Məhkəmə qərarları › İş №2(014)-207/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-207/2025

12.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-207/2025 12.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində J № 125 nömrəli, KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsininə dair dövlət aktına əsasən 1,99 hektar torpaq sahəsinin mülkiyyətçilərə çatası 1/4 hissədə payının müəyyən edilməsi naturada aytılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində J № 125 nömrəli, KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 1,99 hektar torpaq sahəsi vardır. Hazırda mülkiyyətçilər ilə aralarında narazıçılıq olduğundan həmin torpaq sahəsində mülkiyyətçilər arasında narazıçılıq olduğundan həmin torpaq sahəsində onun payına düşən hissəsini istifadə edə bilmir. Cavabdehlərin əməlindən onun mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdəndə həmin torpaq sahəsindən ona çatası payın ayrılaraq müəyyən edilməsi və naturada ayrılması zəruriəti yaranmışdır. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə” dair ərizə verərək bildirmişdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində J № 125 nömrəli, KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 1,99 hektar torpaq sahəsinin mülkiyyətçilərə çatası 1/4 hissədə payının müəyyən edilməsi naturada aytılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 ölmüşdür. Odur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində J № 125 nömrəli, KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 1,99 hektar torpaq sahəsinin mülkiyyətçilərə çatası ¼ hissədə payının müəyyən edilməsi naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiasını ərizəsini müdafiə edir, torpaq payının ayrılıb verilməsini tələb edir. Cavabdehlər Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdeh2 Ərziman qızı əvvəlki məhkəmə iclaslarında iştirak edərək payın bölünməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN-125 KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli, 14 saylı qərarına əsasən, Ağdaş rayon Qolqəti kəndində yerləşən 1.99 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının mülkiyyətindədir. 29 oktyabr 2024-cü il tarixli №3-16-5/8-M-69-1284/2024 saylı Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 ilə X1 nikahı tərəflərin birgə ərizəsi əsasında pozulmuş və Ağdaş rayon qeydiyyat şöbəsində xx.xx.2002-ci ildə 43 №-li akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə orqanizimin ümumi intoksikasiya səbəbindən ölmüşdür. Ağdaş rayon İcra nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında 29 noyabr 2002-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Cəlilov, arvada Cəlilova soyadı verilmişdir. 29 oktyabr 2024-cü il tarixli № 3-16-5/8-M-69-1283/2024 saylı Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 ilə X2 arasında nikah haqqında 27 aprel 2007-ci il tarixdə 12№-li akt qeydi tərtib olunmuşdur. Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 28 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli 3-21-3-35/2-1811/2025 saylı mütəxəssis rəyindən görünür ki, Ağdaş rayon AİK-nin xx.xx.1997-ci tarixli 14 saylı qərarı ilə iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yerləşən 1.99 hektar torpaq sahəsinin naturada bölgüsü tərəflərin razılığı əsasında bölünməsi mümkündür. tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 3-16- 16/2-10/3845/2025 saylı ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş rayon AİK-nin xx.xx.1997-ci tarixli 14 saylı qərarı ilə iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yerləşən 1.99 hektar torpaq sahəsinin naturada bölgüsü tərəflərin razılığı əsasında bölünməsi mümkündür. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli, 14 saylı qərarı əsasında verilmiş JN-125 KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və X1 mülkiyyətinə Ağdaş rayon, Qolqəti kəndində 1.99 ha torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı hmin torpaq sahəsinin mülkiyyətçilərə çatası 1/4 hissədə payının müəyyən edilməsi naturada aytılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli 3-16-16/2-10/3845/2025 saylı ekspert rəyindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli 3-21-3-35/2-1811/2025 saylı mütəxəssis rəyindən də məlum olur ki, Ağdaş rayon AİK-nin xx.xx.1997-ci tarixli 14 saylı qərarı ilə iddiaçı və cavabdehlərin birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yerləşən 1.99 hektar torpaq sahəsinin naturada bölgüsü tərəflərin razılığı əsasında bölünməsi və tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkün hesab edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 Ərziman qızı torpaq sahəsinin tərəflərin paylarına uyğun istənilən formada bölünməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində J № 125 nömrəli, KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsininə dair dövlət aktına əsasən Ağdaş rayon Qolqəti kəndində yerləşən 1.99 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsinin iddiaçı və cavabdehlərinin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində J № 125 nömrəli, KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsininə dair dövlət aktına əsasən Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1.99 ha torpaq sahəsi 4 nəfərin (Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızı) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/4 hissədə müəyyən edilməli və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli 3-21-3-35/2-1811/2025 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızının ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Qolqəti kəndi ərazisində J № 125 nömrəli, KOD 90321018 saylı torpağın mülkiyyətə verilməsininə dair dövlət aktına əsasən Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1.99 ha torpaq sahəsi 4 nəfərin (Cavabdeh1, Cavabdeh2 Ərziman qızı, Cavabdeh3 və Cəlilova (Musayeva) Mətanət Mirhəsən qızı) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/4 hissədə müəyyən edilsin. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli 3-21-3-35/2-1811/2025 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında TEKUİS əsasən tərtib edilmiş yerqurluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar