Məhkəmə qərarları › İş №2(014)-1623/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1623/2021

08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1623/2021 08.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, R.Quliyevanın ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: X1 maraqlı şəxs Cavabdeh Sabir oğluna qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş şəhəri, 20 yanvar küçəsində 0.0022 ha torpaq sahəsində inşa edilmiş 16.6 kvm qeyri-yaşayış sahəsinin onun tərəfindən öz hesabına tikdirilməsi faktının, həmin qeyri-yaşayış sahəsinə sahiblik və ondan istifadə etmək hüququnun olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi R.Quliyeva Ağdaş şəhəri, 20 yanvar küçəsində 0.0022 ha torpaq sahəsində inşa edilmiş 16.6 kvm qeyri-yaşayış sahəsinin onun tərəfindən öz hesabına tikdirilməsi faktının, həmin qeyri-yaşayış sahəsinə sahiblik və ondan istifadə etmək hüququnun olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulmamış hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmiş, həmçinin ərizəsində həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərməmiş, habelə həmin sənədləri ala bilməməsin təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmunua əməl edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qayda ikinci dəfə ərizə ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar