Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1531/2021 13.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 11 dekabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Chevrolet Klan» markalı 99SG020 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, 05 mart 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan «Chevrolet Cruze» markalı 99OT366 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Binəqədi DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadiəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkən avtomobilinin zədələnməsi ilə bağlı 330 manat məbləğində sığorta ödənişi verilmişdir. «Chevrolet Klan» markalı 99SG020 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 330 manat məbləğində verilmiş sığorta ödənişinin, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi F.Ələkbərov ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş, iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri, gəlməmələrinin səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyən olunur ki, "xxxx" ASC-də 11 dekabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığotrası üzrə sığortalanmış «Chevrolet Klan» markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil sığota müddətində, yəni 05 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan «Chevrolet Cruze» markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmiş, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadiəsinin baş verməsində təqsirli bilinmiş, hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmiş, avtomobilinin zədələnməsi ilə bağlı "xxxx" ASC tərəfindən 330 manat məbləğində sığorta ödənişi verilmiş, «Chevrolet Klan» markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, «Chevrolet Klan» markalı 99SG020 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğu, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilindiyi və yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili etibarnamə olmadan idarə etdiyi üçün subroqasiya qaydasında tələb edilən 330 manat və ödənilmiş 20 manat dövlət rüsumu onların hər ikisindən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 330 manat məbləğində verilmiş sığota ödənişi, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 350 (üç yüz əlii) manat tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1531/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1531/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver