Məhkəmə qərarları › İş №2(014)-1780/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1780/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1780/2021 23.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh ofisinə qarşı müddətin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ofisinə qarşı müddətin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X11 04.02.1941-ci il tarixdə Dağıstan Respublikası Axtı rayonunda anadan olmuşdur. O, 28.01.2014-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində vəfat etmişdir. Qardaşının yeganə qanun üzrə vərəsəsi odur. X1 23.11.1981-ci il tarixdə, anaları X8 12.04.2002-ci il tarixdə, bacıları X9 isə 08.01.2021-ci il tarixdə vəfat etmişdir. Qardaşı subay ölmüş və övladı olmamışdır. Qardaşının Azərbaycan Respublikasında mülkləri mövcuddur. Qardaşı 2014-cü il tarixdə vəfat etməsinə baxmayaraq, bacısı X9 qardaşlarına məxsus əmlaklara onun daxil olmağına mane olmuşdur. Ailədaxili münaqişələr bacısı rəhmətə gedənə qədər davam etmişdir. Bacısı rəhmətə gedəndən sonra o, qardaşına məxsus miras əmlakların olduqları yeri müəyyən etməyə çalışmışdır. Miras əmlaklar müəyyən etdikdən sonra tərəfindən Cavabdeh ofisinə müraciət edilmişdir. Lakin Cavabdeh ofisinin imtina məktubu ilə vərəsəliyin qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi X12 izahatlarında iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Cavabdeh ofisinin 03.06.2021-ci il tarixli, 385 saylı məktubundan görünür ki, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşin materiallarında olan Oğuz RPŞ tərəfindən verilmiş 07.08.2005-ci il tarixli, AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1945-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan MR-də anadan olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 04.03.2021-ci il tarixli, 687 saylı ölüm haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X11 28.01.2014-cü il tarixdə, Ağdaş rayonunun Şıxlı kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 04.03.2021-ci il tarixli, 689 saylı ölüm haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X8 12.04.2002-ci il tarixdə, Ağdaş rayonunun Şıxlı kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 19.06.2021-ci il tarixli, 05/Q-343 saylı ölüm haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X9 08.01.2021-ci il tarixdə, Ağdaş rayonunun Şıxlı kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 05.06.2021-ci il tarixli, 05/Q-312/11 saylı ölüm haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X10 01.11.1981-ci il tarixdə, Ağdaş rayonunun Şıxlı kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 05.06.2021-ci il tarixli, 2072 saylı arayışdan görünür ki, mərhum X3 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 05.06.2021-ci ilədək aparılmış, yoxlamaya əsasən həyat yoldaşı: X8-vəfat edib, qızı: İddiaçı, qızı: X9-vəfat edib, oğlu: X11-vəfat edib məlumatlar aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nin Şıxlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 31.03.2021-ci il tarixli, 142 saylı arayışdan görünür ki, xx.xx.1945-ci ildə X2 Muxtar Respublikasında anadan olmuş ünvan 1-də yaşayan İddiaçı mərhum atası Ağdaş rayon Şıxlı kəndində qeydiyyatda olmuş və yaşamış X13 23.11.1981-ci ildə (əsas: 09.12.1985-ci il tarixli İİİ-JQ № 277595 saylı ölüm haqqında şəhadətnamə) Ağdaş rayon Şıxlı kəndində vəfat edib, mərhum anası Ağdaş rayon Şıxlı kəndində qeydiyyatda olmuş və yaşamış X8 12.04.2002-ci ildə (əsas: 11.04.2004-cü il tarixli AZ-İ № 673650 saylı ölüm haqqında şəhadətnamə) Ağdaş rayon Şıxlı kəndində vəfat edib, vəfat edənə qədər atası: X13 23.11.1981-ci ildə vəfat edib, anası: X8 xx.xx.1921-ci ildə vəfat edib, qardaşı: X11 03.02.1941-ci ildə vəfat edib, bacısı: X9 15.12.1954-cü ildə vəfat edib ailə üzvləri olmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 31.03.2021-ci il tarixli, 857 saylı arayışından görünür ki, mərhum X6 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 31.03.2021-ci ilədək aparılmış, yoxlamaya əsasən bacısı: İddiaçı, bacısı: X9-vəfat edib məlumatlar aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Dövlət Notariat Kontorunun 13 mart 2014-cü il tarixli, 51 saylı məktubundan görünür ki, İddiaçı mirasın qəbulu üçün notariat orqanına müraciət etmişdir. İşin materiallarında olan Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhəri Birinci Dövlət Notariat Kontoruna ünvanlanmış 29 mart 2014-cü il tarixli ərizədən və Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Dağıstan Respublikası üzrə İdarəsinin 16.06.2014-cü il tarixli, 05/04-395 saylı məktubundan görünür ki, İddiaçı mirasın qəbulu üçün müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, İddiaçı mirasdan imtina etməmiş, əksinə mirasın qəbulu üçün müraciətlər etmişdir. Belə olan halda isə məhkəmə onun vəfat etmiş qardaşı X4 qalan miras əmlakların qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəblərini üzrlü hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 28.01.2014-cü il tarixdə vəfat etmiş qardaşı X4 qalan miras əmlakların qəbulu üçün qanunla müəyyən edilmiş müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ofisinə qarşı müddətin bərpa edilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı 28.01.2014-cü il tarixdə vəfat etmiş qardaşı X4 qalan miras əmlakların qəbulu üçün qanunla müəyyən edilmiş müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar