Məhkəmə qərarları › İş №2(014)-24/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-24/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-24/2025 15.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı və nümayəndəsi Nümayəndə Raqut oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 kənd təsərrüfatı təyinatlı **********74 reyestr nömrəli çıxarış ilə verilmiş 2.4615 hektar olan ümumi paylı torpaq mülkiyyətindən ona məxsus torpaq payının müəyyən edilməsinə və naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə 04 iyun 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, Cavabdeh1, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsinin xahiş hissəsində mülkiyyətçi olmadığı halda texniki səhv olaraq Cavabdeh1 qeyd etmişdir. Həmçinin ümumi paylı mülkiyyətlərindən yerdə qalan 0.15 ha torpaq sahəsinin bölünməsini tələb etməmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq iddia ərizəsinin xahiş hissəsində Cavabdeh1 texniki səhv olaraq cavabdeh kimi qeyd edildiyini, həmçinin ümumi paylı mülkiyyətlərindən yerdə qalan 0.15 ha ümumi paylı mülkiyyətdən də ona məxsus payın müəyyən edilməsi və naturadan ayrılmasını xahiş etmişdir. İddiaçı 15 yanvar 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə verərək bildirdi ki, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ümumi paylı mülkiyyətlərində yerdə qalan 0.15 ha torpaq sahəsinin bölünməsini tələb etmişdir. İddia ərizəsində sonradan tələb etdiyi ümumi paylı mülkiyyətlərindən yerdə qalan 0.15 ha ümumi paylı mülkiyyətdən ona məxsus payın müəyyən edilməsi və naturadan ayrılması hissədə azalma edərək iddia ərizəsinin ilkin tələbindəki xahişi olan İddiaçı, Cavabdeh1, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 təsərrüfatı təyinatlı **********74 reyestr nömrəli çıxarış ilə verilmiş 2.4615 hektar olan ümumi paylı torpaq mülkiyyətindən ona məxsus torpaq payının müəyyən edilməsinə və naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 Ağdaş rayon Aşağı Ləki kəndində kənd təsərrüfatı təyinatlı ümumilikdə 2.4615 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Bununla bağlı DƏDKR PHŞ-dən onlara **********74 reyestr nömrəli çıxarış verilmişdir. Həmin vaxt onlar ailə üzvləri ilə birgə yaşamışlar. Hazırda ailə həyatı qurmuş və cavabdehlərdən ayrı öz şəxsi ailəsi ilə yaşayır. Həmçinin ailəsi ilə birgə öz şəxsi təsərrüfatı ilə məşğuldur və torpaq sahəsinə ehtiyacı vardır. Ona görə də onun ümumi paylı mülkiyyətdən torpaqdan ona məxsus torpaq payının müəyyən edilib ayrılmasına ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, öz payını istəyir. Dəfələrlə ailə üzvlərinə müraciət etməsinə baxmayaraq razılığa gələ bilməmişlər, odur ki, payının ayrılmasını istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə Raqut oğlu iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 Rəfail oğlu xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul edirlər, əvvəlcədən iddiaçı bu barədə bildirsəydi, aralarında razılığa gələrdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 07 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişlər ki, iddianı qəbul edirlər, məhkəmə iclaslarında üzürlü səbədən iştirak edə bilmirlər, onun üçün onların iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 iyul 2008-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 20 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 29 fevral 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.4615 kv/m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Hüquq sahibləri Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X5 və İddiaçı ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Aşağı Ləki ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2004-cü il tarixli AZ-İ 076416 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X6 arasındakı nikah 23 iyul 2004-cü il tarixdə 09 saylı akt qeyd ilə qeydə alınmışdır. İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 3-21-3-35/2-3854/2024 saylı mütəxəssis rəyinin surətindən görünür ki, Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində **********74 qeydiyyat nömrəli çıxarışla iddiaçı və cavabdehlərə məxsus 2.4615 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi mümkündür. Tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/5532 saylı ekspert rəyindən görünür ki, 1-ci sual: AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində **********74 qeydiyyat nömrəli çıxarışla iddiaçı və cavabdehlərə məxsus 2.4615 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi mümkündür. 2-ci sual: AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyindən də məlum olur ki, Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində **********74 qeydiyyat nömrəli çıxarışla iddiaçı və cavabdehlərə məxsus 2.4615 hektar torpaq sahəsinin naturada paylara uyğun bölünməsi və tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkün hesab edilmişdir. Eyni zamanda, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 Rəfail oğlu torpaq sahəsinin tərəflərin payların uyğun istənilən formada bölünməsinə etirazının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiklərini bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla verilmiş kənd təsərrüfatı təyinatlı ümumilikdə 2.4615 hektar ölçüdə torpaq sahəsi İddiaçı, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsin iddiaçı və cavabdehlərinin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla ünvan 1ində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********74 olan, 2.4615 ha torpaq sahəsi 6 nəfərin (İddiaçı, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/6 hissədə müəyyən edilməli və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 3-21-3-35/2-3854/2024 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışla ünvan 1ində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********74 olan, 2.4615 ha torpaq sahəsi 6 nəfərin (İddiaçı, Cavabdeh2 Rəfail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/6 hissədə müəyyən edilsin və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 3-21-3-35/2- 3854/2024 saylı mütəxəssis rəyində qeyd edilən, tərəflərin razılığı əsasında tərtib edilmiş yerquluşu planında göstərilmiş bölgüyə uyğun naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar