Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1754/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Təsərrüfatlararası Tikinti İdarəsinin 05 dekabr 1984-cü il T2 nömrəli orderinə əsasən Ağdaş şəhəri, X35 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzil onun və ailə üzvülərinin istifadəsinə verilmişdir. 05 yanvar 1998-ci ildə onunla Ağdaş mənzil İstismar kontoru arasında yaşayış binasının kirayəsi barəsdində müqavilə bağlanmışdır. 2002-ci ildə o hüquqi savadsızlığı səbəbindən əmlak hüquqlarının olmadığı səbəbindən xəbərsiz onun və digər ailə üzvlərinin istifadəsində olan mənzili bu iddia üzrə cavabdeh olan X1 barədə razılıq ərizəsi imzalamışdır. Sonra mənzilin satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanması zamanı ona məlum olmuşdur ki, mənzilin üzərində sərancam vermək hüququ yoxdur. Belə olduqda o, cavabdehlə onun mərhum əri İnqilab Qurbanovun iştirakı ilə belə razılığa gəlmişlər ki, mənzil 3 il müddətinə kirayə kimi cavabdehin istifadəsinə verilir. Bu barədə Bakı şəhərində yerləşən 12 saylı notariat kontorunda razılıq təsdiqlənmişdir. 3 ildən sonra cavabdehin xahişini nəzərə alaraq o və digər ailə üzvülərinin razılığı ilə cavabdehə ödənişsiz müvəqqəti sakin qismində mənzildə qalmasına razılıq vermişdir. Bunun üçün ona bir otaq ayırmışdır. 2016-cı ilin sentyabr ayında Ağdaş rayon, Y.Nəbiyev küçəsi 4-cü dalan 4 saylı mənzilərin (faktiki X35 2 saylı bina) özəlləşdirilməsinə icazə verdiyi xəbərini aldıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 17 saylı Ərazi İdarəsinin Ağdaş rayon ərazi idarəsinə müraciət etmiş və o zaman hazırkı cavabdehin istifadəndə olan mənzilin alqı-satqı müqaviləsinə dair 2002-ci ildəki razılaşmanın etibarlı əqd hesab edilməsi barədə Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi və məhkəmənin 11 aprel 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsini bilmişdir. Cavabdeh tərəfindən "Əqdin etibarlı sayılması" barədə iddia həyat yoldaşı və 3-cü şəxs olan X2 qarşı qaldırdığından ərizəsı əsasında məhkəmənin 28 noyabr 2016-cı il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarxili qiyabi qətnaməsi ləğv edilərək 2(014)-03/2017 saylı mülki iş üzrə iddia icraat başlanmışdır. Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə cavabdeh X10 “Əqdin etibarlı sayılması" barədə iddia tələbi rədd edilmişdir. Şəki Apelyyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Onun rəsmi icarədarı olduğu mənzilə heç bir mülkiyyət hüququ olmamasına baxmayaraq cavabdeh mübahisə predmeti olan mənzildən çıxmaq istəmir, mənzilin kilidi dəyişərək onu və ailə üzvülərini və mənzilin özəlləşdirilməsi üzrə texniki inventarlaşdırılması bürosunun əməkdaşlarını mənzilə buraxmır. Dəfələrlə tərəfindən cavabdehin icarədarı olduğu mənzildən çıxmasını tələb etsə də o, qanunsuz və əsassız olaraq mənzildən çıxmamış əksinə cavabdeh qanunsuz əməllərinə son qoymayaraq dəfələrlə Ağdaş Rayon Məhkəməsində və Şəki İnzibati-İqtisadi Məhkəməsində əsassız iddialar qaldırmaqla ona və onun ailəsinə ciddi maddi və mənəzi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə son qoymaq məqsədilə Ağdaş Rayon Məhkəməsində “mənzildən çıxarmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən istifadəsinə son qoyulmaqla, onun və ailə üzvülərinin mənzildən istifadəsinə yaranan süni maneələrin aradan qaldırılması" tələbinə dair iddia qaldırmışdır. Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(014)-38/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(014)-38/2019 qətnaməsindən tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-405/2020 saylı qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019cu il tarixli 2(014)-38/2019 saylı qətnaməsi ləğv edilərək apellyasiya şikayəti təmin edilmiş və cavabdehin üzərinə yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulması, onun və ailə üzvülərinin mənzildən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulmuşdur. Hazır ki, iş üzrə Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-405/2020 saylı qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-405/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdeh X16 mübahisəli mənzilə heç bir subyektiv hüququnun olmamasına baxmayaraq hüquqdan sui-istifadə etməklə ona və ailə üzvülərinə maddi və mənəvi ziyan vurmaq məqsədi ilə dəfələrlə müxtəlif əsaslarla məhkəməyə müraciət etmişdir. Hər dəfə məhkəmə iclaslarında iştirak etmək məqsədilə Bakı şəhərindən taksi tutaraq iclaslarda iştirak etmək üçün Ağdaş Rayon Məhkəməsində və digər məhkəmələrdə iştirak etmişdir. Artıq neçə illərdi cavabdehin ona məxsus olan mənzildən qanunsuz olaraq çıxmaması səbəbindən o və ailə üzvüləri kirayədə yaşayırlar. 2016-cı ildən cavabdehin istifadəsində olan mənzildən qanunsuz olaraq qalması nəticəsində və həmin mənzili qanunvericiliklə nəzərdə tutulmuş qaydada başqa şəxsə (lərə) kirayə verə bilmədiyinə görə ona ciddi maddi ziyan dəymişdir. Həmin ərazi üçün mənzilərin aylıq kirayə haqqı təxminən 150 manat məbləğindədir. Bu isə son 3 (üç) il üçün 5400 manat məbləğində əldən çıxmış faydadır. Qeyd eydiyi kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində o ailə üzvüləri ilə birlikdə 3 (üç) ildən artıq müddətdir ki, aylıq kirayə haqqı 200 manat olmaqla kirayədə yaşayır. Bu isə ona və ailə üzvülərinə çox ciddi maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X18 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(014)-03/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdehlər X3, X12, X13, X6 və X14 qarşı “Əqdin etibarlı hesab edilməsinə dair” iddiası əsassız olduğundan təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2-1(84)-696/2018 saylı qərarından görünür ki, iddia tələbinin təmin edilməsi, Ağdaş şəhəri X.R.Ulutürk küçəsi ev 2, mənzil 12-yə X7 adına verilmiş 12 saylı, 05 dekabr 1984-cü il tarixli orderin ləğv edilməsi vəzifəsi Ağdaş Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, məhkəmə xərcinin iddiaçıya aid edilməsi qərara alınmışdır. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(107)-504/2018 saylı qərarından görünür ki, üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2-1(84)-696/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılsı qərara alınmışdır. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2017-ci il tarixli, 2(107)-1189/2017 saylı qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin bu iş üzrə gədiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsi və Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(014)- 03/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-1(107)-389/2019 saylı qərardadından görünür ki, Apelyаsiyа şikаyətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2-1(84)-696/2018 nömrəli qərarının ləğv edilməsi, iddiaçı Cavabdeh Ağdaş Rayon İcra Hakimiyyətinə qarşı Ağdaş şəhəri, X.R.Ulutürk küçəsi, ev 2, mənzil 12-yə İddiaçı adına verilmiş 12 saylı 05 dekabr 1984-cü il tarixli orderin ləğv edilməsi vəzifəsinin cavabdeh Ağdaş Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dаir iddiasının mümkün sayılmaması qərara alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(102)-992/2019 saylı qərarından görünür ki, şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara almışdır ki: üçüncü şəxs Fazil Əbdürəhimov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(107)-504/2018 saylı qərarı ləğv edilsin, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(102)-3976/2020 saylı qərarından görünür ki, Cavabdeh və vəkili X17 tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(107)-405/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(014)-38/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı, 3-cü şəxslər X8, X5 cavabdeh X20 qarşı «mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(107)-405/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(014)-38/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh Ağdaş şəhər, X35 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 5 nömrəli mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulması, İddiaçı və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(014)-13/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh X4 mənzilə görə 1600 (min altı yüz) ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla), mənzilə çəkilmiş xərcə görə 6475 (altı min dörd yüz yetmiş beş) manat 40 (qırx) qəpik və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun 10 manatı alınaraq iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat X4 tutularaq aşağıdakı hesaba köçürülməsi: Büdcə təsnifatının kodu, 142319.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** qət edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, tərəflər arasında Ağdaş şəhəri X.R.Ulutürk küçəsi ev 2, mənzil 12 ilə bağlı məhkəmələrdə çoxsaylı mübahisələr olmuşdur. Lakin həmin mübahisələrə baxılarkən ona dəymiş ziyan məhkəmə iclasında sübut olunmamışdır. Belə ki, iddia tələbi 3 hissədən ibarətdir: vurulmuş ziyan və əldən çıxmış fayda; mənəvi zərər; dövlət rüsumu. İddia ərizəsi və ona əlaə olunmuş sənədlərdən iddiaçıya hansı zərərin dəyməsini və onun konkret məbləğini, o cümlədən buna müvafiq olaraq hansı faydanın əldə çıxmasını müəyyən etmək mümkün deyil. Həmçinin, iddiaçıya hansı mənəvi zərərin dəyməsi də müəyyən deyil. Eyni zamanda, dövlət rüsumunun geri ödənilməsinə dair digər tələblərə məhkəmənin verdiyi hüquqi qiymətlə bağlı olduğundan, həmin hissədə də iddia tələbi əsassızdır. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ona 9400 manat maddi və mənəvi zərərin dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1754/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1754/2022
21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver