Məhkəmə qərarları › İş №2(014)-1522/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1522/2020

16.10.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1522/2020 16.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı Akt qeydinin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı Akt qeydinin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Ağdaş rayon Nehrəxəlil kəndində ölməsinə dair Maraqlı şəxs tərəfindən adına verilmiş xx xxxxxxx 1973-cü il tarixli 15 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, xx xxxxxx 1973-cü ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuşdur. Bu barədə maraqlı orqan Maraqlı şəxs tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd aparılmış və xx xxxxxx 1973-cü il tarixdə Ağdaş rayon Nehrəxəlil kənd İcra nümayəndəliyi tərəfindən 04 saylı doğum akt qeydi tərtib edilmişdir. Lakin xx xxxxxxx 1973-cu il tarixdə ölüm haqqında akt tərtib edilərək onu ölü kimi göstərmişdir. Həmin akt qeydləri kitabında soyadı, adı və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Təxmini 1 ay bundan əvvəl idarə etdiyi avtomobilə etibarnamə vermək üçün notariusa müraciət etmişdir. Lakin oradan ona adını, soyadını və ata adını elektron sistemə vuran zaman ölmüş olduğu bildirilmişdir. Onun adına məhkəmədə ölmüş elan olunmağına dair heç bir qətnamə çıxarılmamışdır. Hal- hazırda Ağdaş rayon Nehrəxəlil kəndində özünə məxsus yaşayış evində yaşayır. O, maraqlı orqan Maraqlı şəxsnə bu işlə bağlı getmiş və ölüm aktı qeydiyyatı kitabında qeydiyyatı düzgün olmamasını bildirərək həmin qeydiyyatın ləğv edilməsini, maraqlı orqandan xahiş edəndə, maraqlı orqan tərəfindən adına verilmiş ölüm haqqında akt qeydində ziddiyət yarandığı üçün mübahisənin həlli məqsədi ilə qanunvericiliyin tələbinə uyğun məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin ölüm haqqında akt qeydinin onun ad, soyad və ata adınla eyni olmasına baxmayaraq o ölməyib və hal-hazırda Ağdaş rayon Nehrəxəlil kəndində yaşayır. Bildirir ki, onun bu günə qədər aldığı rəsmi sənədlərdə soyadı, adı və ata adı “Ərizəçi” kimi göstərilmişdir. Bu barədə adına şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və doğum haqqında şəhadətnamə verilmişdir. Həmin ölüm aktı qeydiyyatı kitabında onun adına qeyd edilmiş ölüm aktının yalnışlıqla onun adına vurulmasına görə qeyd edilən hüquq haqqında mübahisə maraqlı orqan tərəfindən aradan qaldırılmadığından hazırki ərizə ilə məhkəməyə müraciət edir. Ölüm haqqında akt qeydiyyatının ləğv edilməsi faktının müəyyən edilməsi hal-hazırda ona idarə etdiyi avtomobilə etibarnamə vermək üçün və digər sənədləşmə işləri üçün lazımdır. Lakin kiminsə səhlənkarlığı ucbatından o, əziyyət çəkir. Həmçinin qeyd etmək istəyir ki, ondan öncə bir qardaşı olmuş və onun adı da Tərlan olmuşdur,lakin həmin qardaşı vəfat etdiyi üçün qardaşının adını ona qoymuşlar. Hesab edir ki, məhz buna görə onun adına yanlışlıqla ölüm akt qeydi tərtib edilmişdir. Buna görə də ərizəsinin təmin olunaraq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi həmkəndlisidir.Ərizəçi ailəsində Tərlan adlı qardaşı olmuş və o, öldükdən sonra onun adı ərizəçiyə qoyulmuşdur. Odur ki, Ərizəçi Ağdaş rayon Nehrəxəlil kəndində ölməsinə dair Maraqlı şəxs tərəfindən adına verilmiş xx xxxxxxx 1973-cü il tarixli 15 saylı ölüm haqqında akt qeydi düzgün olmamasını təsdiq etdi. İş üzrə şahid X6 məhkəmə iclasında şahid X3 ifadəsinə uyğun ifadə verərək Ərizəçi Ağdaş rayon Nehrəxəlil kəndində ölməsinə dair Maraqlı şəxs tərəfindən adına verilmiş xx xxxxxxx 1973cü il tarixli 15 saylı ölüm haqqında akt qeydi düzgün olmamasını təsdiq etdi. AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum yeri xx xxxxxx 1973-cü il,Ağdaş rayonu,Nehrəxəlil kəndidir.Yaşayış yeri Ağdaş rayonu,Nehrəxəlil kəndidir. Maraqlı şəxs arayışından görünür ki, Ərizəçi xx xxxxxx 1973-cü il tarixdə Ağdaş rayonu,Nehrəxəlil kəndində anadan olmuş,valideynləri X4 və X2r. Ağdaş rayon İHB-in Nehrəxəlil kənd İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi 1973-cü ildə anadan olmuş, Ağdaş rayonu,Nehrəxəlil kəndində yaşayır və qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən məhkəməyə göndərilmiş 15 nömrəli xx xxxxxxx 1973-cü il tarixli ölüm haqqında akt qeydinin sürətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1973-cü ildə Ağdaş rayonu, Nehrəxəlil kəndində tənəfüs və ürək damar çatışmamazlığından vəfat etmişdir. Ölüm haqqında akt qeydinin tərtib edilməsinə səbəb atası X1 ərizəsi olmuşdur. Maraqlı şəxs tərəfindən iş üzrə Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə vətəndaşlıq aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə omadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi sağ olmasına baxmayaraq adına yanlışlıqla ölüm haqqında akt qeydi tərtib edilmiş, bununla da hüquqi nəticələr doğurmaqla ərizəçi barəsində şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmuşdur. Ərizəçinin adına verilmiş ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilməlidir.Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1973-cü ildə Ağdaş rayon Nehrəxəlil kəndində ölməsinə dair Maraqlı şəxs tərəfindən adına verilmiş xx xxxxxxx 1973-cü il tarixli 15 saylı ölüm haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar