Məhkəmə qərarları › İş №2(014)-2151/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2151/2021

26.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2151/2021 26.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X5 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən tərtib olunmuş 22.06.1944-cü il tarixli, 190 nömrəli doğum haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə, maraqlı orqan tərəfindən doğum akt qeydiyyatı kitabında onun atasının adı “ Salik” göstərməkılə, qeydinin düzəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci ildə Ağdaş rayonunun Aral Bir kəndində anadan olmuşdur. X1 və X12 olmuşdur. Valideyinləri onun soyadını mərhum babası Hümmət Umarovun şərəfinə “Hümmətova” kimi yazdırmışdır. X2 12 avqust 2020-ci il tarixdə Ağdaş rayonunun Aral Bir kəndində vəfat etmişdir. Halbuki, 22 iyun 1944-cü il tarixli 190 saylı doğum haqqında akt qeydində və mərhum atasının adına işlənmiş İE seriyalı 744657 nömrəli doğum haqqında şəhadətnamədə atasının adı “Salih” yazılmışdır. Hazırda yaşa görə pensiyaya çıxmağı ilə və valideynlərinə qulluq etdiyi müddətin əmək stajına hesablanması ilə əlaqədar tələb olunan sənədləri DSMF-nin Ağdaş rayon şöbəsinə təqdim edəndə ona məlum olmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamədə ata adı “Salik”, atasına məxsus doğum haqqında şəhadətnamədə atasının adı “Salih” kimi yazılmışdır. Atasının adının Salik olması ərizəyə əlavə olunmuş sənədlər ilə və məhkəməyə dəvət olunacaq şahidlərin ifadələri ilə də təsdiq oluna bilər. Atasına məxsus nikah haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə onun adı, soyadı və ata adı “X11” kimi yazılmışdır. O Maraqlı şəxsnə atasına məxsus doğum aktı qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasını, həmin qeydiyyatın düzəldilməsini maraqlı şəxsdən xahiş edəndə Maraqlı şəxs 21.09.2021-ci il tarixli 2807 saylı məktubu ilə düzəliş edilməsinin Qeydiyyat şöbəsi tərəfindən mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona gör də hazırki ərizə ilə məhkəmə müraciət etmək məcbutiyyətində qalmışdır. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müyyən edilməsi və akt qeydiyyatında düzəlişin edilməsi ona yaşa görə pensiya işi ilə əlaqədar lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 21.09.2021-ci il tarixli 2807 saylı məktubdan məlum olur ki, mərhum atanız X6 adına Maraqlı şəxs tərəfindən tərtib olunmuş 22 iyun 1944-cü il tarixli 190 saylı doğum haqqında akt qeydində adı “Salih” olaraq qeyd olunmuşdur. Odur ki, qanunvericiliyin tələbinə əsasən ilkin akt qeydində atanızın adının “Salik” olaraq düzəldilməsi Qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. Qeyd olunanlara əsasən aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirdilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Şəmsabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2020-cı il tarixli AZ-İV 453465 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X2, anası X8r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 sentyabr 2020-ci il tarixli 05/Q-133 saylı nikahın bağlanması haqqında arayışdan məlum olur ki, X11 ilə X7 nikahlarını 12.09.1978-ci ildə bağlamışlar. Nikahdan sonra ərə Umarov, arvada Umarova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli AZ-İİ 098067 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 12.08.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Şəmsabad kənd sovetliyi tərəfindən verilmiş 18 sentyabr 1964-cü il tarixli AЗ 686045 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 15 avqust 1964-cü il tarixdə anadan olmuşdur. X3, anası X8r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu, Şəmsabad kənd sovetliyi tərəfindən verilmiş 19 fevral 1962-ci il tarixli AЗ 152667 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X14 22 yanvar 1962-ci il tarixdə Ağdaş rayon Aralbir kəndində anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1958ci il tarixdə Ağdaş rayon, Aral Bir kəndində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ******* saylı hərbi biletin surətindən məlum olur ki, 1927-ci il təvəllüdlü X11 1945-ci ildən hərbi qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 305-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr xüsusi icraat qadasında baxılan işlərə aid edilmişdir. Azərbaycan Respublikasının MPM-in 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 52 saylı 01.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. MPM-in 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçi xx xxxxxx 1958-ci ildə Ağdaş rayonunun Aral Bir kəndində anadan olmuşdur. X1 və X12 olmuşdur. Valideyinləri onun soyadını mərhum babası Hümmət Umarovun şərəfinə “Hümmətova” kimi yazdırmışdır. X2 12 avqust 2020-ci il tarixdə Ağdaş rayonunun Aral Bir kəndində vəfat etmişdir. Atasının həm hərbi biletində, həm nikah haqqında şəhadətnaməsində, həm də ərizəçinin doğum haqqında şəhadətnaməsində adı “Salik” olaraq qeyd edilməsinə baxmayaraq, 22 iyun 1944-cü il tarixli 190 saylı doğum haqqında akt qeydində və mərhum atasının adına işlənmiş İE seriyalı 744657 nömrəli doğum haqqında şəhadətnamədə atasının adı “Salih” kimi yazılmışdır. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs tərəfindən tərtib olunmuş 22 iyun 1944-cü il tarixli 190 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilməli, ad qrafasında “Salih” sözü, “Salik” sözü kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 307.2.11, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 adına Maraqlı şəxs tərəfindən tərtib olunmuş 22 iyun 1944-cü il tarixli 190 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin. “Salih” olaraq qeyd olunmuş ərizəçinin atasının adı “Salik” olaraq düzəldilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar