Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1973/2025 12.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X10, X5 və X4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi və naturada qayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X10, X5 və X4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi və naturada qayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, Cavabdeh, X5, X10 və X2 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində 0.37 hektar torpaq sahəsinin mülkiyyətçilərə çatası 1/4 hissədə payının müəyyən edilməsi, həmin torpaq sahəsinin mülkiyyətçilər İddiaçı, X5, X10 və X2 birlikdə, Cavabdeh payı ayrıca nəzərə alınmaqla naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, Cavabdeh, X5, X10 və X2 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində 0.37 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində onun tam mülkiyyətində 92.7 kv.m olan fərdi yaşayış evi vardır. Hazırda digər mülkiyyətçi, yəni Cavabdeh ilə arasında narazıçılıq olduğundan həmin torpaq onun və digər mülkiyyətçilər, yəni X5, X10 və X2 payına düşən hissədən mülkiyyətçi kimi istifadən edə bilmir. Cavabdehin əməlindən onun mülkiyyət hüququ pozulmuşdur və heç bir notariat hərəkətləri apara bilmir. Bu səbəbdəndə həmin torpaq sahəsindən ona və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə çatası payın ayrılaraq müəyyən edilməsi və naturada ayrılması zərurəti yaranmışdır. Buna görə də hesab edir ki, məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, Cavabdeh, X5, X10 və X2 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində 0.37 hektar hektar torpaq sahəsinin mülkiyyətçilərə çatası 1/5 hissədə payların müəyyən edilməsi və naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia ərizəsini müdafiə edir, torpaq payının ayrılıb verilməsini tələb edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır, torpağın bölünməsinə etirazı yoxdur. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X10, X5 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********07-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışın surətindən və Texniki Pasportun surətindən görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi, Yeni qaydalarla: AZ 0324, Ağdaş rayonu, Qolqəti kəndi ünvan 1 ünvanında yerləşən 0.37 hektar torpaq sahəsinin üzərində 92.7 kv. metr fərdi yaşayış evi tam hissədə, torpaq sahəsi (ümumi birgə) hissədə İddiaçı, torpaq sahəsi (ümumi birgə) hissədə X2, torpaq sahəsi (ümumi birgə) hissədə Cavabdeh, torpaq sahəsi (ümumi birgə) hissədə X7 və torpaq sahəsi (ümumi birgə) hissədə X1 xüsusi mülkiyyətlərindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2026-cı il tarixli 3-21-3-35/2-323/2026 saylı mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu Qolqəti kəndi ərazisində yerləşən 0.37 hektar torpaq sahəsinin iddiaçı və cavabdehlərə müvafiq olaraq payları ayrı-ayrılıqda və ya birlikdə nəzərə alınmaqla, naturada yerquruluşu planında (sxemdə) göstərilmiş bölgüyə uyğun bölgüsü mümkündür. Tərəflərin razılığı əsasında tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Qeyd: iddiaçının naturada göstərdiyi və iddia etdiyi tropaq sahəsi üzrə bölgünün aparılması mümkün deyil. İddia onun naturada göstərilmiş sözügdən torpaq sahəsinin 296 kv.m hissəsi tərəflərin istifadəsində olsada, Ağdaş rayonu, Qolqəti bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********07-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışına əsasən İddiaçı, Cavabdeh, X5, X10 və X2 mülkiyyətinə Ağdaş rayonu, Qolqəti kəndi ünvan 1 ünvanında yerləşən 0.37 hektar torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçilərə çatası 1/5 hissədə payının müəyyən edilməsi naturada aytılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2026-cı il tarixli 3-21-3-35/2-323/2026 saylı mütəxəssis rəyindən də məlum olur ki, ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu Qolqəti kəndi ərazisində yerləşən 0.37 hektar torpaq sahəsinin iddiaçı və cavabdehlərə müvafiq olaraq payları ayrı-ayrılıqda və ya birlikdə nəzərə alınmaqla, naturada yerquruluşu planında (sxemdə) göstərilmiş bölgüyə uyğun bölgüsü mümkündür. Tərəflərin razılığı əsasında tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkün hesab edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak etmiş Cavabdeh torpaq sahəsinin tərəflərin paylarına uyğun istənilən formada bölünməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********07-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı, Cavabdeh, X5, X10 və X2 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu, Qolqəti kəndi ünvan 1 ünvanında yerləşən 0.37 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh, X5, X10 və X2 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsinin iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən 3cü şəxslərin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********07-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı, Cavabdeh, X5, X10 və X2 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu, Qolqəti kəndi ünvan 1 ünvanında yerləşən 0.37 hektar torpaq sahəsi 5 nəfərin (İddiaçı, Cavabdeh, X5, X10 və X6) ümumi birgə mülkiyyətinə verildiyindən, mülkiyyətçilərin qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/5 hissədə müəyyən edilməli və Cavabdeh payı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2026-cı il tarixli 3-21-3-35/2-323/2026 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş **********07-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli 30 may 2025-ci il qeydiyyat tarixli çıxarışına əsasən İddiaçı, Cavabdeh, X5, X10 və X2 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu, Qolqəti kəndi ünvan 1 ünvanında yerləşən 0.37 hektar torpaq sahəsi 5 nəfərin (İddiaçı, Cavabdeh, X5, X10 və X6) ümumi birgə mülkiyyətinə verildiyindən, mülkiyyətçilərin qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/5 hissədə müəyyən edilsin. Cavabdeh payı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2026-cı il tarixli 3-21-3-35/2-323/2026 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1973/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1973/2025
12.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver