Məhkəmə qərarları › İş №2(014)-15/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-15/2022

13.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-15/2022 13.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı cehiz əmlakın çıxarılması tələbi haqqında ərizəsinə dair mülki iş üzrə verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı cehiz əmlakın çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Göyçay rayonu, Qaraman kəndində yerləşən onun təsərrüfatında olan bir otaqdan ibarət fərdi yaşayış evindən 1 dəst yataq dəsti, 1 dəst tək yataq dəsti, 1 ədəd xalça, 1 ədəd çilçıraq, 1 ədəd otağa aid pərdə, 2 dəst qazan, 1 ədəd samovar, 1 ədəd pakrıval, 2 ədəd yataq dəstinin üzlüyü, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd hamam dəsmalı (qətvə), 1 ədəd böyük güldan, 2 ədəd qənd qabı olmaqla cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasına iddiaçılar gəlməmiş, cavabdeh isə məhkəmə iclasına gəlmiş, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iş baxılmamış saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı cehiz əmlakın çıxarılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar