razılaşma əsasında naturada ayrılmasını təklif etsələr də, torpaq sahəsinin naturada ayrılıması ilə əlaqədar cavabdehlə ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da onların mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozulmasına səbəb olur. Cavabdehlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmək mümkün olmamışdır. Cavabdehlə paylı mülkiyyətlərində olan torpaq sahəsində qanunla müəyyən edilmiş paylarının naturada ayrılmasına zərurət yaranmışdır. Ona görə də cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında razılığa gələ bilmədiklərindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hər birinə düşən payın naturada bölünməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, payın naturada bölünməsini xahiş edir. İddiaçı Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, torpaq paylarının ayrılmasını istəyir. 05 Dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, payın naturada bölünməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı5 və cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən gəlməyən iddiaçılar və cavabdehin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********29 reyestr nömrəli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən 1.8 ha torpaq sahəsi İddiaçı1 35/224 hissədə, X4 32/224 hissədə, İddiaçı2 32/224 hissədə, İddiaçı3 32/224 hissədə, Nümayəndə 48/224 hissədə, Samedov Rovshan 45/224 hissədə xüsusi mülkiyyətlərindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydə alınmışdır. Ağdaş rayon Nehrəxəlil kənd soveti tərəfindən verilmiş 18 dekabr 1982-ci il tarixli Vİİ-ЖГ 431246 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X2, anası X3r. Ağdaş rayon Nehrəxəlil kənd soveti tərəfindən verilmiş 16 dekabr 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı5 03.1.1969-cu il tarixdə anadan olmuşdur. X2, anası X3r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 3-16-16/2-10/3377/2025 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** aydiyyat nömrəli çıxarışla iddiaçılar və cavabdehə məxsus Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən 1.8 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 3-21-3- 35/2-896/2025 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** aydiyyat nömrəli çıxarışla iddiaçılar və cavabdehə məxsus Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən 1.8 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi mümkündür. Tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləçən 1.8 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə iddiaçılar və cavabdehin adına qeydiyyata alınaraq adlarına **********29 reyestr nömrəli, 202403 0590 qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənərək verilmişdir. Həmin çıxarışa əsasən həmin 1.8 ha torpaq sahəsində paylar iddiaçılar İddiaçı1 payın 35/224 hissədə, İddiaçı2- qızının, İddiaçı3 və cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızının hər birinin payı 32/224 hissədə, Nümayəndə payı 48/224 hissədə və Samedov Rovshanın payı isə 45/224 hissədə müəyyən edilmişdir. İddiaçılar cavabdehlə birgə paylı mülkiyyətində olan həmin 1.8 ha torpaq sahəsindən birlikdə istifadə edə bilmədiklərindən torpaq sahəsində paylarına uyğun bölünməsi qərarına gələrək, torpaq sahəsi üzərində hüquqlarını öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehə paylarına düşən torpaq sahəsinin öz aralarında qarşılıqlı razılaşma əsasında naturada ayrılmasını təklif etsələr də, torpaq sahəsinin naturada ayrılıması ilə əlaqədar cavabdehlə ümumi razılığa gələ bilməmişlər. Hazırda iddiaçılar onların payının naturada ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 3-16-16/2-10/3377/2025 saylı ekspert rəyində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 3-21-3-35/2-896/2025 saylı mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** aydiyyat nömrəli çıxarışla iddiaçılar və cavabdehə məxsus Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən 1.8 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi mümkündür. Tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkün olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına və torpaq sahəsinin planı və ölçüsünə əsasən Ağdaş rayonu Nehrəxəlil kəndi ərazisində yerləşən paylı mülkiyyətə verilmiş 1.8 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 35/224 hissədə, İddiaçı2, İddiaçı3, X1 hər birinin 32/224, Nümayəndə 48/224 hissədə, Samedov Rovshanın 45/224 hissədə payları birlikdə torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında göstərilmiş bölgüyə uyğun naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı5, Nümayəndə, cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində yerləşən paylı mülkiyyətə verilmiş 1.8 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 35/224 hissədə, İddiaçı2, İddiaçı3, Səmədova (İsmayılova) Ofelya Səftər qızının hər birinin 32/224 hissədə, Nümayəndə 48/224 hissədə, Samedov Rovshanın 45/224 hissədə payları birlikdə torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planlarında göstərilmiş bölgüyə uyğun naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı5, Nümayəndə, cavabdeh Səmədova (İsmayılova) Ofelya Səftər qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-147/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-147/2025
07.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver