Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2111/2021 06.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.03.2015-ci il tarixində Cavabdeh2 tərəfindən idarə edilən “Chevrolet Cruze” markalı, 99DS311 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törədərək “Hyunai Sonata” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Baş-vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 təqsirli olmağın AR DİN Baş Dövlət Yol Polis İdarəsinin 236649 saylı protokolu ilə öz təsdiqini tapmışdır. Başvermiş yol nəqliyyat hadisəsi ilə bağlı təqdim edilən qüsur aktına uyğun olaraq “Hyunai Sonata” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1000 AZN (min manat) ziyan dəydiyi müəyyən edilmişdir. İdiaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən baş vermiş sığorta hadisəsi ilə bağlı dəymiş zərər aradan qaldırılaraq 100 AZN franşiza çıxılmaqla 900 (doqquz yüz) AZN sığorta ödənişi həyata keçirilmişdir. Hadisə baş verdiyi zamanı yetkinlik yaşına çatmayan Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə cavabdehlər Cavabdeh2 və avtomobilin sahibi Cavabdeh1 qarşı subroqasiya hüququqları yaranmışdır. Göstərilənlərə əsasən 18.03.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyunai Sonata” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 900 (doqquz yüz) AZN sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 (otuz manat 40 qəpik) məbləğin cavabdehlər Cavabdeh2 və avtomobilin sahibi Abdullayev a Məlahət Rafiq qızından müştərək qaydada tutularaq iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 06 aprel 2015-ci il tarixli, 015632 saylı sığorta aktından görünür ki, “Azərbaycan Müəllimi” qazeti redaksiyasına məxsus “Hyundai Sonana” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil “Chevrolet Cruze” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 18.03.2015-ci il tarixdə nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 100 AZN franşiza çıxılmaqla 900 (doqquz yüz) AZN sığorta ödənişi hesablanmışdır. İşin materiallarında olan 07.04.2015-ci il tarixli, 658 saylı məxaric xəzinə orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən № 015632 saylı akta əsasən 900 (doqquz yüz) AZN sığorta ödənişi həyata keçirilmişdir. İşin materiallarında olan “İnter-Kontinental” firması (Avtoservis) tərəfindən verilmiş dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş “Hyundai Sonana” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1000 manat həcmində olması müəyyən edilmişdir. İşin materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № MYP 236649 saylı, 24.03.2015-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Chevrolet Cruze markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh2 24.03.2015-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 25.02.2015-ci il tarixli pretenziya məktublarından görünür ki, ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişi əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün onlaraa xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 sürücülük hüququ olmadan 18.03.2015-ci il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “Chevrolet Cruze” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq “Hyundai Sonana” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə 1000 manat maddi ziyan vurulmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək 100 manat franşiza çıxılmaqla 900 (doqquz yüz) manat sığorta ödənişi həyata keçirilmiş, nəticədə Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 900 manat məbləğində borcu yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi, ümumilikdə 930,40 (doqquz yüz otuz manat qırx qəpik) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi, ümumilikdə 930,40 (doqquz yüz otuz manat qırx qəpik) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-2111/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2111/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver