Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2083/2020 01.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı1 və qeyrilərinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 cavabdeh «Qaraçay» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq sahəsindən çıxarılma haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisəli torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmasına baxmayaraq ancaq öz adından iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün xx xxxxxxx 2020-ci il tarixli qərardadla çatışmazlıqlar qeyd olunmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, təkrarən iddia ərizəsi İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 adından verilsə də, ancaq İddiaçı1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmunua əməl edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qayda təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 və qeyrilərinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər.(Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-2083/2020
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2083/2020
01.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver